Qardaşlar öz bacılarını varislik hüququndan məhrum edə bilərlər?

 
Qardaşlar öz bacılarını varislik hüququndan məhrum edə bilərlər?


Miras hissələri Allah tərəfindən müəyyən olunmuş haqlar deməkdir. Ata-ana və yaxud bacı-qardaş olsa da, heç kim kiminsə haqqını tapdaya bilməz. Bu böyük bir günahdır.

Sizin qayınatanızın qoyub getdiyi miras 8 hissəyə bölünməlidir. 1 pay onun arvadına (sizin qayınananıza), 1 pay qızına (sizin arvadınıza), oğlan uşaqlarının hər birinə (sizin qayınlarınıza) isə 2 pay verilməlidir.

Sizin yoldaşınız heç çəkinmədən gedib Allahın onun üçün müəyyən etdiyi haqqı anasından və qardaşlarından istəsin.

Varis olanlar, yəni, özlərinə miras qalan insanlar aşağıdakı Quran ayələrinə həmişə xüsusi diqqət yetirməli, mirası o ayələrə əsasən bölüşdürməli və heç kəsə haqsızlıq etməməlidirlər.

“Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: Kişiyə iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. (Nisa, 4/11. “Ə. M.”)

“Etdikləri vəsiyyət və borcdan sonra ərlərinizin əgər uşaqları yoxdursa, qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, qoyub getdiklərinin dörddə biri sizindir. Uşağınız yoxdursa, sizin də etdiyiniz vəsiyyətdən və borc çıxıldıqdan sonra qoyub getdiyinizin dörddə biri onlarındır (arvadlarınızındır). Uşağınız varsa, qoyub getdiyiniz mirasın səkkizdə biri onlarındır.

Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır. Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.

Əgər ölmüş qadınlarınızın uşaqları yoxdursa, onların qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, onda qoyub getdiklərinin etdikləri vəsiyyəti və ya borcu çıxdıqdan sonra dörddə biri sizindir. Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır. Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.

Bunlar (miras payları) Allahın qoyduğu qanunlardır (hüdudlar). Kim Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu içərisindən çaylar axan Cənnətə qoyacaq. Onlar orada əbədi qalacaqlar. Böyük qurtuluş budur.

Kim Allah və peyğəmbərinə üsyan edib (asi olmaq) Allahın hüdudlarını aşsa, Allah onu içərisində əbədi qalacağı Cəhənnəmə daxil edər. Alçaldıcı əzab onun üçündür”. (Nisa, 4/12-14)


Geri dön

Limon qoxusu

  • 11 noyabr 2017 21:26
  • Məqalə: 63
  • Şərh: 602
  • Bal:
ALLAH RAZI OLSUN

aytc.sza

  • 11 noyabr 2017 19:38
  • Məqalə: 15
  • Şərh: 389
  • Bal:
{awards}
TEWEKKURLER ALLAH RAZI OLSUN CUMLEMIZDEN

Nergiz__Sirinova

  • 11 noyabr 2017 19:01
  • Məqalə: 543
  • Şərh: 4966
  • Bal:
{awards}
Allah Razi olsun tesekkurler.

--------------------

NIGAR

  • 11 noyabr 2017 17:43
  • Məqalə: 865
  • Şərh: 11143
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}