Şəxsi inkişaf məsləhətləri

 
Şəxsi inkişaf məsləhətləri


Həmişə uzun- uzandı, növbənöv, minlərlə fərdi inkişaf məqaləsi oxuyursunuz.Bu səfər hadisəyə fərqli bir nöqtədən baxmanızı istəyirəm. Reyya Karahan öz dünyagörüşü ilə möcüzəvi bir yazı ərsəyə gətirmişdir. Yazar demişdir ki, "Qızımdan anasına, atasına və digər böyüklərə fərdi inkişaf üçün təkliflər təqdim edirəm". Buyurun, kiçik bir qızın dilindən böyüklərə bir neçə fərdi inkişaf məsləhətlərini oxuyun:
1. Tənbəllik etməyin: Mən heç tənbəllik etmirəm. Anam şarı uzağa atır, gedib gətirirəm və yenə oynayırıq.Anam kiçik təkərləri yuvarlayır, divanın altından götürürəm, yenə oynayırıq. Həm də hər yerə iməkləyərək gedirəm, dizlərim çox ağrayır.Siz iki ayaq üstündə dayana bilirsiniz, tənbəllik etməyin. Çünki, sizin həyatınız daha asandır.


2. Səhərlər şən oyanmağa çalışın: Mən oyanan kimi gülümsəyirəm. Bəlkə anam məni qucağına alacağı üçün gülümsəyirəm. O zaman siz də səhərlər mənim kimi optimist düşünün.
3. Səliqəsizlik ola bilər: Səliqəsizliyi sevmirsiniz.Amma dağınıqlıq varsa, demək, həyat davam edir,kimlərsə yaşayır.Mən oyuncaqlarımı dağınıqlığın içindən seçirəm.


4. Fırlanan kreslonuz varsa, fırlanın: Anam məni o kresloda qucağına alır və bu zaman sanki karusel evə gəlir.Deyir ki, "biz Aişə gələnə qədər bu kresloda niyə heç fırlanmadıq?" Demək istədiyim odur ki, hər gün gördüyünüz üçün sizə adi görünən əşyalarınıza körpə gözüylə baxın. Ev əyləncəli olma potensialı daşıyan darıxdırıcı əşyalarla doludur. Dünən divan döşəklərindən labirint düzəltdik! Məncə, o toxunulmaz döşəklər daha əvvəl heç yerə enməmişdir.
5. Yemək yeyərkən əlinizdəkini paylaşın: Anam mənə yemək yedirdərkən əlimə bir parça çörək verir.Mən də kiçik tikələr qoparıb anama yedirirəm. Paylaşınca daha tez bitir. Bitməsi isə düşündüyünüzün əksinə, yaxşı bir şeydir.
6.İşinizi azaldın: Məsələn, mən halqaları qoluma keçirdib bilərzik etmək və ya bir qutuya qab qapağı atmaq kimi işlərə əhəmiyyət verirəm.Siz də işlərinizi azaltsanız, onlarla məşğul olmağa çox vaxtınız qalar.Bu gün, məsələn, eyni kitabı 4 dəfə oxutdum anama. Çünki, o kitab çox əhəmiyyətli idi.


7. İlk gülümsəyən siz olun: Siz gülümsəyərkən qarşınızdakı sizə gülümsəməz deyə çox qorxursunuz. Mən də bəzən niyə elə etdiklərini anlamıram, amma sonra dərhal mənə gülümsəyərək cavab verən birini tapıram və o birini unuduram. Anam mənə təəccüb edir.
8. Bəzən onun dediyi olsun: Məsələn, anam məni hər axşam öz istədiyi saatda yatırtmağa çalışır. Müqavimət göstərirəm, ağlayıram, olmur. Məni yatırtmasına icazə verirəm.Çox əhəmiyyət vermirəm. Həm də bu, faydalı imiş.
9. Başqaları sizi gördüyünə sevinsin: Bilirəm, yetkinlər üçün hər vaxt asan deyil.Siz olsanız, sizi gördüyünüzə sevinərdinizmi? Mən getdiyim yerlərə sevinc və oyun aparıram. Siz nə aparırsınız?


10. Az danışın və sözün məğzini deyin: O qədər az və əsaslı danışın ki, söylədiklərinizə heyran olsunlar."Nə olar, bir daha söylə! Nə olar, bunu da söylə!" -deyə israr etsinlər. Misal üçün, mən yalnız "ana" və "ata" deyirəm. Daha çox şey söyləməyim üçün çalışırlar.
11. Hər şeyi bilməyin: Sadəcə baxın. Anlamayın. Bəzən özünüzü başa düşməmiş kimi aparın. 15 dəfə söyləmələrinə icazə verin. Dünya sizə bir şeylər öyrətməyə can atan insanlarla doludur. Mənə bir şey öyrətmə fürsəti, məncə, anamla atamın həyatındakı ən mühüm şeylərdən biridir. Mən nə qədər bilmirəmsə, onlar da o qədər özlərini məlumatlı hiss edirlər.
12. Etibar edə biləcəyiniz adamınız olsun: Mən iki nəfər tapdım. Anamın qucağında sakitləşirəm, atamla ayaq üstə inam oyunu oynayıram. Böyüyəndə isə bunun çox çətin olduğunu eşitdim. Etibar etməyi öyrənin.


Geri dön

aytc.sza

  • 15 noyabr 2017 21:18
  • Məqalə: 12
  • Şərh: 352
  • Bal:
WERHLERE GORE TEWEKKURLER love

NIGAR

  • 15 noyabr 2017 12:09
  • Məqalə: 862
  • Şərh: 11116
  • Bal:
{awards}
MARAQLI XƏBƏRDİR

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


Nergiz__Sirinova

  • 14 noyabr 2017 16:37
  • Məqalə: 540
  • Şərh: 4910
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

--------------------

♔Hе важно∞

  • 14 noyabr 2017 12:53
  • Məqalə: 275
  • Şərh: 1460
  • Bal:
{awards}
tewekkur xeber ucun maraqli idi

--------------------

Limon qoxusu

  • 13 noyabr 2017 21:26
  • Məqalə: 60
  • Şərh: 506
  • Bal:
{awards}
Xəbər ücün təşəkkür

İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 49
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}