Belə lahmacun yeməmisiniz

 
Belə lahmacun yeməmisiniz


Lazım olan ərzaqlar:

4 ədəd yuxa (2 soba qabı üçün)
250 qr qıyma
1 ədəd soğan
3 ədəd pomidor
3 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
Yarım dəstə cəfəri
1 stəkan duru yağ
1 xörək qaşığı tomat
2 diş sarımsaq
Duz
İstiot

Sous üçün:

2 ədəd yumurta
3 xörək qaşığı qatıq
1 stəkan duru yağ
1 stəkan su

Hazırlanması:

Verilmiş tərəvəzləri xırda-xırda doğrayın. Daha sonra bir qaba qıymanı qoyun, doğranmış tərəvəzləri, tomatı, yağı, duz və istiotu da əlavə edib, yaxşıca qarışdırın.
Sous ləvazimatlarını da bir kasada qarışdırın.
Soba qabına yuxanı sərin və onun üzərinə sous vurun. Daha sonra ikinci yuxanı da eyni qaydada sərib souslayın. İçliyin yarısını qaşıqla yuxaların üzərinə yayın. (İçliyin yarısını ikinci qab üçün saxlayın)
Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişirin. Yuxanın altı yaxşıca qızarsın. Sobadan götürdükdən sonra isti-isti rulet halında bükün və iti bıçaqla doğrayaraq servis edin. İstəyənlər sarımsaqlı qatıqla da yeyə bilər.

Nuş olsun!


Geri dön

Nergiz__Sirinova

  • 1 dekabr 2017 18:28
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
Serhlere gore tesekkurler smile

--------------------

Deliyem_iliwme_

  • 20 noyabr 2017 23:01
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Ela.sinamaga deyer.cox sag ol Nergiz_

Darling

  • 20 noyabr 2017 19:36
  • Məqalə: 694
  • Şərh: 12521
  • Bal:
{awards}
BİR DƏFƏ SINAYACAM RESEPT ÜÇÜN SAĞ OL

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

aytc.sza

  • 20 noyabr 2017 19:03
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
{awards}
bu lap eladi wekilde,mutleq sinayacam bir gun

--------------------

Limon qoxusu

  • 20 noyabr 2017 18:20
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Dadlı görünür sınayacam təşəkkür

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 92

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 573
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}