İspanaqlı Beşəməl Souslu Toyuq

 
İspanaqlı Beşəməl Souslu Toyuq



Bu dəfə sizə pəhrizdə olanların da rahatlıqla yeyəcəyi, dadından doymayacağınız resept təqdim edəcəyik.Legend.az beşəməl souslu toyuğun hazırlanma qaydası ilə sizi tanış edir..


Lazım olan ərzaqlar:

2 ədəd bötöv toyuq sinəsi
1 dəstə ispanaq
2 ədəd soğan
1 ədəd qırmızı bibər
3 diş sarımsaq
1 çimdik ətotu
3 ədəd pomidor
Zeytun yağı
Duz və istiot


Beşamel sous üçün:

1,5 stəkan süd
1 xörək qaşığı un
1 xörək qaşığı kərə yağı
Duz, istiot
Muskat qozu


Üzəri üçün:

Kaşar pendiri



Hazırlanması:

Hazırlanmasına gəldikdə isə, soğanları doğrayın. Qırmızı bibəri və sarımsaqları nazik formada doğrayın. Tavaya zeytun yağı töküb soğan və qırmızı bibəri qovurun. Daha sonra ispanaq yarpaqlarını da tavaya əlavə edin. Duz-istiot vurun. 1-2 dəqiqə qarışdırıb ocağı söndürün. Toyuğun döş ətini ortadan 2 hissəyə bölün. Böldüyünüz ətdən cib formasında hissə açın. Hazırladığınız içliyi ora əlavə edin. Yağlanmış soba qabına içini doldurduğunuz toyuqları düzün. Üzərinə zeytun yağı, duz və istiot töküb ətotu vurun.

Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada bişirin. Kənarda pomidorları kub formasında doğrayıb toyuq bişməyə yaxın sobaya əlavə edin.

Beşəməl sousu üçü, kiçik bir qazana unu və kərə yağını əlavə edib qovurun. Unun iyi çıxanda soyuq südü tökün və əl blenderi ilə qarışdırın. Duz-istiot vurun. Muskat qozunu sürtgəcdən keçirib əlavə edin. Sous qaynayanda ocağın altını söndürün.

Toyuq bişəndə sobadan götürüb hazırladığınız beşəməl sousunu üzərinə tökün. Son olaraq kaşar pendirini sürtgəcdən keçirib əlavə edin və 3 dəqiqə qızardın.

Qeyd: Hazırlanması vaxtınızı alsa da, dadından doymayacaqsınız.


Nuş olsun!


Geri dön

Nergiz__Sirinova

  • 24 noyabr 2017 14:54
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
Resepte gore tesekkurler

--------------------

Jesicca

  • 24 noyabr 2017 12:59
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
resept ucun tesekkur

--------------------


Limon qoxusu

  • 24 noyabr 2017 11:44
  • Məqalə: 240
  • Şərh: 1484
  • Bal:
{awards}
Dadlı görünür təşəkkür

aytc.sza

  • 23 noyabr 2017 21:37
  • Məqalə: 221
  • Şərh: 1744
  • Bal:
{awards}
Dadli gorsenr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 493
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 221
 
Darling
Xəbərləri: 20
Cəmi: 996
 
Poine♔
Xəbərləri: 19
Cəmi: 109
 
..::Kitty::..
Xəbərləri: 13
Cəmi: 43
 
poetry
Xəbərləri: 8
Cəmi: 12
 
Limon qoxusu
Xəbərləri: 6
Cəmi: 240
 
♔Hе важно∞
Xəbərləri: 6
Cəmi: 371
 
Elya Alieva
Xəbərləri: 6
Cəmi: 149
 
_Qismet_
Xəbərləri: 4
Cəmi: 828
 
 
{slinks}