Ailə münasibətləri NECƏ OLMASINI ALLAH TƏYİN EDİR

 
Ailə münasibətləri NECƏ OLMASINI ALLAH TƏYİN EDİR

İnsanın başqasının qarşısında gördüyü işlər burada maraqlı olan ikinci tərəf üçün haqq, həmin işin görülməsi həvalə edilən şəxs üçün isə vəzifə sayılır. Vəzifə eyni zamanda hökm və ya təklif (borc) adlanır. Məsələn, bir nəfər zəhmət haqqı müqabilində başqası üçün bir iş görürsə, həmin haqqı ödəmək bu işi sifariş edən tərəf üçün vəzifə sayılır, həmin əmək haqqının alınması isə işi yerinə yetirənin haqqıdır. Əgər sifarişçi əmək haqqını ödəməsə, iş görən şəxs öz haqqını tələb və müdafiə edə bilər.

İnsan elə yaradılıb ki, onun bu dünyadakı həyatı əbədi deyil, istər-istəməz bir müddətdən sonra o dünyaya köçməli olur. Allah-təala bəşərin kökü kəsilməsin deyə insanlar üçün doğum və nəsil artımı bərqərar etmişdir. İnsanlar nəsil vasitəsilə həyatda yaşamını davam etdirir və onların daxili duyğuları bu məsələyə diqqətlə yanaşır.

Canlı aləmdə də belə bir qayğının şahidi oluruq, lakin insanlarda bu duyğu daha dərin və şüurlu məqamlarla zəngindir.

İnsan təbiətində kamil şəkildə təsbitləşən fitri xasiyyətə uyğun hər bir şəxs övladını özünün bir parçası bilir, onun həyatda qalıb yaşamını davam etdirməsi insan üçün öz həyatının davamı kimi təsəvvür edilir. İnsan öz övladının asayiş və uğuru üçün hər cür zəhmətə qatlaşır, çoxlu çətinliklər və əziyyət çəkir, çünki övladın əzabı və ya məhv olması şəxsin özünün əzab və məhv olmasına bərabərdir. İnsan həqiqətən xilqətin yaşam mübarizəsi qanununa tabe olur. Deməli, ata-ana vicdan və şəriətin övlad barəsində ona verdiyi hökmləri icra edir, onu yaxşı böyütməyi öz qarşısına vəzifə kimi qoyur. Bununla da ata-ana ləyaqətli insan yetişdirir və özü üçün rəva bildiyi haqqı övladı üçün də rəva bilir, onun insaniyyət məqamına yüksəlməsi üçün çalışır. Ata-ananın övlad üçün borcunu qısaca ümumiləşdirək:

1. Uşaq ilk gündən işarə və sözlə qanmağa başlarkən onun ruhuna bəyənilmiş əxlaq və ləyaqətli sifətlərin əsasını hopdurmaq və onu bu yöndə tərbiyə etmək lazımdır. Bununla ata-ana uşağı xurafatdan çəkindirir, pis əməllərdən və iffətə zidd olan işlərdən qoruyur. Özü də uşağın yanında yalan və pis sözdən, söyüş və yalan danışmaqdan çəkinməli, yaxşı işlər görməlidir ki, övladı iffətli və gözəl əxlaq sahibi olsun. Ata-ana ciddi, ədalətli və çalışqan olmalıdır ki, həmin əxlaqi keyfiyyətlər keçid qanununa uyğun övlada ötürülsün. Belə olduqda övlad zorakılıq, eqoizm və pis işlərə meyldən uzaq olar.
[center]Ailə münasibətləri NECƏ OLMASINI ALLAH TƏYİN EDİR

2. Uşaq yetkin yaşa çatmamış onun yeməyə, yatmağa və başqa şeylərə olan əsas ehtiyaclarını ödəmək üçün lazımınca çalışmaq, onun sağlam böyüməsi üçün şərait yaratmaq lazımdır. Uşaq cismani baxımdan sağlıq və beyin cəhətdən təlim-tərbiyə üçün tam hazır olmalıdır.

3. Uşaq bilik öyrənmək istedadına yetişdikdə, adətən 7 yaşından onu müəllimə tapşırır və çalışırlar ki, uşaq yaxşı müəllimin əlinin altında elm qazansın. Müəllimdən eşitdikləri uşağa xoş təsir bağışlamalı, ruhunu yüksəltməli, nəfsini paklaşdırmalı və əxlaqını gözəlləşdirməlidir.

4. Uşaqlar müəyyən yaşa çatanda onları ümumi məclislərə və görüşlərə aparır, ictimai yerlərdə oturub-durmaq ənənələri, ədəb qaydaları, camaatla ünsiyyət və davranış normaları ilə tanış edirlər. Uşaqlar bəyənilmiş ədəb və ünsiyyət qaydalarını öyrənirlər.



Valideynin

övlad üzərində haqqı

Vicdan və şəriət qanunları ata-ananın qarşısında öz övladına görə müəyyən vəzifələr qoyur. Elə həmin vicdan və şəriət qanunları qarşılıqlı olaraq övladın qarşısında da ata-ananın borcunu ödəmək vəzifəsi qoyur. Övlad ata-anasının yaxşılıqlarına görə onlara öz əli, dili və başqa vasitələrlə təşəkkür etməlidir.

Ata-ana Allahın istəyi ilə dünyaya övlad gətirir, öz həyatının rahatlığını və asayişini övladın asayişi üçün fəda edir, ömrünü onun cismani və mənəvi baxımdan sağlam böyüməsinə sərf edir. Bir müddət gecələri yuxusuz keçirir, gündüzlər zəhmət və əziyyət çəkir, onu abırlı bir insan həddinə yetişdirənədək çox səy göstərir.

Bir kimsənin ata-anasını incitməsi, qocalıq və acizlik çağında onun əlindən tutmaması böyük nankorluq, namərdlik və alçaqlıq hesab olunur.

Allah-təala insan üçün ilk mənəvi borc olaraq tovhidi qəbul etməyi sifariş edir. Allahın yeganəliyini qəbul edən insanların ikinci böyük vəzifəsi ata-anaya yaxşılıq etməkdir.

Qurani-kərim belə buyurur:

– “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq (onlara qayğı göstərib gözəl davranmağı) buyurmuşdur.” (İsra: 23)

İslamın təyin etdiyi mənəvi borca görə, insanın ata-anasını xar etməyə heç bir haqqı yoxdur. O, ata-ananı incidə bilməz. Övlad ata-anaya ehtiram bəsləməli, onların qarşısında alicənablıq göstərməli, onlara öz yaxşılıq və lütfünü əsirgəməməlidir. Xüsusilə ata-ananın ehtiyacı olduqda onlara qayğıkeş münasibət lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, onların razılığını əldə etmək dini baxımdan vacib olan işlərdə deyil, bəlkə mübah və müstəhəb işlərdə lazım gəlir. Mübah – yəni görülməsi və ya görülməməsi bərabər tutulan işlər deməkdir. Müstəhəb isə savab doğuran əməllərdir.
Ailə münasibətləri NECƏ OLMASINI ALLAH TƏYİN EDİR


Bacı-qardaşın bir-biri

üzərində haqqı

Qurani-kərimdə dəfələrlə qohumlar barədə tapşırıqlar verilib. Qohumluq münasibətinin kəsilməsi qətiyyətlə rədd edilir. Ata-ana və övladdan sonra bacı-qardaş ən yaxın qohum sayılır. Onların arasındakı ictimai əlaqələr təbii və başqa əlaqələrdən daha möhkəm və daha köklüdür. Bacı və qardaşın vəzifəsi öz qohumluq və yaxınlığını saxlamaqdır. Onlar mümkün qədər bir-birinə yardım etməyə və qayğı göstərməyə borcludur. Ehtiyac zamanı bir-birinin əlindən tutmalıdır. Böyüklər kiçiklərə mehribanlıq göstərməli və ürək yandırmalı, kiçiklər də böyüklərə hörmət bəsləməlidir.



Valideyn-övlad bağlılığı



Ata və ana ailə qurumunda öz övladlarına görə vahid bir ağacın kökləridir. Övladlar isə bu ağacın qol-budaqları sayılır. Qol-budağın mövcudluğu və gələcək yaşamı köklərə bağlıdır. Ata-ana övlad həyatının dayağıdır. İnsan cəmiyyəti iki təbəqədən təşkil olunur: valideyn və övlad. Cəmiyyətin əsl kökü məhz ata-anadır.

Ata-ana ilə pis rəftar etmək və onları incitmək namərdlik və nankorluğun son həddi olmaqla yanaşı, insaniyyətin və cəmiyyətin məhvinə səbəb olur. Övladın ata-anaya hörmətsizliyi nəticə etibarilə ata-ananın övladına qarşı etinasızlığı ilə qarşılaşır və valideyn də çarəsiz qalaraq övladına olan mehribanlıq və qayğısını saxlaya bilmir. Bundan başqa, övlad öz ata-anasına hörmətsiz və alçaq nəzərlə baxırsa, o da öz övladından bundan artıq heç nə gözləyə bilməz. Hər kəs öz əməlinin hesabını dərk etməlidir. Öz ata-anasına qayğı göstərməyən şəxs qocalıq və acizlik çağında öz övladına ümid bəsləməz. O, övladının onun əlindən tutacağına şübhə ilə yanaşar, çünki özü də öz valideyninə belə münasibət bəsləyib. Övlad-valideyn münasibətindəki bu hal cavanları ailə qurmaqdan soyudur. İndi belə vəziyyət bir çox cavanlarda müşahidə edilir.

Belə bir mənfi meyl cəmiyyətdə ümumi bir ənənəyə çevrildikdə nəsil artımı kəsilə bilər, çünki heç bir ağıllı şəxs öz qiymətli ömrünü və vaxtını bəhrəsindən faydalana bilməyəcəyi bir ağacın böyüməsinə sərf etməz: o həmin ağacın nə meyvəsini dada bilməz, nə kölgəsində oturmaz, nə də ona tamaşa etməkdən faydalanmaz. Təsəvvür edək ki, dövlət həvəsləndirmə və mükafatlandırma yolu ilə ailə qurmaq işini tənzimləmək istəyir. Bununla nəsil artımı problemini qismən həll etmək olar. Lakin incə bir məqamı unutmaq olmaz ki, heç bir rəsmi tədbir və ictimai qərar insanlar arasında təşəkkül tapan qohumluq münasibətini və təbii ata-ana və övlad duyğularını davamlı yaşada bilməz.

Bunlarla yanaşı, bəşər cəmiyyəti valideyn və övlad arasındakı təbii duyğuları itirməklə insanları bir sıra pak ruhi ləzzətlərdən məhrum etmiş olar.
[/center]


Geri dön

Samira19760

  • 14 oktyabr 2011 20:54
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
cox sag olun maraqlidir

music_angel

  • 4 sentyabr 2011 17:40
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

_RONALDO_

  • 26 may 2011 23:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
amma tekrar oxumaliyam,cunki,derin menali movzudu.

--------------------

::..ONSLAUGHT::..

  • 17 mart 2011 21:30
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 17 mart 2011 09:05
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Cox sagolun no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 16 mart 2011 23:50
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
cox sag ol tewekur edirem

Ulya

  • 16 mart 2011 16:08
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

Jackson_fanatı

  • 16 mart 2011 15:57
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
thanks

Cant_Breathe

  • 16 mart 2011 13:55
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Oxumadim. Yene de teshekkurler

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

_RONALDO_

  • 16 mart 2011 13:01
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk maraqlidir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}