Kəklik Yuvası Salatı

 
Kəklik Yuvası Salatı


Ərzaqlar: (4-5 porsiya üçün)

Qırmızı soğan – 1 baş
Təzə xiyar – 3 ədəd
Duzlu xiyar – 3 ədəd
Hinduşka filesi (duzlu suda bişirilmiş) – 1 kq.
5 yumurtanın ağı (Bişmiş)
Kartof – 7 ədəd
Yaşıl soğan – 1 dəstə
Şüyüd – 1 dəstə
Cəfəri – 1 dəstə
Bildirçin yumurtası (bişmiş) – 15 ədəd
Günəbaxan yağı – 100 ml.
Mayonez – 150 qr.
Xama – 150 qr.
Duz, istiot – zövqə görə

Kəklik Yuvası Salatı


Hazırlanması:

Qırmızı baş soğan xırdalanır. Təzə xiyar uzunsov, duzlu xiyarsa kub formasında doğranılır. Bişmiş yumurta ağlarını sürtgəcdən keçiririk. Göyərtilər xırdalanır. Duzlu suda bişirilmiş hinduşka filesi də uzunsov doğranılır. Bütün ərzaqlar yaxşıca qarışdırılır, duz istiotu, mayonez və xaması vurulur, hələlik soyuducuya qoyulur.

İndi kartofların qabığını soyuruq, nazik-nazik fri kimi doğrayırıq. Duzlu suda yaxşıca yuduqdan sonra dəsmalın üzərinə səririk ki, qurusun. Bol yağda tavada qızardırıq. Çalışmaq lazımdır ki, kartoflar sınmasın, əzilməsin. İsti kartofları yenə kağız dəsmalın üzərinə qoyuruq ki, yağı hopsun.
Salatı hazır etməyin vaxtdır: soyuducudakı salatı istədiyimiz formanın, boşqabın içinə qoyuruq.Üzərinə xırdalanmış göyərti səpirik və qızardılmış friləri yanında düzürük. Tən ortasına da bişmiş soyulmuş bildirçin yumurtaları qoyuruq.
Beləliklə, dadlı və gözəl KƏKLİK YUVASI salatımız hazırdır.

Kəklik Yuvası Salatı


Nuş olsun!


Geri dön

Jesicca

  • 15 dekabr 2017 19:49
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
resept cun tskrler ureym

--------------------


Limon qoxusu

  • 8 dekabr 2017 13:05
  • Məqalə: 249
  • Şərh: 1542
  • Bal:
{awards}
Resept ücün təşəkkür

aytc.sza

  • 7 dekabr 2017 19:41
  • Məqalə: 224
  • Şərh: 1745
  • Bal:
{awards}
dadida gorunuwu kmi dadli olar yegn..

--------------------

Nergiz__Sirinova

  • 7 dekabr 2017 15:19
  • Məqalə: 580
  • Şərh: 5495
  • Bal:
{awards}
Resepte gore tesekkurler.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 498
 
aytc.sza
Xəbərləri: 56
Cəmi: 224
 
Darling
Xəbərləri: 28
Cəmi: 1004
 
Poine♔
Xəbərləri: 20
Cəmi: 109
 
..::Kitty::..
Xəbərləri: 13
Cəmi: 46
 
Limon qoxusu
Xəbərləri: 11
Cəmi: 249
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 373
 
poetry
Xəbərləri: 8
Cəmi: 12
 
Elya Alieva
Xəbərləri: 6
Cəmi: 149
 
_Qismet_
Xəbərləri: 5
Cəmi: 829
 
 
{slinks}