Qaçdığım qismət (REAL) (15 Bölüm)

 
Qaçdığım qismət (REAL) (15 Bölüm)


Müəllif-MiLady Ovod

Özümdən gedəndən sonra heçnəyi xatırlamadığımdan oyananda başım Ziyadın dizləri üstündə idi.Əllərini saçlarımda gəzdirərək mənə baxırdı.
-Necəsən indi?
Əlimlə başımı tutaraq qalxıb oturmuşdum-ya..yaxşıyam-başımın hərlənməsinə görə gözlərimi güclə açıq tuturdum.
-Niyə əvvəldən demədin boğazına görə sənə soyuq olmaz?..Məndə hələ sənə dondurma yedizdirdim!..Əsəbləşən zamanda deyirsən öküzsən.
-Düşündüm biraz yeməklə bir şey olmaz.
-Sən məni bir gün öldürəcəksən!.-danlayaraq otaqdan çıxıb mətbəxə keçərək isti şirinçay gətirib təkidlərimə baxmayaraq zorla içirmişdi.
-Yerindən qalxmırsan.Aptekdən dərmanları,birdə isti yemək alıb gəlirəm.
-Həkim iynə yazmayıb?bax düzünü de.
-Mənim arvadım nə qorxaqmış-gülən zaman özümü bir qəribə hiss etmişdim.Keyləşmiş baxışlarımı onun üzünə dikməyimdən reaksiyamı anlayıb yanıma gələrək dodaqlarını alnıma yapışdırıb həm istiliyimi yoxlamışdı həmdə dərindən nəfəs alaraq öpüb çıxmışdı.Mən isə onun ardına baxaraq yerimdə oturub beynimdə dolaşan fikirlərə qərq olmuşdum.İki ayı olurdu bu evdə birlikdə yaşamağımızın.Davalı-dalaşlı,ağlamalı günlər,onun hər dəfə məni sakitləşdirmələri,hər gecə mənim inadıma baxmayaraq qucaqlayıb yatması ilə ötüb getmişdi.Hər dəfə onu özümdən uzaqlaşdırdığıma baxmayaraq daha da məni özünə yaxınlaşdırmağı bacarırdı.Onun belə hallarını görəndə sevinc qarışıq kövrəlirdim.Mən axı nə etmişdim bu qədər sevgisini qazanmışdım?..Hansı qadın ona sevildiyini göstərən,hər addımında,gözlərində,hərəkətlərində bildirən birini görməməzlikdən gələ bilərdi.Ziyadın sevgisi mənə hələ indi yavaş-yavaş çatırdı..
Halsızlığımdan yastığa başımı qoyub düşüncələrim içində yuxuya gedib oyananda onun ətrini duymağımla gözlərimi açmışdım.Yatağın digər tərəfində yarı uzanıqlı halda mənə baxaraq oyandığımı görüb qalxmağıma kömək edərək oturtmuşdu.
-Gəl bu dərmanı iç sonrada yeməyi verim.
-İstəmirəm.
-Mənim İncim ağıllıdı axı.-halsız olduğumdan kürəyimi sinəsinə söykəyib danışdıraraq dərmanı içirmişdi.Uzanmağa qoymayaraq məni yatağın başına söykədib mətəbəxə gedərək isti yeməyi gətirib inadlarıma baxmayaraq gah dalaşaraq gah da şirin dilinə salıb yedirtmişdi.
-Ziyad istəmirəm bəsdir.
-Bax bir qaşıq qalıb.
-Bayaqdan elə deyirsən.Bu bir qaşıq axı niyə bitmək bilmir.-çənəmi əlindən çıxarıb başımı yana döndərmişdim.
-Vallah bir qaşıq qalıb,bax..-deyəndə boşqaba baxıb halsız halda güləndə o da mənə qoşulmuşdu.
-Həmişə gül sən..

İki gün içində vaxtında dərman və yemək verərək məni ayağa qaldıra bilmişdi.Bu gün ona paltar almaq üçün şəhərə çıxarmaq istəyirdi.
-Narahatsansa evdə qal.Hava gözəldi deyə istəyirəm çıxaq.
-Yaxşıyam-bu havada evdə oturmaq istəmirdim həm də özümü yaxşı hiss edirdim.Hazırlaşıb evdən çıxıb ticarət mərkəzinə daxil olaraq kişi geyimi butikinə üz tutmuşduq.Kənarda dayanıb onun seçim etməsinə baxaraq gözləyirdim.Tək dayandığımdan gəlib gedənin baxmasına qaşlarını çataraq göz qaş edib gəlməyimi bildirmişdi.Yanına gedib dayanaraq boş yerə qısqanclıq edib günümüzü korlamasını istəmirdim.Qardaşlarım üçün çox zaman geyimləri mən seçərdim.Ziyad işinə görə kostyum geyindiyi üçün seçiminə kömək edərək ona uyğun qalustuk və kəmər seçmişdim.Daha sonra kişilər üçün aksesuarlar olan hissəyə keçib onun üçün 3 cür saat almışdıq.Həddsiz saat həvəskarı olduğunu burdan anlamışdım.
-Acmamısan?
-Acmışam.
-Düş qabağıma o zaman- butikdən çıxıb kafeyə düşərək yeməyimizi yemişdik..
-Anamgil ilə çıxıb birlikdə alacayıq sənə amma gəl indidə alaq.
-Yox istəmirəm.Evdə aldıqların var.-Həqiqətəndə evdə mənim üçün xeyli əşyalar,geyimlər alıb qoymuşdu.
Sözümü dinləməyərək əlimdən tutub qadın butiklərinin birinə salaraq bir bir geyimləri mənə göstərib bəyəndiklərimi əlimə verərək kabinəyə göndərmişdi.Seçdiyim donlardan birini geyinib çıxanda qaşqabaqla məni süzmüşdü.
-Tez ol dəyiş bunu,sinən açıq qalıb!-cavab qaytarmadan dəyişərək digər donu geyinmişdim.
-Çox qısadı dəyiş!
Bir –bir donları geyinib çıxarmaqdan bezdiyim üçün daha heç birini geyinməmişdim.Hansını həvəsilə geyinirdimsə bir mız qoyaraq dəyişdirməsinə yazıq satıcı qız baxa qalmışdı.
-Xanımın bədən ölçüləri standart olduğu üçün nə geyinsə üzərinə tam oturur..-bir seçimdə qalmağımız üçün satıcı guya xoş cümlə islətmişdi.Eşitdiklərinə daha da əsəbləşib üzərimdə olan donu çıxarmağı əmr edəndə hirslə kabinəyə qayıdıb üzərimi dəyişərək öz geyimlərimi geyindiyim zaman Ziyad da aldığımız digər geyimlərin pulunu ödəyirdi.Onun bu qısqanclığı əsəblərimə toxunduğu üçün həm də üzərimdə olan kövrəklik məni doldurmuşdu.Butikdən çııxaraq onu gözləmədən addımlayaraq ağlamamaq üçün özümü güclə ələ alırdım qısqanclıqları məni sıxaraq ancaq ondan soyudurdu.Ailəmdə belə münasibət görmədiyim üçün mənə yad idi onun hərəkətləri,hissləri..
Arxadan gəlib mənə çataraq qolumdan tutub dayandıra bilmişdi.
-Hara belə?!..Bəlkə gözləyəsən.-özü çox gözəl anlayırdı belə olmağımın səbəbini.
-Bilsəydim belə edəcəksən heç birini həvəslə geyinməzdim.
-Niyə istədiklərini aldıqda.
-Evə getmək istəyirəm-başımı sağa sola bezgin halda yelləyib gözləmədən maşına doğru gedib oturmuşdum.Daha nə deyərdim?..Onu belə görəndə susmaq hakim kəsilirdi mənə.Danışsam da söhbətimizin sonu uzunçuluğa gedərək mübahisəyə dönəcəkdi.
Yolboyu ağlamayım deyə dişimlə dodağımı içəridən didərək sakitləşməyə çalışaraq onunla danışmırdım.Evə girən kimi yataq otağına çəkilib özümü yatağa atmışdım.Bu otaq hər şeyimə ağlamağıma,gülməyimə,yalnızlığıma,səssizliyimə şahid olmuşdu.İndidə əsəblərimin tab gətirmədiyi üçün yatağa uzanıb əllərimlə üzümü tutub ağlayırdım.Son zamanlar yaşadığım streslər məndən hələ getmədiyi üçün hər ani əsəbləşməyə özümdən asılı olmadan uşaq kimi hönkürüb ağlayırdım.Ziyad gəlib məni belə görəndə pis olsada özünü dik tutub qapını ardından bağlamışdı.
-Bir dona görə belə ağlayırsan?
-Yox...Mən istədiklərimi alıb geyinməyə öyrəşmişəm.Sən amma qadağa qoyaraq mənim istəklərimi görməzdən gəlirsən.-yerimdə oturub gözlərimi silirdim.
-Özünü açıqda qoymaq belə xoşuna gəlir!!?..-Sözlərini eşidən kimi tok vurmuşdu sanki,ürəyimə tikan batırmışdı.Qəlbimə elə dəymişdi son cümləsi məni vursaydı bundan çox incitməzdi..Heçnə deməyib üzünə baxmadan otaqdan çıxıb hamama gedərək əl-üzümə su vurub geri qayıdıb yatmışdım.
Sözü ürəyimə elə ox olub sancılmışdı ki məni özündən yenə uzaqlaşdırmağı bacarmışdı.Mən evin tək,sevilən qız övladı olsamda heç bir zaman açıq geyimlər nə alardım nə də geyinərdim.Həmişə həddimi bilərək hərəkət edib qardaşlarımın başını uca tutmağa çalışmışam.Ziyadın belə deməsi mənə çox toxunmuşdu.Onun istəklərini qəbul etmək mənim üçün çətin deyildi sadəcə belə hərəkət edib danışmağı ağır gəlmişdi.Gün ərzində danışdırmasa danışmayıb evdə mum kimi gəzirdim.Birindən incidiyim zaman sükuta bürünüb susaraq içimə atıb həmin insandan uzaq olardım.
Gecə məni qucaqlamağına mane olmasamda susqunluğumdan incikliyimi gözəl görürdü.Arxamı çevirib yatmağımla oyanıb məni özünə çəkərək yatmışdı.Üç günümüz belə ötüb keçsə də dəyişən heçnə yox idi.Əksinə mən özümə qapanaraq onunla çox ünsiyyətə girməyərək qaçırdım.
May ayı olduğu üçün havalar çox istiləşdiyinə görə evdə isti olurdu.Üzərimdə qolsuz kofta və dizimdən biraz yuxarı şortiklə balkona çıxıb paltarları ipə asırdım ki,Ziyadın balkona çıxıb məni elə görməyi dəli olmağına bəs etmişdi.Mən isə işimdən qalmayaraq ona fikir vermədən paltarları sərirdim.Deyəsən yan balkondan bir oğlan bura baxırmış,bunu Ziyadın səsini eşidəndə bilmişdim.
-Nə baxırsan!-deməyi ilə başımı qaldırıb onun baxdığı yerə baxanda oğlan içəri keçmişdi.Mənidə qolumdan tutub otağa atmışdı.
-Bu halda niyə çıxmısan balkona!.
-Onsuzda sənin fikrinə görə özümü çöldə qoymuşam.Nə istəyirsən daha məndən.-günlərdi susqunluğumun səsi indi çıxırdı.Bir addım ataraq tam qarşımda dayanıb əllərimi qaldıraraq öpmüşdü.
-Mən əsəbi olanda gözüm heçnəyi görmür sənin ağlamağın məni əsəbləşdirdiyindən o söz ağzımdan çıxmışdı.Səni incitmək istəmirdim yoxsa.
Gözlərimə elə dərin baxıb bunları demişdi ki özümü itirdiyimdən bilmirdim nə deyim nə edim.Mənim key kimi donub qalmağıma əllərimi sinəsinə qoyub qolları ilə belimdən tutaraq özünə yaxınlaşdırmıışdı.Baxışlarım kilidlənib ona,onun hərəkətlərində qalmışdı.Əyilib yanağımdan öpərək boynuma enib nəfəsi ilə məni titrədirdi.Ona qarşı gəlməyib reaksiya vermədiyimi görüb məni özünə daha da sıxaraq dərimin ətrini içinə alaraq öpüşlərinə davam etmişdi.Neçə aydır bu evdə bir qalsaqda mənə ilk gecədən sonra toxunmayıb uzaq durmağa çətinlik çəkdiyini arada görürdüm.Məndən xoş rəftar görən zaman onu sevdiyimi ya da öyrəşdiyimi düşünürdü amma üzünə baxmayanda qısqanclığı birə beş artırdı.Soyuqluğumun onun üçün çətin gəldiyini görməyəcək qədər kor deyildim.Mən onu özümə güclə yaxın qoymasam bir daha çətin onu qəbul edərdim.Xasiyyətimi bildiyim üçün öpüşlərinə mane olmayıb nə edəcəyini gözləyərək susurdum.incəliklə məni qolları arasında saxlayıb boynumu,yanaqlarımı öpəndən sonra dayanmışdı.
-İncim səndə istəyirsən?
Səsimi çıxarmadan başımı yelləyərək hə deyəndə qucağına alıb yatağa aparmışdı.Məni uzadaraq qolları arasında darıxmış insanların qucaqlamağı olur,onun kimi bağrına basıb bir neçə saniyə başını boynumda gizlədib dərindən nəfəs alıb verərək məni məndən almışdı.Bunu edəndə ilk gecəmiz gözümün önünə gəldiyi üçün yaş yanağımdan süzülmüşdü.Dodaqlarını yanağımda gəzdirəndə islanmağından dikələrək mənə baxmışdı.
-Ağlama ..istəmirsənsə yaxın durmaram.-əlləri ilə üzümü qurudub gözlərimi açmağımı gözləyirdi.
-Ziyad-deyib hönkürməyimlə məni özünə çəkib sakitləşdirməyə çalışmışdı.
-Bağışla İncim..bağışla..Sənə bunları yaşatdığım üçün özümü bağışlaya bilmirəm.-ayrılıb yaş gözlərimdən öpərək aralanmaq istəyəndə əlindən tutmuşdum.Biz evli idiksə qadın olaraq vəzifəmi yerinə yetirməli idim.O gecə mənə yaşatdıqlarını unuda bilməsəmdə belə nə zamana kimi davam edə bilərdim?. Bu keçən zaman ərzində onu tanıdığım qədər yaxşı biri olduğunu anlamışdım.İşdən çıxan kimi evə gecikmədən gələrək gününü mənimlə keçirməsinə həyatında başqa birinin olmadığına əmin idim.Mənim üçün əlindən gələnin artığını edərək xoşbəxt olmağıma çalışırdı.Ona qarşı haqqsızlıq edərək qaçdıqca qaçacaqdım bunun üstəsindən gəlib ya onun olmaqla həyatımın yeni dönəminə addım atacaqdım ya da icazə verməyib uzaqlaşaraq zamanımı boş yerə itirəcəkdim.Gözlərimi yumub son qərarıma gələrək addım atıb özüm onun sinəsinə başımı qoymuşdum.
-Sən razı olana kimi gözləyərəm..Bir daha soruşuram İstəyirsən?
Utanaraq başımı hə mənasında yelləyəndə gözlərinə inana bilməyib üzümə baxırdı.Bir neçə saniyə elə qalandan sonra gözlərində olan parıltı ilə dodağıma yapışıb incəliklə öpmüşdü.
-Sən mənim üçün göndərilən mələksən-öpüşlərinə davam edərək məni incitmədən yenidən öz qadını etmişdi.Başımı sinəsi üstünə qoyub xoş sözlərini pıçıldayaraq çiynimi öpüb oxşayırdı.
-Səni incitdiyim günlərin əvəzini xoşbəxtliyinlə geri qaytaracam..Mənimsən ancaq mənim İncimsən..
Onun öpüşləri və xoş sözləri altında yuxuya getmişdim.Gecənin yarısı susuzladığım üçün oyananda qollarını üzərimdən qaldırıb qalxmaq istəyərkən bacara bilməmişdim.
-off Ziyad....-kəlbətin kimi qolları ilə necə bərk məni özünə sıxmışdısa onu oyatmadan çətin ayağa qalxa bilərdim.
-Ziyaad..Ziyad.-səsləyərək başımı qaldırıb ayılmasını gözləyirdim.Ondan isə səs çıxmırdı.
-Ziyad.!-oyanmamasına artıq acığım tuturdu.Əlim ilə sinəsinə yavaş vuraraq yenidən səsləyəndə gözlərini birtəhər açmışdı.
-Nə,nə olub?ağrıyırsan İncim?
-Xeyir..susuzlamışam,bəlkə icazə verəsən gedim mətbəxə?-üzünə utancaq baxışlarla baxıb qalxmaq istəyəndə qollarını tərpədərək bu dəfə daha möhkəm qucaqlayıb öz üzərinə yıxmışdı..
-İcazə vermirəm,..
-Axı ...
-icazə vermirəm sənin durmağına,özüm gətirirəm-deyib boynumdan ani halda öpüb yataqdan durmuşdu.Bir bardaq su gətirib mənə verəndən sonra yanıma girmişdi.Çox susuzladığımdan bardağı sonuna qədər bitirmişdim.Bu hərəkətinə sevinərək özüm onu qucaqlayıb qolları arasına girmişdim.
Səhər oyananda yanımda görməyib qalxmaq istəyəndə yarı çılpaq halda hamamdan çıxıb qarşımda dayanmışdı.İlk dəfə idi onun bədən quruluşuna diqqətilə baxaraq yaraşıqlı olduğunu boynuma alırdım.Sinəsində olan qaraltı marağıma səbəb olduğu üçün baxaraq anlamağa çalışırdım.Gördüyümə inana bilməyib gözlərimi yumub açaraq birdə baxmışdım.


Geri dön

Nergiz__Sirinova

  • 11 dekabr 2017 16:29
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
Hekayeye gore tesekkurler.

--------------------

❤Queen❤

  • 11 dekabr 2017 12:06
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
Limon qoxusu,
can çox sağol)
CaKoNDa,
sağol can)
Darling,
Can getdikcə dahada maraqlı olacaq)
♔Hе важно∞,
Dəyməz kız)
Jesicca,
dəyməz can)
aytc.sza,
can love

aytc.sza

  • 10 dekabr 2017 20:23
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
maragla oxyuram her bolumu..

--------------------

Jesicca

  • 10 dekabr 2017 16:44
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
thank you...

--------------------


♔Hе важно∞

  • 10 dekabr 2017 15:39
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
hekaye ucun sagol canim

--------------------

Darling

  • 10 dekabr 2017 15:09
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Əla hekayədir getdikcə maraqlidir

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

CaKoNDa

  • 10 dekabr 2017 14:28
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
eline sagliq.

--------------------
- ♏♥

Limon qoxusu

  • 10 dekabr 2017 14:01
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
İlk şərh məndən

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 2
        Cəmi: 5

         

        Top 10 Müəllif

         
        {slinks}