Bu həyatda öz yerimi necə tutum? (4)

 
Bu həyatda öz yerimi necə tutum? (4)


5. Bizi uğurdan məhrum edən səbəblərdən biri özümüzü başqaları ilə müqayisə etməkdir. Bilirsinizmi ki, bu xüsusiyyət insanı nə qədər dala atır?

Bəzən əməllərimizə bəraət qazandırmaq üçün özümüzü başqası ilə müqayisə edirik. Məsələn: Mənə desələr ki, a kişi, küçəyə niyə zibil atırsan? Deyəcəm ki, Qulamhüseyn də atır da. Yəni etdiyim işi boynumdan qaçırmaq üçün əməlimi müqayisə edəcəyəm.

İkinci müqayisə isə çatışmazlıq yaradır. Məsələn, biri fezbukda baxıb görür ki, filankəsin statusu 10 layk yığır, özü bir status yazanda 2 layk yımır. Dilxor olur, əsəbləri daralır, hamını ittiham edir, gah deyir dostluqdan siləcəm, gah deyir profilmi bağlayacam və s. Bu hələ virtuall tərəfidir. İki dost məclisə gedir, birinə digərindən çox hörmət edildikdə pisinə gedir.

Hər bir insan bir fərddir. Sizi nə atanız, nə babanız, nə qonşunuza görə dəyərləndirməməlidirlər. Azərbaycan xalqının bir özəlliyi var.

Hamı deyir ki, əşşi adamım var. O adamım var deyən insanlara baxın, əksəriyyəti kasıb-kusubdur. Özlərinə güvənməyib başqalarına güvəndikləri üçün həmişə belə deyəcəklər. Özləri onun-bunun adamı ola bilməyəcəklər. Əslində onların bu sözü demələri də müqayisədən doğur. Görürlər ki, başqaları "adamım var" deyir. Bunlar da bu metoddan istifadə edirlər. Müqayisənin icazəli olan yerlərini bölüşərəm. 6. Özünə güvənən, optimist, nikbin insanlarla oturub-durmaq insanın özünü dəyişir. Fikir verin, elə ki, daim narazılıq edən, fələyin-ruzigarın haqsızlığından dəm vuran, həyatda qarşılaşdığına görə onu-bunu ittiham edən şəxslər gördünüz, əgər onların baxış bucağını dəyişə bilmirsinizsə, onlardan uzaq durun. Yoxsa siz də həmin bədbinliyə mübtəla olacaqsınız. İnsan çox əcaib məxluqdur. Halı daim dəişməkdədir. Duaların birində deyilir ki, "Ya müqəllibəl-qulubi vəl-əbsar, ya müdəbbirəl-ləyli vən-nəhar, ya mühəvviləl-həvli vəl-əhval, həvvil haləna ila əhsənil-hal". Yəni ey qəlbləri və gözləri dəyişdirən, ey gecəni gündüzlə ard-arda əvəzləyən, ey vaxtları və əhvalları dəyişdirən, bizim halımızı yaxşılığa doğru dəyiş!

Bəzən insanın halının dəyişməsi ətraf mühitdən asılıdır, bəzən fərd öz halını özü dəyişməlidir, bəzən isə öz halını dəyişməkdə acizdir. Çünki qəfil halı dəyişir. Sanki səbəbsiz yerə qəlbinə kədər hopur. Əgər qəlbinə kədər çökürsə, bundan gileylənməməlidir. Qəlbə öz-özündən çökən kədər hikmətdir. Başqalarından aldığın kədər də müsbətdir. Lakin başqalarının süni narazılıqlarından alınan mənfi aura fəlakətdir. Necə də yaxşı deyiblər: İnsan, bəzən fərəhlənməyə bir şey tapmadıqda öz bədbəxtlikləri ilə öyünür. Odur ki, ətraf və çevrəmizdə müsbət auralı insanları cəlb etməliyik. Cəlb edə bilmiriksə, özümüz onlara qoşulmalıyıq.


Geri dön

aytc.sza

  • 14 dekabr 2017 23:39
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
reylercun tewekkur canlar.)

--------------------

Limon qoxusu

  • 11 dekabr 2017 17:50
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Xəbər ücün təşəkkür

Nergiz__Sirinova

  • 11 dekabr 2017 16:03
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Tesekkurler xebere gore

--------------------

CaKoNDa

  • 10 dekabr 2017 21:33
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
5. Bizi uğurdan məhrum edən səbəblərdən biri özümüzü başqaları ilə müqayisə etməkdir. Bilirsinizmi ki, bu xüsusiyyət insanı nə qədər dala atır?

bir fikir formalawdi.oz ayaqlarinin ustunde dur, ozun ol..seni qebul elemeyen ozu biler..
tewekkurler

--------------------
- ♏♥

Darling

  • 10 dekabr 2017 20:45
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Həyatın həqiqətləri dir xeber üçün sağ ol can

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 9
        Cəmi: 13

         

        Top 10 Müəllif

         
        {slinks}