İşgüzar Xanımın Makiyaj Çantasının Içindəkilər

 
İşgüzar Xanımın Makiyaj Çantasının Içindəkilər


Xanımların qüsursuz görünmələri üçün istifadə etdikləri vasitələrdən biri olan makiyaj işgüzar xanımların da həyatında mühüm yer tutur. Son dəqiqə baş tutacaq görüşlərdən öncə xarici görünüşü səhmana salmağımız üçün makiyaj çantası əvəzolunmaz köməkçimizdir. Yanaqlarınızda bir qədər ənlik, kirpiklərinizə əlavə qat tuş çəkməklə yorğun görüntüdən əsər-əlamət qalmayacaq. Bəs gərgin iş zamanı belə gözəl görünmək üçün makiyaj çantanızda hansı vasitələr olmalıdır?

Rəngli nəmləndiricilər

İşgüzar Xanımın Makiyaj Çantasının Içindəkilər

Bu vasitələrdən istifadə həm üz dərisini nəmləndirir, həm də ona müəyyən qədər ton verir. Rəngli nəmləndiricilər yüngül olduğuna görə üzdə maska varmış kimi hiss yaratmır.

Örtücü kremlər

İşgüzar Xanımın Makiyaj Çantasının Içindəkilər

Örtücü kremlər kompüter arxasında çox vaxt keçirdikdən sonra hər hansı ziyafətə getdiyiniz zaman istifadə oluna bilər. Onlar ləkələri, qara nöqtələri və ya üzdə olan digər problemləri gizlətmək üçün ideal vasitə hesab olunur.

Maskara


İşgüzar Xanımın Makiyaj Çantasının Içindəkilər

Maskara çəkilmiş kirpiklər gözlərin vizual olaraq daha geniş görünməsinə səbəb olur. Hətta digər makiyaj vasitələrindən istifadə edilməsə belə, yalnız tuş çəkməklə tam fərqli görüntü əldə etmək mümkündür.

3-ü 1-ində palet

İşgüzar Xanımın Makiyaj Çantasının Içindəkilər

Haylayter, bronzer və ənlikdən ibarət paletlər işgünlərində xanımların işini xeyli rahatlaşdırır. Beləki, bu vasitələri ayrı-ayrılıqda makiyaj çantasına yığmaqdansa, 3-ü 1-ində paletlərdən istifadə etmək tövsiyə olunur.

Dodaq boyası

İşgüzar Xanımın Makiyaj Çantasının Içindəkilər

“Nude” və ya çəhrayı rəng olmasından asılı olmayaraq, dodaq boyasından istifadə görünüşə canlılıq qatır. İş zamanı qırmızı kimi parlaq rənglərdən istifadə tövsiyyə olunmasa da, pastel tonlarda dodaq boyalarından istifadə edərək xoşagələn görünüş əldə edilə bilər.


Geri dön

Limon qoxusu

  • 11 dekabr 2017 17:51
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Makyajsız daha gözəldi , təşəkkür

♔Hе важно∞

  • 11 dekabr 2017 11:15
  • Məqalə: 384
  • Şərh: 1735
  • Bal:
{awards}
lazim olmasada hemiwe cantada gezdirirem))

--------------------

CaKoNDa

  • 10 dekabr 2017 21:41
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
bu 3u 1inde palet men de isteyirem( hele almamiwam. ayri qoyuram unide lazm olur sonra heresi bir yere duwur tapa bilmirem
tewekkurler

--------------------
- ♏♥

aytc.sza

  • 10 dekabr 2017 21:09
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
sadeliy gozellydi)

--------------------

Darling

  • 10 dekabr 2017 20:44
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Az makyaj daha gozell

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 94

 

Top 10 Müəllif

 
{slinks}