İlk Iş Gününə Hazırlaşırsan? Bu Kiçik Məsləhət Siyahısını Nəzərində Saxla

 
İlk Iş Gününə Hazırlaşırsan? Bu Kiçik Məsləhət Siyahısını Nəzərində Saxla


Yeni iş yerində ilk gün digər günlərlə müqayisədə nisbətən stressli və həyacanlı keçir. Bununla belə, bu gün özünüzü doğru tanıdıb ifadə edə bilməniz üçün ən önəmli gün hesab edilir.
Bəs, bu önəmli günə necə hazırlaşmalıyıq?

Əslində bu mövzuda saysız məqalələr, yüzlərlə kitab yazılıb. Bizim sizə məsləhətimiz isə ilk öncə peşəkar təqdimat və səmimi ünsiyyətlə başlayan əməkdaşlıqdır. Digər köməkçi detallar haqda isə aşağıda tanış ola bilərsiniz.

HAZIRLIĞA GECƏDƏN BAŞLA

İlk Iş Gününə Hazırlaşırsan? Bu Kiçik Məsləhət Siyahısını Nəzərində Saxla

Belə ki, hər şeydən öncə, ilk günə pozitiv, enerjili, rahat başlamaq üçün sakit və ən az 8 saat yuxu yatacağınız bir gecə keçirməlisiniz. Bunun ardından proteinlə zəngin səhər yeməyi yeməyiniz gün ərzində özünüzü güclü hiss etməyiniz üçün, daha diqqətcil olmanız üçün isə günə qəhvə ilə başlamanız məsləhət görülür. Bu menyu sizi gün boyu yorulsanız belə ayaqda tutacaq.

İLK İŞ GÜNÜ ÜÇÜN SADƏ GEYİN

İlk Iş Gününə Hazırlaşırsan? Bu Kiçik Məsləhət Siyahısını Nəzərində Saxla

Geyim hər zaman olduğu kimi, iş yerində də haqqınızda ilkin fikirlərin formalaşmasını təmin edəcək. Bu səbəbdən kəskin dekoltelərdən, çox iri və dəbdəbəli aksessuarlardan uzaq olmanız məsləhətdir.

İŞƏ VAXTINDAN 15 DƏQİQƏ TEZ GET

İlk Iş Gününə Hazırlaşırsan? Bu Kiçik Məsləhət Siyahısını Nəzərində Saxla

Bu, hər kəs gəlmədən öncə ofislə, iş masanızla rahat tanış olmağınızı və yarana biləcək həyəcanı aradan qaldırmanıza kömək edəcək. Özünüzə bir dəqiqəlik tərcümeyi-hal mətni hazırlayın. Çünki, sizinlə tanış olmaq istəyən hər kəs ilk növbədə keçmiş iş yeriniz, təhsiliniz və s. kimi detalları öyrənmək üçün sizə suallar verəcək. Bu zaman nitqiniz nə qədər öncədən hazırlanmış olarsa, səhvlərə yol vermə ehtimalınız bir o qədər az olacaq.

DİQQƏTLƏ DİNLƏ

İlk Iş Gününə Hazırlaşırsan? Bu Kiçik Məsləhət Siyahısını Nəzərində Saxla

Yəqin ki, ilk gün vəzifəcə sizdən böyük biri sizə nə etməli olduğunuzu, qaydaları izah edəcək. Bu qaydalara diqqətlə qulaq asın. Hətta məsləhət görərdik ki, özünüzlə qeyd dəftəri götürün. Görməli olduğunuz işləri sıra ilə qeyd edin. İşlərinizi planlaşdırmaq və plan üzrə hərəkət etmək daim müvəffəqiyyətli olmanıza kömək edəcək.


Geri dön

Limon qoxusu

  • 13 dekabr 2017 12:14
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Xəbər ücün təşəkkür ürəyim

❤Queen❤

  • 13 dekabr 2017 10:16
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
İnşAllah birgün işləyəndə bunları mütləq edəcəm)

CaKoNDa

  • 12 dekabr 2017 23:04
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
biri qaldi cox daniwaq yoxsa az belay normalda cox daniwiram ama evvelden deyendeki daniwmayacam v obwem daniwmiram winked huquqwunas indi deyeceklerki ciddi olmalidi az daniwmalidi,daniwmayanda da deyirler ferasetsizdi winked tewekkurler winked

--------------------
- ♏♥

aytc.sza

  • 12 dekabr 2017 21:29
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
atdm seclmwdere.. ilk iw gnumde isdifade edcem inwallah))

--------------------

Darling

  • 12 dekabr 2017 20:37
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
İn Şa Allah İşləyəndə bunları edəcəm

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 





      ToP 5 Şərhçi

      Online

      İstifadəçilər: 0



      Qonaqlar: 6
      Cəmi: 14

       

      Top 10 Müəllif

       
      {slinks}