Qaçdığım Qismət (REAL) Bölüm 18

 
Qaçdığım Qismət (REAL) Bölüm 18


Müəllif-Milady Ovod

Bəzən sənə qarşı olan haqqsızlığa susmaq və danışmamaq istəyərsən amma üzərinə gələn sorğu suallar buna imkan verməyərək sənin hayqırışlarına səbəb olar.Məndə mənə olan haqqsızlığı qəbul etməyib danışanda səsimi duyan olmadığından susub hər şeyin üstündən keçməyə qərar vermişdim.Gəl gör ki ürək səbrini basaraq susmaq istəmir.

Qarşımda gözlərindən qan daman birinin əsəbilə mənə hücum çəkməsinə qorxduğumdan ağzımı aça bilmirdim.
-Hara getmişdin!..
-Məə..məən
-Hə sən!..-mənim danışa bilməməyimə hirsi daha da artdığından qolumu necə sıxırdısa ağrısı bir yandan bu hərəkəti digər yandan qəlbimə toxunurdu.Özümü toplayıb onu çox əsəbləşdirmədən ağzımı açıb bir kəlmə söyləyə bilmişdim.
-Evə gəlmişəm,nənədən soruş..
-Bəs niyə anamgilin yanından birdən yoxa çıxmısan!.Bununla ikinci dəfədir yox olmusan,sən belə özbaşınasan?!..
-...................
-De mənə sən belə hara itirmişsən!
Hər cümləsini dedikcə qolumu bərk sıxmağına dözümüm qalmadığı üçün əlindən yapışaraq buraxsın deyə yalvarmışdım.
-Burax qolumu xahiş edirəm-sözümü bitirməyimlə necə buraxmışdısa yatağa yıxılıb oturmuşdum.Evə gələndə onsuz olanlara tab gətirə bilməyib hirsimi,kədərimi göz yaşlarımın vasitəsi ilə axıdaraq yuxulamışdım.İndi onun mənə qarşı etdiyi hərəkət və ittihamları ağır gəlirdi.Günahım olmadan,ailəm kimi bu dəfə Ziyad tərəfindən günahlandırılırdım.Mən özümə axı belə həyat arzulamamışdım.Daha bacara bilmirdim hər şeydən uzaqlaşırdım.Niyə ölməyi bacara bilmədim axı niyə!..
Ona baxaraq bunları düşünərkən yaşlar muncuq kimi yanağımdan diyirlənərək ətəyimə düşdükcə başımı sağa sola yelləyib aşağı dikmişdim.
-Ağlama boşuna..Sən bilmirsən o geyimləri geyinməyə qoymayacam,mənə inad niyə almısan?!-biraz yumşaldığını hiss eləsəmdə bu sözlərindən sonra özümü saxlaya bilməyib əllərimlə üzümü tutaraq hönkürmüşdüm.Bəlli idi ailəsi başını doldurub olmazın məlumatlar vermişdi.Anasını,bacısının məni sevmədiklərini başa düşürdüm bəs o niyə məni dinləmədən doğru olub olmadığını soruşmadan bir başa ittiham edirdi?..Gözündə dəyərim belə yox idi?..Məni məcbur özü ilə bir həyata məhkum edirdisə tanımağa çalışıb inanmalıydı..Hıçqırıqlarımı dayandıra bilməyib hönkürdükcə krizə düşdüyümü anlayaraq su gətirib içirmişdi.
-Yaxşı sakitləş İnci..-yanımda oturub saçlarımı geriyə edərək başımı sinəsinə qoymuşdu.
-Mənə inanmırsansa niyə evlənirik..Bax,bizdə alınmır-başımı onun sinəsindən qaldırmağa taqətim olmadığı üçün gözlərimdən yaş axaraq sakit,güclə eşidilər tonda deyib dayanmışdım.
-Nə zaman səndən uzaq qala bilmədiyimi başa düşəcəksən?-başımı özündən ayırıb üzümü əlləri arasına alaraq baş barmaqları ilə gözlərimin yaşını silirdi-ağlama,danış görüm nə olub..
-Ziyad nə olar məni incitməyin.Sizdən heçnə istəmirəm əlimdə ümidlərim və qəlbim qalıb,bir tək onu qırma xahiş edirəm-danışdıqca gözlərimdən yaşlar yenə yanağım boyu süzülmüşdü..Mən ondan,həyatdan çox bir şey istəmirdim.
-İncim-deyərək gözlərimi silib alnımdan öpərək əllərini belimə dolayıb sinəsinə basmışdı.-Orda nə olub,hamısını danış.
İlk əvvəl danışmaq istəməyib susaraq gözlərimi qaçıranda onun təkidinə və əmrinə tabe olub bu gün olanları söyləmişdim.
-Bəs keçən dəfə niyə tək gəlmisən və mənim xəbərim olmayıb!?
-Anan dedi sən tək get bizim işimiz var məndə bir taksiyə oturub evə gəlmişdim-əsəbdən boyun damarlarının qabarmasına narahat olaraq əlindən tutmağımla yerindən qalxıb pəncərənin qarşısına keçmişdi.
-Ziyad..
-İnci-səsində həm əsəb həm kədəri duyurdum.Onu ailəsi ilə üz-göz etməmək üçün bəzi şeyləri danışmamışdım.Ziyadı tanıya bilmişdimsə o heç kimin sözünü,nə də mənə qarşı olan hərəkəti götürməzdi.Buna görədə ailəsi ilə arasının pis olmasını istəmirdim.
-Dur gedirik!-gəlib əlimdən tutaraq qaldırmasına anlamaz baxışlarla baxıb hara aparmaq istədiyini soruşmuşdum.
-Hər şey sənin ürəyincə olacaq..-eşitdiklərimdən sonra əlimi əlindən çəkərək yerimə oturub baxışlarımı qaçırmışdım.
-İstəmirəm.
-İnci!-hökümlü səsindən çəkinsəmdə başımı qaldırıb üzünə baxmadığıma görə əyilib dizlərini yerə vurmadan oturaraq gözlərimə baxırdı.
-Mənim İncim ağıllıdır elə?-əli ilə yanağımı oxşayıb başımı özünə çevirərək gözlərimə baxırdı.
-Ziyad.
-Haycan.
-Mənə inamın belə yoxdur?.
-İnci əsəbləşəndə gözümün heçnəyi görmədiyini bilirsən buna görə də yaxşı düşünmədən hərəkət edirəm.-danışaraq özü ilə bərabər qaldırıb dodaqlarıma toxunmuşdu.
-Mənim mələyimsən sən.Gəl sözümü geri çevirmə gedək.Yox sözünü qəbul etmirəm.-cavab veməməyimdən əlimdən tutaraq otaqdan çıxarıb maşına oturtmuşdu.Hara gedəcəyimizi soruşmadan yolu seyr edərək ticarət mərkəzinin önündə dayanmağı ilə fikrini başa düşmüşdüm.Maşından düşəndə əlimdən tutub apararaq bir bir mağazalara salıb bəyəndiklərimi aldıqdan sonra evə qoyub getmişdi.Sevinirdim?..Həm də çox...Əvvəlim məcburiyyətilə başlasa da heç deyilsə bunlar ürəyimcə olmuşdu.Ən əsası da Ziyad məni başa düşməyi bacarmışdı.
Gecəni xoşbəxtliyin verdiyi sevinclə yola verib səhəri açmışdım.Toya üç gün qaldığı üçün bu gün gəlinlik baxmağa aparacaqdılar amma bilmirdim onunda mənimlə gedib getməyəcəyini.Maşına oturanda yerimi rahatlayıb üzümü ona tutaraq danışıb danışmamaqda tərəddüd edirdim.
-Səndə bizimlə gedəcəksən?-axır ağzımı aça bildiyimdən sualımdan onunda yanımda olmağını arzuladığımı anlamışdı.
-Hə,daha səni tək getməyə qoymaram.-əlini əlimin üstünə qoyaraq incəliklə sıxıb yoldan gözünü ayırmamışdı.Oraya çatıb heç kimin olmadığını görəndə ikimizin tək olacağını bilmişdim.
Gəlinliklər olan bir butikə girərkən heyranlığımdan donub qaldığımı görən Ziyad gülümsəyərək qolunu belimə keçirərək tam mərkəzə gətirmişdi.
-Ürəyin hansını istəsə götürərik.
-Bəs ...-sözümün ardını gətirməyimə imkan vermədən məni qabaqlamışdı.
-Buna görə qısqanclıq etməyəcəm rahat ol.
Ona inanmayıb qaşqabağımı sallayaraq yana baxanda üzümü özünə döndərib tam gözlərimin içinə baxırdı.Bu baxışlarda hər dəfə içimə istilik axırdı.
-Hansını istəyirsən götür- göz vurub butikdə olan divana oturaraq mənə baxanda özümə gəlib sevinclə gəlinliklərə tərəf yönəlmişdim.Sağolsun satıcı qadın seçdiyim gəlinliyi geyinməkdə mənə kömək etmişdi.Kabindən çıxıb Ziyadın qarşısında dayananda baxışlarının üzərimdə ilişib qalmasından heç nə başa düşmürdüm.Güzgü qarşısına keçərək özümə baxanda çox bəyənsəmdə onun simasından bunu anlaya bilmədiyim üçün yanına getmişdim.Bəlkə də açıqlığını bəyənmədiyinə görə mənə donmuş baxışlarla baxırdı.
-İstəyirsənsə dəyişim?.-ondan yenə də heç bir reaksiya görmədiyim üçün artıq narahat olmağa başlayırdım ki əlimi qaldıraraq dodaqlarına aparıb öpmüşdü.
-Həyatımda görüb görəcəyim ən gözəl gəlinsən-parıldayan alagözlərinə baxanda eşitdiklərimə qıpqırmızı olaraq əlimi ondan almışdım.Üzərimi dəyişdikdən sonra gəlinliyi zakaz edib ordan ayrılaraq bulvar boyu gəzmişdik.Axşam olduğundan bir yerdə oturub yemək yedikdən sonra nənəgilə qayıtmışdıq..Gecə Ziyad burda qalmaq istəyəndə nənə icazə verməyərək evə göndərmişdi.
Səhəri gün gəlib məni gəzməyə aparmaq istədiyini deyəndə toya az qalıb deyərək yenə nənə icazə verməyib kor peşman onu evdən yollamışdı.Getməyindən bir saat keçmişdi Nərmin gəlib çölə çıxmaq üçün nənəyə şirinlik edərək icazə qoparmışdı.
-Nənələrin ən göyçəyi,ən şirini..
-Nə var ay kukla qızım,de görüm nə istəyirsən?
-Ay nənə mən hələ don seçib ala bilməmişəm toya,deyirəm İnci ilə gedim baxım,bəlkə o seçimimdə kömək edə bilər?
-Adam tapmadın getməyə?..Elçinlə get,qızımı aparıb yoracaqsan.
-Söz verirəm qoymayacam əlini ağdan qaraya vursun.İstəyirsən lap qucağımda gəzdirim amma təki sən razı ol-deməyinə nənə gülərək bizə baxaraq icazə vermişdi.Üzərimizi geyinib evdən çıxaraq taksiyə oturanda Nərmin dillənmişdi.
-Səninkinin bayaqdan mənə tökmədiyi dil qalmayıb.
-Başa düşmədim?
-Dəli olub orda yəni deyirəm
-...................-yenə də dediyini başa düşməyərək ona baxanda bezdirici simayla mənə baxmışdı.
-Ay qız Ziyad orda səni görmək üçün özünü öldürür.Bir sözlə görüşə gedirik.
Sözlərini eşidən kimi gülməyimə Nərmində mənə qoşulub ucadan gülüşmüşdük.Biraz yol gedəndən sonra taksinin dayanmağı ilə qarşıda Ziyadın maşınını görəndə başımı vecsiz halda yelləyərək ona göz süzdürüb enməyimlə yanımda bitmişdi.Taksinin pulunu verərək mənim əlimdən o,Nərminin əlindən isə Elçin tutub əyləncə mərkəzinə yollanmışdıq.Bovling oynayanda onlar ikisi biz isə Nərminlə birliktə onlara qarşı oynayanda uduzmuşduq.Yenidən cütlük halında oynayarkən isə bu dəfə Ziyadın sayəsində biz qalib olmuşduq.Sonra Nərminlə bərabər komedi dramlı bir film seçərək kinoya baxmışdıq.Sonunda gözümün suyunu dayandıra bilməməyimə Ziyad hirslənərək məni o ki var danlamışdı.Beləcə əylənərək axşamı salıb evə qayıdanda nənə ilə söhbət edərkən ailəm haqqında eşitdiklərimə kövrəldiyimdən gözlərim satqınlıq edib məni ələ vermişdi.Ziyadın böyükləri danışığa getsələrdə ailəm toya gəlməyə belə razılaşmamışdı.Deməli toyumda arxasız,kimsəsiz qalaraq gəlinlik geyinəcəkdim.Nənəni daha çox əhvalımın pisləşməyi ilə narahat etməyib otağıma çəkilərək doyunca ağlamışdım.Növbəti günlərdə evdə kövrək dolanaraq ünsiyyət qurmaqdan qaçırdım.

Bu gün gözlənilən saatlar gəlib çatmışdı.Səhər mənlə bərabər Nərmini salona Elçin aparıb gətirmişdi.Gecə çox ağladığımdan gözlərimin qızartı və şişkinliyinə makyajla gizlətməyi bacarmışdılar.Evə gələn kimi Nərminin köməkliyi ilə gəlinliyi geyinib Ziyadgilin gəlişini gözləyirdik.Oturduğum yerdə qəhərlənməmək üçün çalışsamda alınmadığına görə özümdən asılı olmadan gözlərimin krantı açılmışdı.Yaxşı ki Nərmin mənim yanımda olaraq bacılıq etmişdi.Ağlamağıma kövrələrək məni qucaqlayıb həm təsəlli vermiş həmdə üzümü güldürməyə çalışmışdı.
-Bəsdir daha,ağlatdın məni.Elçin belə görsə nişanı qaytaracaq!-məndən ayrılıb üz gözümə əl gəzdirərək korlanmış hissələri bərpa edib yenidən məni qucaqlamışdı.
-Çox xoşbəxt olacaqsan,çox..İnan buna həmişə..
Elə bu an maşınların siqnal səsinə əl ayağımız bir birinə dolaşaraq həyəcandan yerimizdə dura bilmirdik..Ziyad öz evlərindən çıxıb məni restorana nənəsigildən aparacaqdı.Yolda olarkən özü telefonda qaldığı bəs deyil mənidə telefona kilidləyərək tez tez mesaj yazaraq necə olmağımla maraqlanmışdı.Buruqluğumu anlayaraq tək qalmamağım üçün əlindən gələn qədər yanımda olmağa çalışırdı.
Üzümə fatamı keçirməyimlə otağa daxil olaraq gülü mənə uzadıb yanımda yerini alaraq əllərini bir birinə kilidləyib dayanmışdı.Böyüklərin xeyir dualarını eşidəndə özümü tox tutmağa çalışmağımın bir xeyiri olmamışdı.Gözlərim dolaraq aşıb daşanda əlimə süzülməyi ilə Ziyad əlini belimə qoyaraq dillənmişdi.
-İncim özünü ələ al.-başımı yaxşı mənasında tərpədib ürəyimdə üçə kimi sayaraq başımı yerdən qaldırmamışdım.Hər bir qızın xəyalı olan çıraq başına atanın hərləməsi məndə olmayacaqdı,olmamışdıda.Qaynım qırmızı lenti 2 dəfə belimə bağlayıb açandan sonra üçüncü dəfə bağlayaraq təbrik edib kənara çəkilmişdi.Bu adətin ediləcəyini təxmin etməmişdim.Ziyadın qoluna girərək evi tərk eləyib maşına oturan zaman geriyə baxanda ürəyimdə bir sim daha qırılmışdı.Mən ata evimdən çıxmaq yerinə bir başqasının qapısından gəlin köçürdüm.Bu duyğular qəlbimi yandırdıqca ürəyim köksümdən çıxmaq istəyirdi.Maşına oturan kimi əllərimi üzümə tutub ağlamağımla Ziyad sakitləşdirmək istəsədə alınmamışdı.Restoranın qarşısına çatanda Nərmin yanıma gələrək əllərimdən tutub acıqlanaraq məni danlamışdı.
-İlin çirkin gəlini sən olacaqsan.Dayan gəlirəm-deyib maşından uzaqlaşanda az keçməmiş qayıtmışdı.Kosmetika çantasını açaraq üzümə axan qaraları təmizləyərək yenidən makyaj etmişdi.Ziyad ağlamağıma dayana bilməyib maşından çıxdığı üçün geri qayıdanda mənə kövrək baxışlarla baxıb əllərimdən öpmüşdü..
-Sənə nə qədər bağışla desəmdə bilirəm günahımı örtə bilmərəm amma inan üzünü güldürmək üçün hər şey edəcəm.-qarşılıq olaraq gözlərimi yumub açaraq onu dinləmişdim.Zaman gəldiyindən maşından düşərək restorana daxil olan kimi zaksımız kəsiləcəkdi.Yerimizi alan vaxt mənim şahidim olaraq Muradı görəndə təəccüblənərək donub qalmışdım.Atam evdə toya gəlməyi hamıya qadağa qoyduğu üçün onu burda görməyi gözləmirdim.İmzaları atdıqdan sonra qarşımda dayanaraq təbrik edib qucaqlamağına ağlamağımı saxlaya bilməmişdim.Yaranan kövrəklik anına deyəsən oturanları da ağlatmışdım.Ondan ayrılan kimi Ziyad əlimdən tutaraq –sakit dayan hamını ağlatdın-qulağıma pıçıldamışdı..Arzularımdan biri bu gün,qardaşımın şahid olması ilə həyata keçmişdi..Sözünün üstündə durub toyumda şahidim olmuşdu.Salonun mərkəzinə gələrək ilk rəqs açılışını etmişdik.
Hayat arkadaşım
Seçtiğim hayatım
Bugünüm, yarınım
Gözümün bebeği tek aşkım
Ve senden sonrası yok
Ne de öncesi var
İtibar etmem sensiz geçen günlere
Kadınım, hayat arkadaşım
Karıcım, canım, can yoldaşım
Su olsan taşa değsen olur safir
Yol olsan yürünsen cennete gidilir
Yok olur herşey yanımdaysen eğer
Yok olur gidersen eksilir tükenir

Rəqsimizi etdikdən sonra yerimizə əyləşəndə gözüm Murad da qalmışdı.Biraz oturduqdan sonra atama görə çox qala bilməyib getmişdi.


Geri dön

Nergiz__Sirinova

  • 13 dekabr 2017 16:59
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
Hekaye ucun tesekkurler.

--------------------

Limon qoxusu

  • 13 dekabr 2017 12:11
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Hekayə ücün təşəkkür

❤Queen❤

  • 13 dekabr 2017 10:02
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
CaKoNDa,
aytc.sza,
Darling,

Həə nihayet) Çox sağolun canlarım love

CaKoNDa

  • 12 dekabr 2017 23:09
  • Məqalə: 6
  • Şərh: 108
  • Bal:
{awards}
Sitat: aytc.sza
wukur artg evlendler

))
tewekkurler winked

--------------------
- ♏♥

aytc.sza

  • 12 dekabr 2017 21:27
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
wukur artg evlendler wink

--------------------

Darling

  • 12 dekabr 2017 21:00
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
HƏYƏCANLI BÖLÜMLƏRİ DƏ OLACAQ SƏBRSİZLİKLƏ GÖZLƏYİRƏM

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 19
        Cəmi: 23

         

        Top 10 Müəllif

         
        {slinks}