Qaçdığım Qismət (REAL) Bölüm 19

 
Qaçdığım Qismət (REAL) Bölüm 19


Müəllif – Milady Ovod

Ziyadın toyun əvvəlindən sonuna qədər oynamağından sevinc,xoşbəxtliyini görməmək mümkün deyildi. Toy başlayandan bu yana kimi insanların mənalı baxışları altında üzümə kədər çökəndə tez uzaqlaşdırıb bu günümüzü korlamaq istəmirdim.Onların düşüncəsində mən Ziyadın 5 illik sevdiyi qız idim,.Sağolsun qaynanam harda gəldi qohumlarına oğlunun məni qaçırıb güclə olduğunu bəyan eləmişdi.Çalışıb bunu beynimə salaraq yenidən kövrəlmək istəmirdim.Nərmin və Ziyada görə başım qarışaraq kədərimi unudub sevinc qarışıq xoşbəxtlik yaşayırdım.Toyun sonlarında diskoteka zamanı mahnının sözlərini Ziyad mənimçün oxuyaraq əlimdən tutub oynatmasına aludə olanda birdə ayıldım ki hamı bizi dairəyə alıb əl çalır..Özünü unudaraq bütün mahnıları mənimlə bərabər oynamağı yaddaşımda qalacaq gözəl an olmuşdu.Beləcə toyumuzu başa vurub evə gələndə içimdə yaranan sıxıntıdan kövrəkliyim tutduğu üçün dişlərimlə dodağımı dişləyərək ağlamamağa çalışırdım.Otağa keçib yatağa oturanda Ziyad da ardımdan gəlib yanımda oturaraq öpməyə başlayanda dayandırmışdım.
-Mən çimmək istəyirəm.
-yaxşı.
Hamama keçib içimdə yığılan göz yaşlarını sərbəst buraxaraq isti duşun altına girib ürəyimi boşaldana kimi ağlamışdım.Biraz elə qaldıqdan sonra çıxaraq üzərimə gecə pünyarlarından birini geyinib utana sıxıla otağa keçəndə qarşımı kəsib öpüşlərə tutmuşdu.Bir anda dayanaraq yatağa oturub məni də qucağına oturdaraq danışmağa başlamışdı.
-Sənə etdiyim heyvanlıq üçün məni bağışla desəmdə günahımı yuya bilməyəcək bəlkədə hərəkətlərim amma bunu heç bir zaman unutma sən mənim üçün çox dəyərlisən,qiymətin ölçülə bilməyəcək qədər ağırdı.Sən bu ürəyə yerləşdirilmisən,başqasını görməyəcək qədər bu gözlər kor olub.-sol əli ilə yanağımı sığallayaraq danışarkən gözləri dodaqlarımda kilidlənmişdi-istəmirsənsə bu gecə toxunmaram.
Biz artıq evlli idiksə ailə qurmuşduqsa vəzifəmi yerinə yetirərək xoşbəxt olmağa çalışmaq istəyirdim.Buna görədə Ziyada da haqqsızlıq olmasını istəmirdim.O ilk gecəyə görə indi mənə toxunmağa ürək etmirdi.
-Etdiyini unuda bilməsəmdə xoşbəxt olmaq istəyirə..-sözümü deməyimə imkan vermədən öpərək qolları arasında yatağa uzadaraq öz qadını etmişdi.Gecəni onun əzizləməsi ilə keçirib səhər oyananda başımın üstündə yarı uzanıqlı halda dayanıb saçlarımla oynadığını görən zaman özümü itirərək ilk ağlıma gələni dilimə gətirmişdim.
-Bu gün çıxıb gəzək?
-Yaxşı amma mən acam-anlamaz ,key baxışlarımla ona baxıb həqiqətən ac olduğunu düşünərək məndə acdığımı bildirəndə simasında yaranan bic gülüşünə niyyətinin başqa olduğunu anlamışdım.
- Dur gəzməyə gedək.-deyərək onu yerindən tərpətməyi bacarmışdım.İlk əvvəl o qalxaraq üzərini geyinib otaqdan çıxandan sonra məndə qalxmışdım.Mətbəxə keçib çay qoyaraq səhər yeməyi üçün süfrəni hazırlayıb oturmuşduq.Diqqətim ancaq boşqabımda və əlimdə olan çörəkdə olduğu üçün Ziyad tərəfə heç baxmadığımdan gülüş səsinə başımı qaldırmışdım.
-Nəyə gülürsən?
-Sənə-barmağını şokalada batırıb burnuma çəkmişdi.
-Aaa heyifdi-qaşqabaq sallayıb burnumu siləndə yenə ona baxmırdım.Düzü dünənə görə ondan çox utanırdım.Bu bizim ilk birliktə olmağımız olmasa da dünən tamam fərqli olmuşdu.Onunla bütün sərhədlərimizi aşaraq bir birimizə daha yaxın olmuşduq.
-Təki sən istə mən bundan çox alaram- kiçik bir loxmaya şokolad sürüb mənə uzadanda əlindən almaq istəyəndə verməmişdi.
-Aç ağzını..
-Ziyad..
-Haycan...Bax çaşıb barmağımı dişləyərsən.
-İstəmirəm-dodağımı büzərək özüm çörəyimə şokolad yaxmışdım.
-Mən İncimin küsməyinə heç icazə verərəm?-əlini uzadanda çörəyi verdiyini düşünürdüm ki yenidən burnumu şokalad edərək gülmüşdü.
-İndi də ağzını açmırsan?-deməyinə dil çıxarıb uzatdığı çörəyi ağzıma qoymağına imkan yaratmışdım.Beləcə səhər yeməyini əlləri ilə yedirdib evdən çıxa bilmişdik.Yayın isti havasında bulvar boyu gəzəndən sonra günorta naharımızı ora yaxın kafelərində birində edərək evə qayıtmışdıq.Toy disklərimizi tv-yə taxıb cipsi,şirin sularımızı gətirərək divanın qarşısında olan kiçik masaya qoyub yerimi rahatlayanda Ziyad başını dizlərim üstünə qoyaraq əllərimi dodaqlarına qoyub öpüb ətrini içinə çəkmişdi.Sağ əlimi öz sağ əlində tutaraq barmaqlarımızı bir birinə keçirib elə izləmişdi.Axşama kimi toyu ancaq baxıb bitirə bilmişdik.Yemək hazırlamaq üçün mətbəxə gedib rahat,yüngül bir şeylər bişirib toydan ağlımızda qalan gülməli anlardan danışaraq yemişdik.Qabları yuyaraq yerlərinə qoyub onun yanında divanda oturanda iqra oynamağı diqqətimi çəkmişdi.Biraz daha yaxın oturub telefonuna baxmaq istəyəndə ani hərəkəti ilə bir qolunu boynuma qoyub özünə çəkərək saçlarımdan öpüb qucaqlamışdı.Telefonu mənə uzatmağı ilə sevinərək alıb oynadığı oyunu davam etdirmişdim.Ziyad isə məni qucaqladığından qolumu oxşayaraq gah mənə gah da əlimə baxanda fikrinin başqa yerdə olduğunu anlayırdım.Mən iqra ilə başımı qatanda o,da iş üçün gətirdiyi sənədlərini gözdən keçirməklə məşğul idi..İqraya özümü necə qapdırmışdımsa bəlkə də bir saat telefondan uzaqlaşmamışdım sonra maraq güc gəldiyindən iqranı dayandırıb telefonunu qurdalayaraq baxanda kontaktında adımın “İncim” yazılmasını görmüşdüm.
-Sən adımı nə yazmısan?-verdiyi suala baxa qalaraq key baxışlarım yerini almışdı.Gözümü qırpmadan səhv iş görən uşaqlar kimi donub qalmışdım.Məndən cavab gəlmədiyinə görə əlini atıb masanın üzərindən telefonumu götürərək ad siyahısına baxanda üzündə hiyləgər gülümsəmə yaranmışdı.
-Bu nədir?
-Şey dəyişəcəkdim yadımdan çıxıb,pis niyyətlə yazmamışam.
Adını telefonumda “Dağıstan öküzü” deyə qeyd etmişdim.Onu yeni tanıdığım günlərdə bu adı ona vermişdim və elədə qalmışdı.Mən məsum baxışlarla baxarkən onun üzündə gülüşü daha genişləndiyindən narahat olmağa başlamışdım.
-Sən cəzalısan artıq.-bunu deyərək mənə yaxınlaşmasından hələdə key kimi baxa qalmışdım.O,isə lap yaxınımda oturaraq dodağımdan öpməyə başlayanda ağlımı başımdan almağı bacarmışdı.İsti toxunuşları artıqca dayana bilməyib qucağına alaraq otağa aparıb yatağa qoyaraq yerini üzərimdə rahatlamışdı.-qaçışın yoxdur cəzanı çəkəcəksən...İncim-hər toxunuşunda əzizləyərək xoş sözlərini pıçıldayaraq məni məndən almışdı.
Səhər gözlərimi açanda üzərimdəki ağırlığa qaşlarımı çataraq qalxmaq istəyəndə qolu ilə məni yatağa kilidləmişdi sanki.Əlimi atıb qolunu qaldırmaq istəyənəndə bacara bilməmişdim.Elə bil daş idi!.Onu oyatmadan çalışıb yerimdən qalxmaq istəyirdim amma bu öküz özü üstümdə olmasa da qolunun ağırlığı bəs edirdi.Səbrimi basıb dilimin altında deyinərək onun qolunu üzərimdən götürmək ilə məşğul olarkən məni izləməsini görməmişdim.
-Hələ çox belə çabalayarsan-gözünü üzümdən ayırmadan heyran baxışlarına mısmırığımı sallamışdım.
-Durmaq istəyirəm-artıq əsəbləşməyə başlayırdım.
-icazə vermirəm-üzərimdə olan qolu ilə belimdən bərk tutaraq üstünə atmışdı.-bu gün burdan çıxmaq yoxdu!.-belimdən qucaqlayaraq burnumdan öpüb əlini kürəyimdə gəzdirirdi..Mənim isə olan qalan ağlım havaya uçub getmişdi.
Dediyini edərək gün ərzində yataqdan çıxmağa icazə verməmişdi.Hətta yeməyimiz belə yataqda yeyib günümüzü keçirmişdik.

Toyumuzun üstündən 1 həftə keçib getmişdi.Bu gün Ziyad işə çıxdığı üçün evdə təklikdən darıxaraq başımı qatmağa heçnə tapmamışdım.Axşam evə gələndə yeməyimizi yedikdən sonra özünü divana ataraq tv-ni izləyərkən məndə kefsiz halda yanına oturub gah ona gah tv-ye baxırdım.
-Bəlkə çıxıb gəzək?
-İncim yoldan indi gəlirəm,yorulmuşam evdə oturaq.
-Yaxşı-təkid etməyərək razılaşıb yanından durmaq üçün bir behanə taparaq qalxmışdım.
-Mən gedim çəkməcəni yığışdırım.- yatağa uzanıb gözlərimi tavan zilləyərək düşüncələrə qərq olmuşdum biraz keçmiş Ziyad gəlib yanımda oturmuşdu.
-Bayaqdan kefsizsən nə olub?
-Darıxıram həmdə çox.nə qədər videolar izləmək olar?İnternetdə səhifə açım,başım qarışsın nə deyirsən?-biraz sakit qaldıqdan sonra icazə almağı bacarmışdım.Onun qəti razı olmayıb qısqanclıq edəcəyini düşündüyümdən razılıq verməsinə təəccüblənsəmdə sevinmişdim amma sevincim az keçməmiş ürəyimdə qalmışdı.İkimizin adı ilə bağlı profil açaraq mənə verəndə dediklərinə qıcıqlansamda heçnə deməmişdim.Öküz həyat yoldaşım mənə gələn mesajları ilk əvvəl özünə yönəltmişdi.Bunlarla başımızı qatanda anasından zəng gəlmişdi.O telefonla danışarkən məndə yeni açdığı profil ilə başımı qataraq telefonda qalmışdım.Danışığı sonlandırdıqdan sonra mənə baxaraq sual verməyimi gözləyirdi bilirəm.Mənim isə heç marağımda olmadığı üçün fikrimi telefona vermişdim.
-Anamgil sabah gələcəklər.-sözünü bitirməyi ilə yerimdən dik atılaraq telefonu əlimdən salmışdım.Bu hərəkətimə onu qorxutmuşdum deyəsən.

-Mən neyləyəcəm onlarla səndə evdə yoxsan..Nə bişirim görən?hiiii hələ evləri dərindən yığışdırmalıyam.
Otaqdan çıxaraq evin canına düşüb gecəylə qapı pəncərələri silməyə başlamışdım.Bacısının,anasının məni istəmədiklərini bilirdim bunun üçündə əlimdən gəldiyi qədər onlara hər şeyin xoş olmasını istəyirdim.Hər yerin tör-töküntüsünü səliqəyə saldıqdan sonra bir iki yemək hazırlayıb soyuducuya qoyaraq sabah səhər bişirəcəkdim.Əyilib qalxmaqdan özümü necə unutmuşdumsa başımın ağrısına məhəl qoymadan işlərimə davam edirdim.Bizim yataq otağından başqa hər yeri yığışdırdığım üçün növbə orada idi.Tavanı,çilçırağı sildikdən sonra pəncərəyə çıxıb şüşəni silməyə başlamışdım ki acıqlı halda Ziyad gəlib kürəyinə ataraq yatağa gətirmişdi.Uzanıb mənidə özünə tərəf çəkərək qolları ilə əhatələmişdi.
-Evi yığışdırır...-sözümü yarımçıq qoyub baş barmağını dodağımın üzərinə qoyaraq susdurmuşdu.
-Ziyad?..
-Haycan.
-Bacın hansı yeməyi çox xoşlayır?.
-Ürəyin nə istəyir hazırla amma özünü yormadan.
-Yaxşı anan üçün bəs nə hazırlayım?
-..........................
-Tort hazırlasam bəyənərlər?-
- İnci birdə sual versən səni başqa cür susduracam.-deməyinə dilimi udub başımı sinəsindən qaldırmamışdım.
-Qorxma onlar səni yeməyə gəlmirlər biraz oturub gedəcəklər.—belə belə deyərək məni sakitləşdirərək yatmışdıq.
Səhəri yuxudan tez oyanıb onun özü ağırlığında olan qolunu üstümdən güclə ataraq ayağa durub ilk iş olaraq mətbəxə keçib yeməkləri,şirniyyatları hazırlayıb bitirmişdim.Hər şeyi tamamladıqdan sonra hamama girib çimib çıxaraq saçlarımı fenləyəndə Ziyad arxadan qucaqlayaraq məni öpüşlərə qərq etmişdi.Dayandırmasam bunun yataqda davam edəcəyini bildiyimdən əllərindən qaçıb mətbəxə keçmişdim.Yeməyimizi yeməyə başlamışdıq ki qapı döyülməsinə gedib açmışdı.Onların gəldiyini anlayıb qabaqlarına çıxaraq hər biri ilə görüşəndən sonra qonaq otağına keçib əyləşməkləri ilə məndə yanlarında oturmuşdum.Ziyad işə getmək üçün qapıdan çıxanda zarafatla dillənməyinə qıpqırmızı olmuşdum..
-Arvadımı çox yormayın.
O,getdikdən sonra çay süzərək şirniyatları süfrəyə düzüb oturmaq istəyəndə qaynanamın istəyi ilə yenidən mətbəxə qayıdıb su gətirmişdim.Böyük baldızımın uşaqları ortancıl baldızımın uşaqlarına nisbətən dəcəl olduğundan gəldikləri andan etibarən artıq evi bir birinə qatmışdılar.Bir evdə 5 uşaq olarsa onları saxlamaq olar?.Onlar söhbət etsədə mənim fikrim uşaqların yanında qalmışdı.Çaylarını yeniləmək üçün mətbəxə keçəndə iki bacı qardaş pesoq qabını götürmək istəyəndə görmüşdüm.Onu oyuncaq əvəzi oynatmaq istədikləri üçün bir söz deməzdim sadəcə içi şəkər tozu ilə dolu idi.Qabı əllərindən alıb kənara edərək içini boşaldıb verməyi düşünürdüm.
-Bununla oynamaq olmaz am..-bu zaman baldızım yanımıza gələndə bunu eşidib məzəmmətlə mənə baxaraq uşaqların əlindən tutub aparmaq istəyəndə dediyi söz ürəyimə toxunmuşdu.
-Sən nə biləsən uşaq nədir!
Mən görən niyə bilmirdim uşağın nə olduğunu?.Yəni onların gözündə bu qədər pis qadın idim?.Böyük qardaşımın oğluna yeri gəlsə anamla,gəlinimizlə bərabər mən baxmışam.Bunları bir kənara qoysaq mən o qədər qəlbsiz biri idim uşaq sevgisinin nə olduğunu dərk etməyim?.onlara nə etsəmdə məni bəyənməyəcəkdilər.
Çayları yenidən masaya qoyub oturan zaman qaynanamın dediklərinə gözlərim dolanda dayan bilməyib otaqdan çıxmışdım.
-Neçə vaxtdır burdasan amma heç tərpəniş yoxdur.Oğlum sənə görə övladsız qalacaq?.
Hər şey Allahın əlindədir.Nəyi qismətimizə yazıbsa onu da yaşayırıq.Kim istəməz övladı olsun,onu böyütsün.Bizim bir yerdə olmağımızdan uzun zaman keçməmişdi qaynanam belə deyirdi.Ürəyimdə özümə səbr diləyərək yataq otağıma keçərkən uşaqların yataqda tullanıb düşməklərinə əsəbləşsəmdə qonaqdırlar deyərək səbrimi basaraq mətbəxə getmişdim.Nahar üçün yeməkləri qazın üstünə qoyanda ortancıl baldızım yanıma gəlib kömək etmişdi.Bahara(böyük baldızım) baxanda Nigar mənimlə mehriban idi.
-Sən onlardan incimə,çalış başa düşəsən.
Heçnə deməyib gözümü yumub açaraq qarşılıq vermişdim.Süfrəni qurmaqda mənə kömək etdikdən sonra birlikdə masaya oturub yeyən zaman qaynanam tez-tez məni buyuraraq yeməyimi bitirməyimə imkan yaratmamışdı.Elə yenicə oturmuşdum verdiyi suala hiss edirdim qanım damarlarımda donurdu.
-Anangildən xəbər yoxdu,səninlə maraqlanmırlar?
-.......................
-Atıblar səni,daha niyə maraqlansınlar.
Mən indi nə cavab verə bilərdim?.Hirslənsəmdə dediklərində haqqlı idi.Valideynlərim məni günahlandırıb görmək istəməzkən kənardan deyilənlərə necə cavab verə bilərdim.Tutulub qaldığımdan tikəmi udaraq masadan ayrılıb mətbəxə keçib stula çökərək ağlamışdım.Hirsim,hikkəm belə anlarda ailəmə qarşı artırdı.Yəni bu qədər dəyərsiz idim onlar üçün?.Ağlayıb sakitləşdikdən sonra əl-üzümə su vurub yenidən mətbəxə qayıdaraq qabları yerbəyer edib qonaq otağına qayıtmaq istəmirdim.Nigar məni anlayaraq süfrəni yığışdırıb gətirməkdə köməkliyini etmişdi.Onlardan da qaça bilməzdim?həm mən nə zaman qaçmağı bacarmışdım indi də qaçırdım.Yeməkdən sonra çay süzüb qarşılarına qoyaraq oturub danışıqlarını dinləyirdim.Axşam üstü idi uşaqların dəcəlliklərinə əsəbim get gedə artsa da dillənməyərək evimin darmadağın vəziyyətinə baxırdım.Qapılar şirəli,pəncərə,şüşələr uşaqların əl izləri,kitab dəftərlərin hərəsi ayrı yerlərdə.Bir sözlə evə sanki bomba düşmüşdü.
Ziyadın gəlməyinə az bir vaxt qaldığından yüngülvari evi toplamağı bacarmışdım.İşdən gələndə evin halını görüb gülmək qarışıq o da mənim kimi düşündüyündən heyrətlə baxa qalmışdı.
-Bu nədi evi uçurmusunuz-deyəndə qoluna yüngül vuraraq-sus ayıbdı-deməyimlə susmuşdu.Bizimlə yeni oturmuşdu ki qaynımla qaynatamda gəlmişdi.Həvəs ilə axşam üçün gözəl süfrə açıb yeməyimizi yedikdən sonra qaynatamın sözünə Nigar ,mən və kiçik baldızım Sura ayağa qalxanda dayanmışdıq.
-İmkan verin bir gəlin çayı içək,siz oturun.-gülümsəyərək gedib hamı üçün çay süzüb gətirmişdim.İlk əvvəl qaynatam və qaynanamın qabağına çayları qoyduqdan sonra baldızlarıma daha sonra isə Ziyada vermişdim.Qaynatam xasiyyətdən mülayim,mehriban insan idi.Çayı içdikdən sonra dediyi sözə hamımız gülmüşdük.
-Bəh-bəh-bəh,axır məndə gəlinimin əlindən çay içdim.

Birazda oturduqdan sonra onları yola salıb evlərin canına düşmüşdüm.Ziyad acıqlanıb deyinsədə gecənin yarısına kimi birtəhər işləri azda olsa bitirə bilmişdim.Yerimə girəndə o, yatdığı üçün yavaş hərəkət edib oyatmamağa çalışanda alınmamışdı.Yarı yuxulu halda yaxınlaşıb arxadan qucaqlayaraq başını saçlarımda gizlədib yatmışdı.
Səhəri gün evləri yığışdıranda dünən olanları xatırladıqca kövrələrək ağlayırdım.Özümə,susqun xasiyyətimə,məni saymayan ailəmə hirslənərək ürəyimdə asıb kəsirdim.Sakitləşəndən sonra isə onlar üçün darıxdığımı anlayıb uşaq kimi bir küncə qısılıb gözlərimi silirdim.

Bir həftəni geridə qoyaraq arada olan qısqanclıqları çıxmaq şərti ilə Ziyada bağlanırdım.İşdə olsa belə hər saat mənimlə maraqlanmağı,gəzməyə aparmağı,sevdiyim hər şeyi etməyi bir sözlə qayğıma qalmağı bizi bir birimizə yaxınlaşıdırmışdı.
Dünən qaynanam zəng edib onlara gəlməyimizi istəmişdi.
-Heç onu bura gətirməmisən.
-Ana işlərim çoxdu.
-İşə gedəndə gətir,axşamda gələrsən qalarsınız.
Ziyad heçnə deməyib razılaşaraq kiçik çanta hazırlamağımı bildirmişdi.Onların evini görməmişdim.İlk dəfə olacaqdı ora getməyim.
Səhər yeməyimizi yedikdən sonra ilk məni evlərinə qoyub işinə getmişdi..Evi çöldən görəndə heyran baxışlarla baxaraq bəyənmişdim.Üç mərtəbəli məhlə evi idi.Ziyad getdikdən sonra bizim üçün hazırladıqları otağa keçib üzərimə rahat paltar geyinib çıxanda qaynanam tapşırıqlar verərək mənə evin tör töküntüsünü yığışdırtmışdı.Evləri böyük olduğundan təmizləyən qadın tutduqlarını bilirdim.Qaynanam polu silmək üçün parçanı mənə verəndə təmizlikçi qadın qabağa keçərək özü etmək istəyəndə icazə verməmişdi.
-Sən get mətbəxi yığışdır.İnci buraları siləcək.
-Yaxşı deyib pol ağacını əlimə alanda əl ilə silməyimi bildirmişdi.Üç mərtəbənin üçünüdə əlimlə silərək bitirdikdən sonra yorğun halda elə yenicə oturmuşdum Bahar hamilə olduğu üçün burda qalırdı.3 yaşında olan qızını qucağıma verərək yatırmağımı istəmişdi.Yorğun olsamda etiraz etməyib qucağımda yelləyərək güclə yatıra bilmişdim.Onu yerinə qoyub bir stəkan çay içmək üçün mətbəxə enib oturanda qaynanamın dediklərinə əsəb qarışıq pis olmuşdum.
-Sən niyə hamilə qalmırsan?.O cür oğlumu rədd edib yaxına buraxmırsan yoxsa çoxdan hamilə qalmışdın.
-Hələ Ziyadın onunla evləndiyi üçün minnəti olsun!-Bahara nə də qaynanama söz qaytarmayıb yanlarından ayrılaraq otağa çıxıb özümü yuxunun qollarına təslim etmişdim.Yorğun olduğumdan nə onların sözlərini düşünməyə halım vardı nə də ağlamağa..Mənim onlara cavab verməyim düzgün olmazdı.Aramızda olan pərdəni götürmək istəmirdim.Hər insanın yaxşı və pis tərəfləri vardır.Hansını oyatsan onu da görərsən.Mən istəmədən,bilmədən onların pis tərəflərini oyatmışdım.Yenə də Allaha ümid bəsləyib bir gün onların qəlbinə mənə qarşı hörmət qoymasını istəyirdim.


Geri dön

Limon qoxusu

  • 13 dekabr 2017 23:07
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Hekayə ücün təşəkkür

❤Queen❤

  • 13 dekabr 2017 20:28
  • Məqalə: 116
  • Şərh: 217
  • Bal:
{awards}
aytc.sza,
Məni dimirsən hələ wink

Nergiz__Sirinova

  • 13 dekabr 2017 16:43
  • Məqalə: 582
  • Şərh: 5526
  • Bal:
{awards}
Hekayeye gore tesekkurler.

--------------------

Jesicca

  • 13 dekabr 2017 16:43
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
marqlıdr
paylasdgn ucun tskrler

--------------------


aytc.sza

  • 13 dekabr 2017 16:29
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
ayda men bu Ziyadn anasina eseb oluram ee uje

--------------------

Darling

  • 13 dekabr 2017 13:54
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Hekayə daha maraqlıolur

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 14
        Cəmi: 18

         

        Top 10 Müəllif

         
        {slinks}