Qaçdığım Qismət (Real) Bölüm 24

 
Qaçdığım Qismət (Real) Bölüm 24


Müəllif-Milady Ovod

Həyat həqiqətəndə qısadır.Bu günün bizə nələr gətirəcəyini bilmədən sabah üçün xəyallar qurub ümidlər edirik.Amma yaşadığımız dəqiqələrin dəyərini heç düşünmürük.Ölüm nədir?..Ölməkdən niyə qorxuruq?.Cavan yaşda həyatdan gedərik deyə yoxsa biraz yaşlananda hələ görəcəklərimiz var deyə ölməkdən qorxuruq?..Birini itirdiyimiz üçün yoxsa günahlarımızın çox olduğu üçün qorxuruq?..
Oyanarkən göz qapaqlarımı açmaqda güclük çəksəmdə birtəhər hərəkət etdirərək açmışdım.Başımın üstündə həkim və tibb bacısını görəndə qaşlarım yığılmışdı.
-İnci xanım şükür özünüzə gələ bildiniz.
Dilim dodağım quruduğundan danışa bilmirdim.Gözlərimlə ətrafa baxaraq buranın hara olduğunu dərk etməyə çalışırdım.
-Mən..mən hardayam?-axır ki yapışmış dodaqlarımı tərpədə bilmişdim.Özümü yuxuda hiss edirdim..
-Xəstəxanadasınız..
-Körpəm,körpəm-zəif çıxan səsimlə pıçıladyaraq əlimi qarnıma qoyanda rahatlamışdım.
-Narahat olmayın körpəniz yaxşıdır.Böyrəyinizə görə təzyiqiniz çox yüksəlib və qanaxmanız olub.Təzyiqin yüksəlməyinə görə oyana bilmirdiniz.
-Ziyad?
-Nə həyassız həyat yoldaşınız var.Bura gələndən aləmi bir birinə qatıb.-həkim zarafat edib gülərək mənidə güldürməyə çalışırdı.Mən isə hələ tam özümə gələ bilmədiyimdən key baxışlarım üzərimdə idi.Onlar otaqdan çıxdıqdan sonra Ziyad otağa gəlib əlimdən tutaraq saçlarımı oxşayırdı.
-Məni çox qorxutdun
-Bu necə olub Ziyad?
-Səsini duyanda oyanıb səni oyatmağa çalışsamda ayılmırdın.Qucağıma alanda isə yataqda qan görməyimlə səni bura çatdırdım..Şükür ayıla bildin İncim.2 gündür oyanmağı bacarmırdın-danışaraq əlimdən,saçlarımdan öpərək kövrəlmişdi.
Həkimdən təzyiqimin qalxmasının səbəbini soruşanda stresdən və yaxud ağır iş görməkdən olduğunu yenə demişdi.Ziyad mənə iş görməyə icazə vermədiyindən bir tək bu stres yaşamağımdan irəli gəlirdi.Bir neçə gün ciddi həkim nəzarətində qaldığım müddətdə anam,qaynanam,gəlinimiz,baldızlarım yanıma gəlib getmişdilər.Özümə gəldikcə burdan tez çıxmaq istəyirdim amma nə Ziyad nə də həkim qoymurdu.
Xəstəxanada qalmağımdan bir hətfə keçəndən sonra axır burdan çıxırdım.Evdə gün ərzində tək olduğum üçün evimizdə yox qaynanamgildə qalacaqdım.Bunu Ziyad deyəndə bütün əhvalım korlansa da ona bildirməyəyə çalışırdım.Ora çatanda otağımıza keçib üzərimi dəyişdikdən sonra aşağı düşmək istəyəndə Ziyad saxladı.
-Hara?
-bütün günü otaqda qalacaq deyiləm?
-başına gələnləri tez unutdun dəyəsən!..uzan yerinə..
-yaxşı amma acmışam-sifətimi turşudub yazıq-yazıq baxmağıma dözməyib yanağımdan dişləmişdi.
-aha bax bu mənim İncimdi-gülərək əlimdən tutub özü ilə bərabər mətbəxə aparıb yemək yemişdik.Sağolsun qaynanam mənim üçün dolma bişirmişdi.Ziyadla yeməyimizi yeyərkən dözməyib yenə onun boşqabından dolmalarını oğurlayırdım.O,isə bu halıma gülərək yeməyinə davam edirdi.Mətbəxdə ikimiz qalanda utancımı bir kənara qoyub qazın üstündə olan dolma qazanına oğru pişik kimi yaxınlaşaraq qapağını açıb bir bir dolmaları mədəyə ötürmüşdüm.Ziyadın mənə baxaraq ucadan gülməyinə hamının bura töküləcəyindən tez qapağı yerinə qoyub qaçaraq yanında yerimi aldım.Ağzım dolu halda çəngəlimi əlinin üstünə batıraraq susdura bilmişdim.İki gün burda qaldığımız müddətdə Ziyadın yanımda olmasına görə məni narahat etməyib iş gördürməmişdilər.Ziyad işə çıxandan sonra yenə baldızımın ilan dili açılıb məni çalırdı.Bahar hamiləliyinə görə çox zaman burda olurdu.Qaynanam dəyib dolaşmasa da onun zəhər kimi acı sözlərinə tuş gəlirdim.Qonaq otağında oturub çay içdiyim zaman dediyi sözə tutulub qalmışdım.
-O cür xalam qızını qoyub gör kimi aldı bu oğlan!.
-..........................
-Elə yatmağı bilirsən,çünki xəstəsən..
-...............əlini belinin arxasına qoyaraq otaqda dolanırdı.Məndən cavab ala bilmədiyinə görə lap qıcıqlanırdı.
- Sənin doğduğunda xəstə olacaq başqa nə olacaq?-bu son dediyinə daha dözə bilməyib yerimdən qalxdım.Nə desə susaram amma övladım,balam haqqında o,olsun istər başqa biri olsun söz deməyinə icazə verməzdim..Hər bir ana üçün körpəsi,övladı həmişə dəyərli olub.Ona biri söz deyib toxunanda ya incidəndə analar ondan əvvəl kövrələr,canı yanar.Bu hissi məndə yeni-yeni yaşayırdım və ona nə söz deditdirərdim nə də incitməklərinə icazə verərdim!..İnsanda ürək,insaf,vicdan deyilən məfhumun olması gözəl idi amma bu Baharda yox idi.
-Sən necə bir insansan?..Bətnimdəki körpə tək mənim deyil,sənin qardaşının balasıdı.Ürəyin necə gəlir bunları söyləməyə?..
-........................-hər dəfə olduğu kimi susacağımı düşündüyündən indi belə hirslənməyimi gözləmədiyi üçün dilini udmuşdu.
-Səndə hamiləsən,danışanda düşün danış.-hikkə ilə otağıma qalxaraq yatağa oturub əsəbdən qıcıqlanan boğazımı ovxalayırdım.Yerimə uzanaraq gözlərimi yumub sakitləşmək istəyirdim.Bircə təzyiqim qalxmaya idi.Baharın dediyi xalam qızı nə demək idi az çox anlayırdım.Yəqin evdən Ziyadı onunla evlənməyi məsləhət bilmişdilər.Bu xala qızı marağıma səbəb olmuşdu.
Axşam Ziyad evə gələndə üzünə gülümsəməyə çalışsamda kefsizliyimi anlayırdı.Bu qədər qaldıq bəsdir deyib gecə ilə evimizə qayıtmışdıq.Üzərimi rahatlayıb qazın üstünə çayı qoyanda başımın ağrısından hərlənməyinə görə az daha əlimi yandıracaqdım.Özümü ələ alıb qonaq otağına keçərək divana əyləşib əllərimlə başımı tutmağıma narahat olub təzyiq aparatını gətirərək ölçmüşdü.Həkimin yazdığı dərmandan atanda biraz beynim rahatlıq tapmışdı.
Birliktə tv-ni izləyərkən ağlımda dolaşan fikirləri dözməyib dilimə gətirmişdim.
-Xalan qızı ilə niyə evlənmədin?
-Nə?..
-.................-sözə bir başa giriş etdiyim üçün yazıq çaşıb qalmışdı.Qaşlarımı çatıb baxmağımla yenidən sualımı təkrar etdim.
-Niyə o qızla evlənmədin?..Həm ailən onu sənə məsləhət biliblər.
-Sən ağlını bunlarla yorma-geriyə söykənib yorğun halda gözlərini yumsada əl çəkmək niyyətində deyildim.
-Ziyad?..
-İnci nə deyim indi mən?
-.....................-gözlərini açıb mənə baxaraq bir müddət susmağına məndə dinmədim.
-Mən gündə bir fikirə düşən insan deyiləm İnci..Yaşadığımız bu müddət ərzində mənim necə biri olduğumu görmüsən.Ürəyimdə biri ola-ola niyə başqası ilə evlənməli idim?.Mən qarşıma məqsəd qoyuram və istəyimə çatmağa da nail oluram-bu an axırıncı cümləsinə qaşqabaq tökməyimə beynimdə dolaşan fikiri anlamışdı.-sən mənim üçün məqsəd deyildin.Könlünü qazanmaq istəsəmdə uzaqlaşırdın .Səni qaçırmaq heç ağlımda yox idi.Sağolsun Elçin..Dedi belə çox sevirsən qaçır..Mənimdə bu fikir ağlıma batdı və qalanını sən bilirsən.
Key kimi qalaraq onu dinləməyimə dodaq ucu gülümsəyib burnumu dartdı.-bu xalam qızı məsələsinidə bağlayaq.-üzümü ovuclarına alaraq baxanda baxışlarında itirdim-həm sən bunu hardan bilirsən?-tok vurmuş kimi ayılıb əllərindən çıxaraq ayağa qalxıb otaqdan çıxmaq istəyirdim.
-Orası da mənə qalsın-otaqdan çıxanda dediyi sözə yerimdə donub qaldım.
-Olmaya İnci xanım məni qısqanır?
Qısqanırdım?.Bu sualın cavabını dəqiq aydınlaşdıra bilmirdim.Bir yanım onu sevmirsən deyirdi digər yanım onsuz qala bilməzsən daha deyirdi.İki yol arasında qalmış kimi hiss edirdim.
Səhər yuxudan onun səsləməsinə oyanaraq güc bəla ilə yataqda oturdum.
-Hazırlaş gedirik.
-Hara?
-Elçingillə bərabər Qubaya..-eşitdiyimə gözlərimi iri açaraq tez qalxıb hazırlaşmağa başladım.Çamadanımı yığandan sonra mətbəxə keçib yolluq üçün bir qab dolma,yeddi dönər,böyük bir salofan cipsi,çubuqlar,şokoladımı yığmağıma gülmüşdü.
-İki günlük gedirik sən bütün soyuducunu aparırsan.-dil çıxarıb qapıdan çıxdım.Aşağıda Nərmingillə görüşüb maşına oturanda necə içimi çəkmişdimsə Ziyad ağrıdığımı düşünərək qorxmuşdu.
-Nə,nə oldu İnci?
-Cipsimin biri evdə qaldı.
-Bəs əlindəkilər nədir?!-hirslənərək oturduğu yerdə qarşıya dönüb başını yellədi.
-Azdı bunlar yolda bəs etməyəcək o salofanımı da gətir.
-Yolda alaram gedək.
-Yox mən onu istəyirəm-tərsliyimə salıb onu hirsləndirməyi bacarmışdım.
-indi bir cipsidən ötrü mən 9-cu mərtəbəyə qalxım?!
-Yaxşı çıxıram-sifətimin dəyişdiyini görüb gedib gətirmişdi.Nərmin isə yol boyu yediklərimə gülərək zarafat edirdi.Beləcə yolu yarılayanda məni yuxu tutduğu üçün başımı pəncərəyə söykəyib yatmışdım.Ziyadın səsləməyi ilə oyanıb başımı sinəsində görəndə təəccübləndim.Nə vaxt Nərminlə yerlərini dəyişmişdilər ki mənim xəbərim olmamışdı?.Onun bu qədər qeydimə qalmasına sevinsəmdə qarşılıq verə bilmədiyim üçün əzilirdim.Hər hərəkətində sevgisini,qayğısını göstərən insanı necə sevməmək olardı?..Özümü çox əzgin,pis biri kimi hiss eləyirdim.
Elçingil düşüb artıq otelə girəndə məndə onun köməkliyi ilə maşından enib otaqlarımıza üz tutmuşduq.Yerləşdikdən sonra oğlanlar bir iş üçün çıxıb gedəndə məndə Nərminlə otağımda oturub söhbət edirdik.Biraz elə söhbət etmişdik ki Ziyadın gəlməyi ilə Nərmin çıxıb getdi.Yorulduğumuzdan yatağa uzanıb biraz yatmaq istəyirdik.Fikirlər içində onu seyr edərək qucağına sığınanda qolları ilə əhatələyib sinəsinə basmışdı.Məni belə çox sevməsini hər keçən gün daha çox anlayırdım amma məndə ona qarşı hisslərin olub olmadığını aydınlaşdıra bilmirdim.Onu sevməyə çalışanda ilk gecə gözümün qarşısına gələrək ondan məni uzaqlaşdırırdı.Beynimdən bir tək o gecəni silməyi çox arzulayırdım yoxsa sonumun necə olacağını düşünmək belə istəmirəm.Saçlarımla oynaya-oynaya yuxuya getmişdik.Elə biraz gözümüzün dincini alıb yemək yeməyə aşağıya düşüb çıxmışdıq.Sonra ordakı əyləncə mərkəzlərinə gedib gəzəndə gözüm bir şlyapada qaldığı üçün onu Ziyada aldırmışdım.Şlyapamı başıma qoyub gəzərək öndə gedəndə Ziyad mənə çatıb dayandırmışdı.
-Sən yenə özbaşına qalmısan deyəsən,tək gəzirsən!-lap əsəbləşməsin deyə heçnə deməyib qoluna girərək gəzintimizə davam edib ordanda otelə qayıtdıq.Hava qaraldığından axşam burda diskoteka olacağını bilirdim.Bilmirəm nədən idi içimdə çox enerji vardi.Gəzib əylənmək istəyirdim.Nərminlə danışıb ora getmək istədiyimi deyib otağıma gələndə mənim öküzüm yatmışdı.Səsləyə-səsləyə onu uzun donum və babet ayaqqabımı geyinərək şlyapamıda başıma qoydum.Mən geyinib hazır dayansamda bu oğlan hələ oyanmamışdı.Ağlıma gələn xain bir fikirlə səsimi başıma atmağımla gülməyim bir olmuşdu.
-Ay amaan ayağııııım-necə qışqırmışdımsa yazıq necə oyandığını bilmədən üzü üstə yerə yıxıldı.Məndə yataqda oturub onun halına güləndə gözlərimdən yaş gəlirdi.O,da yerdən ayrılıb qarşımda oturaraq mənimlə bərabər öz halına gülməyə başlamışdı.
-Bu nədi?
-Şlyapam-gözlərimi süzüb dillənmişdim.Bunu alandan bəri onsuz Nərminlə məni ələ salırdılar.
-Şlyap-pam-sözümü təkrarlayanda geymimi görmüşdü.
-Hara belə?
-Aşağıda əyləncə olacaq gedək?
-Əyləncə yox diskoteka!.Otur yerinə bir ora getməyin çatmır.
-Ziyad??-şirin dilimə salaraq güc bəla ilə də olsa razı salmağı bacarmışdım.Onun geyinməyini gözləyib cipsim əlimdə qapıda hazır dayanmışdım.Aşağıya düşüb bir masada oturaraq ətrafımıza baxanda dözməyib Nərmin məni oynamağa qaldırmışdı.Həvəsimizi öldürənə kimi oynayıb otağımıza qayıdaraq bu yorğunluqla rahat yata bilmişdik.
Səhər tez oyandığımdan balkona çıxıb ətrafa baxanda çimən,günəşlənən insanları görüb lap həvəsə gəlmişdim.Nərmin mesaj yazaraq gəzməyə çıxmağımızı deyəndə tərəddüd etsəmdə razılaşıb aşağı düşdüm.Səhər yeməyi üçün bir masaya oturub söhbət edirdik ki qaşqabaqlı halda Ziyad gəlmişdi.Ondan xəbərsiz aşağıya düşdüyüm üçün belə olduğuna əmin idim.Bizimlə bərabər masaya oturanda Nərmin Elçini oyatmaq üçün yanımızdan ayrılıb getdi.
-Niyə aşağı düşmüsən?!
-Sən yatmışdın yemək yeməyə düşdüm.
-Sayma sən məni heç!.Mən sənin üçün kiməm?..Heç kim!!..
-Mən yazıq yenə neylədim?
Daha heçnə deməyib əsəbilə başını yelləyərək yeməyini yemişdi.Otağa qayıdanda dəniz üçün olan uzun donlardan birini geyinmək üçün götürəndə səsinə dayanaraq üzümü ona çevirdim..
-Neynirsən?
-Çimərliyə getməyə belə geyim yaxşıdır.çimə bilməyəcəm heç deyilsə günəşlənərəm-bilirdim min bir bəhanə edərək getməyimə qoymayacaqdı.Onun üçün çalışırdım sözlərimi elə seçim razı olsun.
-İnci otur oturduğun yerdə!..Bu da dünənki deyil.Bir dənizə getməyin qalıb.
-Nərmingildə gedir.Nə olar bizdə gedək.
-Yox getmirəm heç səndə getmirsən.
-Niyə axı?
-Orda camaat dənizə girir,soyunur.Sənin orda nə işin var?-axır dilindən sözləri almışdım.
-Mən heç kimə baxmaram.
-Belədə baxırdınki.-özündən razı halda bunu deməyinə mənə əsəb qarışıq kövrəklik gəlmişdi.Heçnə deməyib üzünə baxmadan hamama keçib əl üzümə su vurub gəlib yatağıma uzandım.Özü bilirdi mənim kənar insanlara baxmadığımı daha bu qısqanclıq nəyə idi?..Yataqda elə uzanıb düşüncələrimə qərq olanda otağa gəlib uzandığımı görmüşdü.Çıxıb gəzək deyəndə lap əsəblərimlə oynamışdı.
-Lazım deyil.Birdən kiməsə baxıb edərəm.
-İncim mən elə demədim..-Daha onunla danışmayıb günümü otaqda keçirmişdim.Nərmin də gəlib gəzmək üçün məni çıxarmaq istəsədə getməmişdim.Bir tək yemək yeməyə aşağıya düşüb qalxmışdım.Beləcə axşam olduğundan Bakıya yola düşüb gəlib evimizə çatdıq.Yol boyu qaşqabağım açılmadığından evə keçən kimi gödəkcəmi çıxarıb otağıma getdim.Gecə yatan zaman məni qucaqlamağına icazə verməyərək qollarından çıxıb ayrı otaqda yatmışdım.Üç gün onu dindirib danışdırmadan yenə özümə qapanaraq susqun birinə çevrilmişdim.
Yatdığım zaman,gecənin bir yarısı boynumda nəfəs hiss eləyib oyananda onun burnunun boynumda olduğunu görəndə çəkilmək istərkən qoymamışdı.Birazda yaxınlaşaraq özünə çəkib bərk qucaqladı.
-İçinə qapanıq hallarına dözə bilmirəm İncim.
-..........................
-Bağışla bu öküzünü.
Əllərini üstümdən çəkərək ağlıma gələn ilk sözlərimi söyləyəndə əsəbləşmişdi-Elə hərəkət et bu gün başımı qucaqladığın kimi sabah baş daşımı qucaqlamayasan-son günlər özümə necə qapanmışdımsa ağlımda dolanan fikirlərdən qaça bilmirdim.Bilmirəm ölüm fikri hardan beynimə dolmuşdusa təkliyə qaçırdım.İndi bunu söyləməyimlə Ziyad yerindən əsəblə qalxaraq oturmuşdu.
-Boş-boş danışma sənə heçnə olmayacaq!..At bu fikirləri başından,ağlınıda başına yığ!


Geri dön

Limon qoxusu

  • 21 dekabr 2017 10:17
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Hekayə ücün təşəkkür

Jesicca

  • 19 dekabr 2017 18:48
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler

--------------------


aytc.sza

  • 19 dekabr 2017 00:31
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Inciye hecne olmaz inwallah

--------------------

Darling

  • 18 dekabr 2017 20:58
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Bu bölümdə belə keçdi ama maraqli

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 2
        Qonaqlar: 10
        Cəmi: 21

         

        Top 10 Müəllif

         
        {slinks}