Formula 1 üçün akkreditasiya başlandı

 
Formula 1 üçün akkreditasiya başlandı

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.

BŞH-dən Legend.az-a verilən məlumata görə, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2018 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Formula 1 üçün akkreditasiya başlandı

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi 31 yanvar 2018-ci il, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edib:

Formula 1 üçün akkreditasiya başlandı

"Hər ötən il daha çox sayda yerli media nümayəndələrinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran Prisində çox sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin.

Bildiyiniz kimi, Formula 1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara tabe tutulurlar və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar.

Biz də, öz növbəmizdə, ilboyu çalışırıq ki, ölkəmizdə Formula 1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayısı artsın.

Fürsətdən istifadə edərək bütün yerli jurnalistləri gecikmədən 2018 Formula 1 Azərbaycan Qran Prisinə qeydiyyatdan keçməyə dəvət edirəm. Hamınıza bu prosesdə uğurlar arzulayıram!"

Formula 1 üçün akkreditasiya başlandı

Qeyd edək ki, BŞH Əməliyyat Şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün 2018 Formula 1 Azərbaycan Qran Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Bu seminarda iştirakçılara akkreditasiyaya dair geniş məlumat veriləcək, həmçinin qeydiyyat prosesi ilə əlaqədar bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.


Geri dön

aytc.sza

  • 24 dekabr 2017 12:53
  • Məqalə: 281
  • Şərh: 1958
  • Bal:
melumata gore saol.

--------------------

Limon qoxusu

  • 22 dekabr 2017 09:48
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Xəbər ücün təşəkkür

Darling

  • 20 dekabr 2017 17:41
  • Məqalə: 694
  • Şərh: 12527
  • Bal:
{awards}
XƏBƏR ÜÇÜN SAĞ OL

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

QERCOQINYA

  • 20 dekabr 2017 16:05
  • Məqalə: 4
  • Şərh: -10
  • Bal:
{awards}
lap yaxşi...ugurlar)

--------------------

♔Hе важно∞

  • 20 dekabr 2017 15:56
  • Məqalə: 384
  • Şərh: 1733
  • Bal:
{awards}
tewekkur xeber ucun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 106

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 3
Cəmi: 12
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
 
{slinks}