Qaçdığım Qismət (Real) Bölüm 28

 
Qaçdığım Qismət (Real) Bölüm 28


Müəllif-Milady Ovod

Qaynanamın qaşqabağlı olmasını Ziyadın həkimə getməsini öyrənməsi ilə əlaqələndirəndə qonaq otağında bacısı və qızının simasında gördüyüm bəyənilməyən,altdan yuxarı süzən baxışlarına qəribə oldum.Salam verib görüşəndə elədikləri sifətə pis olub icazə istəyərək otağıma qalxıb üzərimə rahat geyim geyindikdən sonra ayıb olmasın deye düşdüm.Cəmilədən çox anasının bəyənməz yana olan baxışlarına pis olmuşdum.Sakitliklə gəlib yanlarına oturanda qaynanam,mən və bacısı idik.Söhbətə qoşulmayıb onları dinləyəndə Səbirə xalanın dediyi sözlər mənə necə toxundusa özümü saxlaya bilmədim.
-Heyf Ziyada,gedib kiminsə artığını alıb arvad elədi.-gözlərini süzüb alçaldıcı halda bunu deyəndə məni tok vurmuşdu sanki.Necə əsəb gəlmişdisə əllərim əsməyə başladı,gözlərim ixtiyarsız doldu.
-Necə diliniz gəlir belə danışmağa.
-Bunun dilidə varmış danışmağa?.
-Mən birinin artığı sayılıramsa sizin qızınızda elə sayılır...
-Ay qız ey,mənim qızıma söz deyəcək ən axırıncı insansan!..-qaynanamın yanında bunu deməsi və onun cavab verməməsidə digər tərəfdən qəlbimi incitmişdi..Dinməyib kövrək halda otağıma qalxaraq özümü yatağa yetirdim.Oturub titrəyən əllərimə baxanda kövrəldiyimdən dəli ağlamaq güc gəldi.Mən axı heç kimin artığı deyildim!..Ziyad məni qaçırmadan əvvəl nişanım olacaqdı bu artıqsan demək idi?..O zaman gərək öz qızlarına da baxaydılar.Ziyaddan öyrənmişdim Cəmiləni anası ona almaq istəyirmiş.Bacısına bunu deyib razılığını alıblarmışda.Oğlu razı olmayıb mənimlə evlənməsini həzm edə bilmirdilər.Burda mənim günahım nə idi belə təhqir edirdilər.Böyrəyimə görə həyəcanlanmaq,əsəb,stres mənə olmazdı.İndidə bu gərginliyimi dayandıra bilmədiyimdən oğlum üçün qorxmağa başlamışdım.Ağlamağımı saxlamağa çalışsamda bacara bilmədiyimdən yerimdən qalxıb otaqda o baş bu başa gedərək sakitləşmək istəyirdim.Başımın ağrımasından təzyiqimin qalxdığını bildiyim üçün aşağı düşüb dərrman atmaq istəyirdim amma belə halda ora getmək heç istəmirdim.Özümü ələ alıb dərindən nəfəs alıb verərək pəncərəni açanda havanın soyuğu üzümə dəydikcə beynim dincəlirdi.Biraz elə qaldıqdan sonra yerimə uzanıb gözlərimi yumaraq rahatlamaq istəyəndə yuxuya getdiyimin fərqinə varmamışdım.birinin məni səsləməsi ilə ayılanda Suranı görüb key kimi baxan zaman Ziyadın telefonu açmadığım üçün əsəbləşdiyini deyib getmişdi.Yatıb qaldığımdan heç telefonumun harda olduğunu bilmirdim.Deyəsən onu aşağıda qoyub çıxmışdım.İndi ora getməyi heç istəməsəmdə Ziyadın məndən xəbər ala bilməyib dəliyə dönməsinə görə məcbur idim.Yataqdan qalxmaq istəyəndə başımın ağrısından yerimdə biraz oturub özümə gəlməyə çalışırdım.Qsa müddət elə dayandıqdan sonra qalxıb otaqdan çıxaraq qonaq otağına düşüb telefonumu masanın üstündən götürdüm.Kilidi açanda Ziyaddan çoxlu zəng və mesajları görəndə narahatlığına görə pis olmuşdum.Zəng edib danışaraq yenidən otağa qalxmağa başladım.
-Nə üçündü bu telefon!!.
-Yatmışdım-əzgin halda söyləyib yatağın kənarında oturdum.
-Səsin niyə belə gəlir,ağrıyırsan?-səsində duyduğum həyəcana görə başımın ağrısını deməyib söhbəti dəyişmişdim.
-Yox yaxşıyam,yatdığıma görə belədi.
-İndi yanında olmaq vardı,Sənin yuxulu halın bir başqa gözəldi-utanıb dinə bilmədiyimdən gözlərimi qaçırırdım.
-Utanmaqda bir başqadı İncimdə..
-............
-Yemək yemisən?-səsim çıxmadığından gülüb söhbəti dəyişəndə yatıb qaldığım üçün yemək yeməmişdim.Danışığımızı sonlandırandan sonra mətbəxə enib çayla özümə şirniyyat götürüb yeyərək tv-ni izləyirdim.Evdə sakitlik olmasından Səbirə xalagilin olmadığı bəlli idi.Arada belə söhbətin olmağını heç istəməzdim.Bəlkədə bir kiçik olaraq cavab qaytarmaqda ayıb etmişdim.Ayrı vaxt olsa bəlkədə susub dinməzdim indi hormonlardan idi deyəsən,hər xırda hadisələrədə reaksiya verirdim.
Ziyad gələnə kimi vaxtımı evin qarşısında olan məhləni gəzməklə keçirib yenidən evə qayıtmışdım.Gələndə mənə toxunan zaman soyuq olmağıma narahat olanda gülümsəyib həyətə düşdüyümü demişdim.
-Qışın bu vaxtı..Sən məni həqiqətən öldürəcəksən.
-Hava havadır,ya qış ya yay fərq etmir..
-Sənə soyuq olsa nə olacaq bəs?
-Off Ziyad..Bütün günü evdən başqa yerə getdiyim yoxdur.-sifət edib üzümü dönərək otağa çıxmaq üçün 2 addım atmışdımki arxadan gəlib qucaqlamışdı.
-Mən sənin üçün deyirəm ay inciyim mənim.-boynumdan öpəndə kənardan biri görər deyə tez əlindən çıxmağımla yenidən əlimdən tutub özünə dartdıb qucaqladı.
-Burax,biri görər ayıbdır.
-Mənim üçün ayıb deyil-niyyəti pozmuşdu deyəsən həyat yoldaşım.Dodağımdan kiçik öpüşlər alanda Sura başı aşağı əlində telefonla gələndə bizi belə görüb diksinərək dik atımışdı.Yazıq qız utandığından arxasını dönüb otağına tez girmişdi.Məndə utandığımdan hirslənərək qollarından çıxıb otağıma gedib uzananda yanıma gəlib gülürdü.Gözlərimi süzüb ona çox baxmırdım.
-Birdə belə etmə.
-Nə edirəm?
-Belə də.
-Necə?-bilərəkdən məni lap utandırırdı.
-Ziyad..
-Haycan?.
-Ayıb oldu Suraya.
-Heçnə olmaz,uşaqdı unudar.
-Hə bu uşağın gələn həftə nişanıdır.
-Nə isə de görüm necəsən?-yanımda oturub yorğun halda köynəyinin düymələrini açırdı.Beləcə danışaraq axşam yeməyimizi yedikdən sonra evimizə gəlmişdik.
Bu gün kiçik baldızımın nişanı olacaqdı.Ziyadı razı salaraq ürəyimdən olan mavi rəngində uzun bir don aldırmışdım.Hamilə halıma bu don çox gözəl yaraşdığından onun qısqanclığına bir günlük daha çox səbrli olacaqdım.Nişan mərasimi restoranda olacağından Nərmin bir başa ora gələcəkdi.Hazırlaşıb evdən çıxaraq qaynanamgilə çatıb Suranı görəndə təbriklərimi etmişdim.Kömək lazım olduğunu soruşanda aldığım cavaba pərt olub tutulub qaldım.
-Sən mənim əşyalarıma əl vurub uğursuzluq etmə bəsdir.Taleyimin sənə oxşamasını istəmirəm.
Sözləri ürəyimə bıçaq kimi batmışdı.Gözlərim dolanda Ziyadın otağa gəlməsi ilə başımı aşağı salıb yanlarından ayrılaraq hamama keçdim.Son günlər bu ailədən gördüklərimdən sonra bu da mənə yeni bir zərbə olmuşdu.Makyajıma fikir vermədən səssizcə axan göz yaşlarımla güzgüyə baxanda özümdən zəhləm gedirdi.Bu qədər pis biri kimi görürdülər yeni məni?.Son dəfə burnumu çəkərək üzümə su vurub çıxanda öz otağıma qalxıb çantamda gətirdim makyaj ləvazimatları ilə gözlərimin qızartısını azda olsa gizlədə bilmişdim.Bəy evi gəldiyindən aşağıya düşəndə Ziyad məni axtardığını deyib belimdən qucaqlayaraq camaatın içinə aparmışdı.Xeyir dualar veriləndə ürəkdən,təmiz qəlbliliklə Amin deyib onlara xoşbəxtlik arzulamışdım.Hər nə qədər məni bəyənməsələrdə,kin saxlayıb bədbəxtlik diləyəcək deyildim..Mənim ürəyim hələ o qədər korlanmamışdı.Bu yaşadıqlarımdan sonra bəlkədə onların üzünə baxmamalı idim amma mən qəddar ola bilmirdim.Hər kəs bir gün əkdiyini biçəcəkdi.Birinin günahını alıb,haqqını tapdayanın cavabı bir gün yetişəcəkdi.Mənə olunanları qəlbimə salsamda Allahın öhtəsinə buraxaraq susmaqla yetinməyi istəyirdim.
Təbriklərdən sonra evdən çıxaraq restorana yollanmışdıq.Zala daxil olanda Nərmini görüb dodaqucu gülümsəyərək yanına gedib mənim üçün saxladığı yerimə oturdum.
-Bu nə sifətdi?..
-.................
-Ağrın var?
-Yox yaxşıyam.-söhbəti açmayıb yeməyimizi yeyərək söhbət edib arada qaldıranda oynayırdıq.
Nişanın sonunda Nərmin üzümün çox gülmədyini hiss eləyib çox təkid edəndən sonra olanları danışmışdım.Başını əsəblə yelləyib hirslənərək dodağının altında söylənmişdi.
Evə qayıdanda yorğunluqdan birtəhər duş alıb özümü yatağa atmışdım.Başımı yastığa qoymaqla yuxunun ağuşuna özümü təslim edərək yatmağımın üstündən nə qədər zaman keçdiyini bilmirdim,evdən gələn səsə gözlərimi açmadan Ziyad gəl yat-deyəndə səs gəlmədiyini görüb gözlərimi açanda gördüyüm kölgəyə qorxaraq qışqırıq qoparmışdım.


Geri dön

aytc.sza

  • 24 dekabr 2017 16:32
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
yeqin Ziyadn kolgesidide wink

--------------------

Darling

  • 22 dekabr 2017 13:42
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
həyəcanlı bölüm oldu

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

Limon qoxusu

  • 22 dekabr 2017 13:42
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
İlk şərh məndən

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 14
        Cəmi: 20

         

        Top 10 Müəllif

         
        {slinks}