Günahsız Qadın Və İmamətə Böyük Sadiqlik

 
Günahsız Qadın Və  İmamətə Böyük Sadiqlik


Bəşar Məkari nəql edir: "Kufədə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrət (ə) xurma yeməklə məşğul idi. Mənə buyurdu: "Bəşar! Əyləş və bizimlə xurma ye!".

Dedim: "Ağacan, yolda bir hadisə gördüm ki, mənə pis təsir etdi, ona görə də heç nə yeyə bilmərəm".

Buyurdu: "Yolda nə müşahidə etmisən ki?".

Dedim: "Mən yolda gələn zaman gördüm ki, məmurlar bir qadını döyüb, zindana tərəf aparırlar. Hər nə qədər yardım istəsə də, heç kəs ona kömək etmədi".

Buyurdu: "Məgər o qadın nə etmişdi ki?".

Dedim: "İnsanların dediyinə görə, qadın yolda gedən zaman ayağı büdrəyir və deyir: "Allah sənin zalımlarına lənət etsin, ey Fatimə!"".

İmam (ə) bu sözləri eşidən zaman ağlamağa başladı. Dəsmalı və saqqalı göz yaşından islandı. Buyurdu: "Bəşar! Qalx Səhlə məscidinə gedək və o qadının nicat tapması üçün dua edək".

Bir nəfəri də saraya göndərdi ki, o qadının halından xəbər tutsun.

Səhlə məscidinə gəldik və iki rükət namaz qıldıq. Həzrət (ə) o qadının nicat tapması üçün dua etdi və səcdəyə getdi. Başını səcdədən qaldırıb buyurdu: "Hərəkət edək, onu azad ediblər".

Məsciddən çıxdıq və İmamın (ə) saraya göndərdiyi həmin şəxs geri qayıtmışdı. Yolda Həzrəti (ə) görüb dedi: "Onu azad etdilər".

İmam (ə) soruşdu: "Necə azad etdilər?".

Həmin şəxs dedi: "Bilmirəm, mən saraya gedən zaman qadını həbsdən azad edirdilər. Onu sultanın yanına apardılar və o qadından soruşdu: "Nə etmisən ki, məmurlar səni həbs ediblər?". Qadın da başına gələnləri danışdı.

Sultan da ona 200 dirhəm verdi, ancaq o, qəbul etmədi. Onu azad etdilər.
Həzrət (ə) buyurdu: "200 dirhəmi götürmədi?".

Dedi: "Allaha and olsun ki, yox".

İmam (ə) buyurdu: "Bəşar, bu yeddi dinarı o qadına ver, çünki çox ehtiyacı vardır və mənim də salamımı ona çatdır".

Mən bu pulu qadına verdim və İmamın (ə) salamını ona çatdırdım, qadın sevinərək dedi: "İmam (ə) mənə salam göndərir?".

Dedim: "Bəli".

Qadın huşdan getdi və yerə yıxıldı. Özünə gələndə dedi: "İmam (ə) mənə salam göndərdi?".

Dedim: "Bəli".

Üç dəfə bu sualı verdi və mən də cavab verdim. Sonra dedi ki, mən də onun salamını İmama (ə) çatdırım və deyim ki, İmamın (ə) kənizidir və duasına ehtiyacı vardır.

Qayıdıb qadının sözlərini İmama (ə) danışdım. İmam (ə) ağlayan halda o qadına dua etdi". (Həvzəh)

Allah Təala bizləri imaməti dərk edənlərdən qərar versin.


Günahsız Qadın Və  İmamətə Böyük Sadiqlik


Geri dön

aytc.sza

  • 24 dekabr 2017 16:55
  • Məqalə: 273
  • Şərh: 1932
  • Bal:
Allah razi olsun

--------------------

Jesicca

  • 24 dekabr 2017 15:57
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
Allah razı olsun

--------------------


Limon qoxusu

  • 23 dekabr 2017 21:58
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 12
Cəmi: 654
 
aytc.sza
Xəbərləri: 10
Cəmi: 273
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 2
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
_Qismet_
Xəbərləri: 1
Cəmi: 843
 
♔Hе важно∞
Xəbərləri: 1
Cəmi: 385
 
CeNNeT__MeLeYi)
Xəbərləri: 1
Cəmi: 1
 
poetry
Xəbərləri: 1
Cəmi: 15
 
bayhan
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}