Sən Yoxikən

 
Sən Yoxikən


Sən yoxikən mən qızındım oduna sonsuz ümüdlərin... Gözlərim dikildi həsrət qoxulu yazılarıma,sildim göz yaşını ağlayan ürəyimin... Baxdım qəmli-qəmli yarıqaranlıq otağıma və birdə səndən yazmaqdan bezməyən dəli varlığıma. Mən hər gecə ağlatdım həzin mahnıları,qəlbimi dağlayan səssiz fəryadıma. Sən yoxikən mən düşündüm səni duyğularımın ən uca zirvəsində. Mən eşqin dənizində yelkənli bir qayıqda fırtınaya düşdüm sənsiz. İtirdim sahilimi, duman oldu hər tərəf,yox oldum tənhalıqda qaldım kimsəsiz.
Sən yoxikən mən axtardım yaxınları uzaqları,yalvararaq öpdüm ovuclarıma yağan yağışları... Küləklərə yalvardım əllərim olsun, oxşasın mənsiz qalan ipək saçlarını.
Sən yox ikən mən də yox oldum. Yoxluğunda əridim mən sən oldum. Həsrətin hər günündə yalan oldu yaşamağım. Şübhələrə əsir oldu bu dünyada olmağım. Yaşamaq nəfəs almaq deyil gülüm, yaşamadım mən, yoxluğunda nəfəs aldım. Bir nöqtəyə dikilib qalan, hər an səni xatırlayan, canlı gözlü heykəl oldum mən...

Sən yoxikən... pəncərədən baxdım yagışlara məzar olan bu qoca şəhərə. Yalvardım bu şəhərə, söylə dedim səni harda gizlədib, səni hansı küçəsində. Sən yoxikən... bilki barışmadım acı taleyimlə, seviəm səni sənə heyran ürəyimlə..............


Sən Yoxikən


Geri dön

Limon qoxusu

  • 7 yanvar 2018 14:21
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Qəşəydi təşəkkür

aytc.sza

  • 30 dekabr 2017 15:50
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
gozel meqaledi beyendim)

--------------------

Poine♔

  • 29 dekabr 2017 09:39
  • Məqalə: 112
  • Şərh: 1610
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

ZAC EFRON

  • 28 dekabr 2017 22:28
  • Məqalə: 129
  • Şərh: 2338
  • Bal:
{awards}
Teshekkurler meqale uchun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 94

 

Top 10 Müəllif

 
{slinks}