Çox tərləmək xərçəngin göstəricisi ola bilər - DİQQƏTLİ OLUN

 
Çox tərləmək xərçəngin göstəricisi ola bilər - DİQQƏTLİ OLUN



Kimiləri üçün tərləmək adi hal olsa da bəziləri üçün tərləmək kabusa oxşayır.
Bu insanlarda narahatlığa, komplekslərə səbəb olur. Amma həddindən artıq tərləməyin də öz səbəbləri və çarəsi var.
Legend.az bununla bağlı həkim Ayşegül NAVDAR-ın məsləhətlərini diqqətinizə çatdırır: Tərləmə insan vücududnun soyutma sistemidir. Bu vasitə ilə orqanizmin istiliyini sabit tutmağa köməkçi olan fizioloji bir prosesdir. Bədənimizdə təxminən 2-3 milyon tər vəzi var. Tərləmə metabolizmanın təbii bir funksiyasıdır. Həmçinin orqanizmimiz üçün iki əhəmiyyətli funksiyası var. Dərini nəmləndirir və orqanizmin təmizlənməsinə kömək edir. Nə qədər tərlədiyimiz isə daha çox sahib olduğumuz tər vəzilərinin sayı ilə bağlıdır.
Bir insan 2 ilə 4 milyon arasında dəyişən sayda tər vəzi ilə doğulur. Bu tər vəzləri ərgənlik dönəmində tamamən aktiv hala gəlir. Qadınlarda tər vəzləri çox olsa da kişilərdə bu vəzlər daha aktivdir”.
Həkim bildirir ki, tərləmənin müxtəlif səbəbləri var: “ İsti hava, həddindən artıq nəm, qalın ya da səhv geyim, sintetik paltarlar, idman etmək, fiziki anlamda yorulmaq. Bundan əlavə siqaret, alkoqollu içkilər, acılı yeməklər, qəhvə, çay kimi isti içkilər, stress, həyəcan da çox tərləməyə səbəb olur”.

Tərləmənin orqanizm üçün vacib bir hal olduğunu söyləsək də bildirməliyik ki, əgər həddindən artıq tərləmə müşahidə edilirsə bu müxtəlif xəstəliklərin göstəricisi ola bilər.
Çox tərləmənin əsl səbəbi hiperhidrozdur. Ancaq çox tərləmənin də fərqli səbəbləri var. Birinci növ hiperhidrozda xüsusilə genetik faktorlar ön plandadır. Səbəbi isə tər vəzlərinin normadan 4-5 qat artıq işləməsidir. İkinci növ hiperhidrozda isə çox tərləmə başqa xəstəliklərə işarədir. Bu xəstəliklər, alkoqol ya da uyuşdurucu maddə baxımlılığı, ağciyər xəstəlikləri, diabet, aşağı qan şəkəri, troid vəzin çox çalışması, menopoz, bəzi xərçəng növləridir. Bundan əlavə ürək xəstəlikləri, qızdırma və infeksiyalar, vərəm hallarında da çox tərləməyə rast gəlinir
” –deyə o məlumat verib.

Çox tərləmənin nə zaman ciddi bir təhlükəyə dönməsi ilə bağlı danışan həkim söyləyib ki, şəxsdə yüksək qızdırma, sinədə ağrı, nəbzdə sürət, təngnəfəslik, birdən-birə
arıqlama varsa bu təhlükədən xəbər verir: “Ciddi tərləmə pozuntuları cərrahi üsulla normallaşdırıla bilər. Bu cərrahi əməliyyat bir sinə cərrahı tərəfindən narkoz vasitəsi ilə həyata keçirilə bilər. Bundan əlavə bəzi dezodorantlarla, anti tərləmə dərmanları, botoks tətbiqi şəklində müvəqqəti olaraq çox tərləmənin qarşısını almaq olar.
Botoks tətbiqində qoltuq altı, ovuc içi və ya pəncəyə olduqca kiçik iynələrlə müdaxilə edilir. Bu sayədə tər vəzlərində müsbət təsir göstərir”.


Geri dön

GoZeLoVa.A

  • 2 yanvar 2018 21:40
  • Məqalə: 0
  • Şərh: 72
  • Bal:
Xercengin simptomlari arasinda terlemenin de oldugunu bilmirdim.Allah wefa versin butun xestelere.

Darling

  • 2 yanvar 2018 15:58
  • Məqalə: 976
  • Şərh: 11849
  • Bal:
{awards}
Qulaq gündə bir söz eşitməsə kar olar,hər şey xərçəng yaradır belay

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

aytc.sza

  • 2 yanvar 2018 14:48
  • Məqalə: 123
  • Şərh: 1273
  • Bal:
{awards}
vay vay bu ne idi qoxdum lap wink

--------------------

Poine♔

  • 2 yanvar 2018 14:32
  • Məqalə: 50
  • Şərh: 1594
  • Bal:
{awards}
lap qorxdum ey wink

--------------------

İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 413
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 159
 
Limon qoxusu
Xəbərləri: 41
Cəmi: 228
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 355
 
Poine♔
Xəbərləri: 36
Cəmi: 76
 
Elya Alieva
Xəbərləri: 27
Cəmi: 143
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 105
 
Darling
Xəbərləri: 12
Cəmi: 976
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 30
 
_Qismet_
Xəbərləri: 9
Cəmi: 820
 
 
{slinks}