Toyuq Filesindən Paştet

 
Toyuq Filesindən Paştet



Ərzaqlar:

Toyuğun döş əti – 600 qr.
Kök – 3 ədəd
Soğan – 1 baş
Duz – 1ç.q.
Yumurta – 3 ədəd
İstiot yumru qara – 2 ədəd
Şüyüd
3%-li alma sirkəsi – 1 ç.q.
Dəfnə – 2 yarpaq


Hazırlanması:

Kök təmizlənir, bir neçə hissəyə bölünür. Qazana su alınır, doğranmış döş əti və kök birlikdə bişirilir. Zəif odda 30 dəqiqə bişirilir. Hazır olmağa 5 dəqiqə qalmış qazana qara istiot və dəfnə yarpağı atılır.
Qazanı oddan götürüb, soyumağa qoyursuz. Yumurtaları bişənə kimi qaynadırsız.
Soğan xırda doğranılır, üzərinə 1 qaşıq sirkə əlavə olunub 10 dəqiqə bir kənarda marinadlaşmaya qoyulur. Sonra süzülür, sıxılır.
Döş ətinin sümüyü və dərisi varsa, çıxarılıb atılır. Kök və ət ətçəkəndən keçirilir. Alınmış qarışığa irigözlü sürtgəcdən keçirilmiş bişmiş yumurta əlavə olunur.
Şüyüd də narın doğranılır. Sirkədə sıxılmış soğan və göyərti də ət kütləsinə qatılır. Hamısı yaxşıca qarışdırılır, duzlanır. İstəsəniz bura sarımsaq da əzib qata bilərsiz. Paştet soyuducuda 1 saat saxlanılır. Çörəyin üzərinə yayıb yemək olur.


Nuş olsun!


Geri dön

_favorit_arkadas

  • 5 yanvar 2018 12:19
  • Məqalə: 556
  • Şərh: 8105
  • Bal:
məqaləyə görə çox sağolun

--------------------

aytc.sza

  • 4 yanvar 2018 23:40
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
COX DADLI OLUR YEMIWEM

--------------------

Jesicca

  • 4 yanvar 2018 18:16
  • Məqalə: 67
  • Şərh: 663
  • Bal:
{awards}
ilk defe esidirem tesekkurler

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 8
        Cəmi: 15

         

        Top 10 Müəllif

         
        {slinks}