Siz də yaradıcı insanlardan birisinizmi?

 
Siz də yaradıcı insanlardan birisinizmi?


Yaradıcı insanlar digərlərindən fərqli olaraq, ətrafa bir az fərqli baxırlar.

Siz də həmin insanlardan birisinizmi? Bunu bilmək üçün yaradıcı insanların əsas xüsusiyyətlərini bilməlisiniz.


1. Danışmadan əvvəl düşünmək. Yaradıcı insanlar yaradıcılıqlarına nəzarət etməyi yaxşı bacarırlar.

Danışmadan əvvəl düşünər, hansı sözün harada, necə işlənəcəyini analiz edərlər.

2. Risk etmək. Yaradıcı insanlar yeni ideyalarını tətbiq etmək üçün risk etməkdən qorxmazlar. Düşündüklərini «bəyənilməz» deyərək bir qutuya qoyub, kənarda gizlətməzlər.

3.Özlərinə diqqət ayırarlar. Zehni və fiziki sağlamlıqlarını qorumağa çalışarlar. Sağlam bədəndə sağlam ruh olar. İnsanın özünə qulluq etməsi və özünə hörmət etməsi əsasdır.

4. Diqqətli olmaq. Ən xırda detallardan belə, nəsə əldə etmək bacarığı məhz diqqətli olduqları üçün alınır.

5. Təvazökar olmaq. Dünyanın yaradıcı və bacarıqlı insanları həmişə başqalarından yeni şeylər öyrənməyə çalışar.

6. Sual vermək. Bir işə suallar soruşmaqla başlamaq, bacarıqlı iş adamlarına suallar verməklə ortadakı fikri inkişaf elətdirmək əhəmiyyətlidir.

7. Öyrənmənin sonu yoxdur. Yaradıcılıq hər zaman yeni bir fikirlə böyüyür, inkişaf edir. Dahi insanın zehni öyrənmək üçün hər zaman açıqdır.

8. Yenilik axtarışı. Həyatdakı hər yeni bir tətbiq, müşahidə yeni bir ilham qaynağıdır. Hər bir yeni kitab, yeni şəhər, yeni insanlar yaradıcılığa yaradıcılıq qatar.

9. Hər şeyə aydın tərəfindən baxmaq. Çətin həll ediləcək əngəllərlə mübarizə aparmaq vacibdir. Onlar müsbət enerji ilə problemlərə yanaşıb, sağlam və tez bir zamanda həll etməyə çalışar.

10. Rahatlıq fobiyası. Yaradıcı insanlar uzun müddət istirahət etmək, eyni rejimə uyğun işlər görmək kimi istəkləri olmayan tiplərdir. Başlarının yeni qalması üçün onu hər zaman işlətməyə çalışarlar.

11. Özlərini hər vəziyyətdə ifadə etmək. Yaradıcı insan üçün yer, zaman əhəmiyyətli deyil. Hansı sektor olur-olsun fərqli baxış mövqelərini göstərməyə yol tapacaqlar.

12. Mükəmməllik. Onlar üçün etdikləri hər bir işin sonu xəyallarındakı kimi mükəmməl olmalıdır.

13. Komanda oyunçusu olmaq. Bir işlə bağlı tək düşünməkdənsə, buna dəyişikliklər edərək, başqa insanlarla birgə çalışıb, fikirlər irəli sürmək, düşünmək yaradıcı insanların zehnində yeni üfüqlər açacaq.

14. Körpü olmaq. Əlaqəsiz hesab edilən iki şey arasında ortaq bir cəhət tapıb, onları birləşdirmək.

15. Əyləncə düşünmək. Kitab oxumaq, puzzle-lar oynamaq, tapmaca tapmaq kimi əyləncəli fəaliyyətlər beyni çalışdıran, xəyal qurdurucu, hafizəni gücləndirən fəaliyyətlər olub, dahilər tərəfindən həvəslə yerinə yetirilir.


Geri dön

aytc.sza

  • 10 yanvar 2018 22:49
  • Məqalə: 273
  • Şərh: 1932
  • Bal:
werhlere gore cox saolun:)

--------------------

Darling

  • 9 yanvar 2018 16:41
  • Məqalə: 1060
  • Şərh: 12486
  • Bal:
{awards}
Mənə aid olmayanlardır

..::Kitty::..

  • 9 yanvar 2018 14:54
  • Məqalə: 46
  • Şərh: 131
  • Bal:
{awards}
bu yazılanların hamısına sahib olmasam da mənə uyğun olanlar var

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 67

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 12
Cəmi: 654
 
aytc.sza
Xəbərləri: 10
Cəmi: 273
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 2
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
_Qismet_
Xəbərləri: 1
Cəmi: 843
 
♔Hе важно∞
Xəbərləri: 1
Cəmi: 385
 
CeNNeT__MeLeYi)
Xəbərləri: 1
Cəmi: 1
 
poetry
Xəbərləri: 1
Cəmi: 15
 
bayhan
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}