Ermənistanı gözləyən təhlükə

 
Ermənistanı gözləyən təhlükə


Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqa qızışır.

Fevral ayında Ermənistan parlament idarəetmə sisteminə keçəcək. Bundan sonra prezident institutu formal xarakter daşıyacaq.

9-16 aprel tarixlərində Ermənistan parlamenti baş naziri seçməlidir. Ermənistan konstitusiyasının 6-cı maddəsinə görə, əvvəlcə parlamentdəki fraksiyalar baş nazir postuna öz namizədlərini təqdim etməli, daha sonra seçim olmalıdır. Əgər namizədlərdən heç biri lazımi səsi yığa bilməsə, onda birinci seçkilərdən 7 gün sonra yeni namizədlərlə yeni seçki keçirilməlidir. İkinci seçkilərdə namizədin baş nazir olması üçün deputatların 1/3 hissəsinin səsi lazımdır. İkinci seçkidə də baş nazir seçilməsə, o zaman konstitusiyaya əsasən, Ermənistan parlamenti 7 gün ərzində buraxılmalıdır. Ekspertlər bunu siyasi böhran olaraq dəyərləndirir.

Hazırda apreldə prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanla mövcud baş nazir Karapetyan arasında post uğrunda ciddi mübarizə gedir.

"Aykakan Jamanak" qəzeti yazır ki, Sarkisyanın baş nazirliyi təhdid altındadır. Buna səbəb Karapetyanın hakim Respublika Partiyası daxilində cəbhələşməyə nail olmasıdır.

Respublika Partiyasından olan deputat Rüstəm Muradxanyan hesab etmir ki, son seçkiyə qədər parlament baş naziri seçə bilməyəcək və siyasi böhran yaranacaq: "Ehtimal etmirəm ki, parlament buraxılacaq. Yəni siyasi böhran qeyri-realdır".

Hakim Respublika Partiyası hər şeyin normal məcrada davam edəcəyini iddia edir. Lakin "Aykakan Jamanak" qəzeti şəxsi mənbələrinə istinadən partiya daxilində parçalanmaların olduğunu, Karapetyanın digər fraksiyalarla da anlaşdığını yazır. Bu isə Ermənistanda siyasi böhranın baş verməsi üçün potensial səbəb hesab olunur.


Geri dön

♔Hе важно∞

  • 10 yanvar 2018 12:36
  • Məqalə: 384
  • Şərh: 1733
  • Bal:
yer uzunnen yoxa cixsalar yaxsi olardi)

--------------------

aytc.sza

  • 9 yanvar 2018 22:41
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah belalarn versin, kokleri kesilsin.

--------------------

GoZeLoVa.A

  • 9 yanvar 2018 21:14
  • Məqalə: 1
  • Şərh: 201
  • Bal:
{awards}
Beter olsunlar inwallah

Darling

  • 9 yanvar 2018 20:43
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
{awards}
Adı batasıcalar.Xəbər üçün sağ ol

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 98

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}