Bill Gates və onun 11 seçimi

 
Bill Gates və onun 11 seçimi


Bill Qeyts süni intellektdən bezib, indi Microsoft yaradıcısı və ən böyük aksioneri uşaq zəkasının imkanlarını sınayır. Məlumdur ki, Qeyts amerikan məktəblərinin birində olub və burada kompyuter dahisi yeniyetmələrə məktəbin onlara öyrətmədiyi şeylər haqqında danışıb.

Qeytsin fikrinə əsasən, uşaqları böyük həyatdan qoruyaraq və onları işıqlı və xoşbəxt gələcəyə hazırlayaraq biz onlara əslində yaxşılıq etmirik. Dünyanın ən varlı insanlarından biri hesab edir ki, bu uşaqları məyus edəcək.

Qüdrətli Qeyts vəziyyətə təsir göstərmək qərarını alır və böyüyən nəslin tərbiyəsinə öz münasibətini qısaca belə ifadə edib.


Qeytsin 11 tezisi:

1. Həyatda hər şey ədalət qanunlarına uyğun bir şəkildə baş vermir, və yaxşısı budur ki, bu fikrə elə indicə alışasınız.


2. Bir işi görməyə hazır olduğun, yaxud öz gücünə şübhə edib-etmədiyin heç kəsi maraqlandırmır, əməyinin nəticəsi burada və indi vacibdir.

3. Məktəbi bitirdikdən sonra yüksək maaş almağı xəyalınızdan belə keçirməyin, xəyallarının əksinə, heç kəs səni şirkətin başçısı təyin etməyəcək, bu məqsədə aparan uzun və çətin yol var.

4. Yalnız müdir vəzifəsinə keçdikdən sonra öz müəlliminizi başa düşəcəksiniz. Onun ciddiliyi və tələbkarlığı sizinkilərin yanında uşaq oyuncağı kimi görsənəcək.

5. Karyera pillələrində dırmanmaq istəyirsənsə, ən aşağı pillədən başla. Atalar sözü belə deyir: “Nə qədər uzağa sıçramaq istəsən, o qədər aşağı əyilməlisən”.

6. Öz səhvlərini boynuna almaq üçün cəsarətli ol və başqalarını günahlandırma. Öz səhvləriniz üzərində öyrənməkdən pis, yalnız onların üzərində öyrənməmək ola bilər.

7. Valideynləriniz də cavan, şən və sərbəst olublar, nəsihət oxuyub, həyatı öyrətməyi isə onlara uşaqlar öyrədib. Valideynlərinizi tənqid etməzdən əvvəl, özünüz dəyərli və faydalı bir şey edin.

8. Məktəbdə istədiyiniz qədər səhv edə bilərsiniz, lakin həyat sizə qarşı bu qədər əliaçıq olmayacaq.

9. Böyük həyatın əsas hissəsi – zəhmətli əməkdir, özünü axtarış isə - öz hesabınıza qazana biləcəyiniz bir bolluqdur.

10. Böyük həyat – serial və filmlərə baxıb təsəvvür etdiyiniz həyat deyil. həyatın böyük bir hissəsini iş alır.

11. “Əzbərçi-əlaçı” ilə dostluq eləmək istəmirsən? Onunla nəzakətli ol – həyat səninlə pis bir oyun oynaya bilər və o, sənin müdirin ola bilər.


Geri dön

aytc.sza

  • 10 yanvar 2018 21:28
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
melumatlarcun tewekkur.

--------------------

Darling

  • 10 yanvar 2018 20:43
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
{awards}
Xəbər üçün sağ ol

GoZeLoVa.A

  • 10 yanvar 2018 19:06
  • Məqalə: 1
  • Şərh: 201
  • Bal:
{awards}
Cox Mudrik insandir.
Maraqli xebercun tewekkurler.

♔Hе важно∞

  • 10 yanvar 2018 09:18
  • Məqalə: 384
  • Şərh: 1733
  • Bal:
{awards}
maraqli melumatdi tesekkur

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 87

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}