“Şübhəsiz ki, sən böyük bir #əxlaq (xuluq) üzərindəsən!” {“Qaləm” surəsi, 68/4}

 
“Şübhəsiz ki, sən böyük bir #əxlaq (xuluq) üzərindəsən!” {“Qaləm” surəsi, 68/4}



“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” {“Ali İmran” surəsi, 3/134}
********
Ənəs radiyallahu anh belə dedi:
Mən Rəsulullahın əllərindən yumşaq nə bir atlasa, nə də ipəyə toxundum. Elə bir ətir iyləmədim ki, Rəsulullahın ətrindən xoş olsun. Düz #on_il Rasulullaha xidmət etdim. Mənə bir dəfə də olsa “uf” demədi. Etdiyim bir işə görə “niyə belə etdin?” etmədiyim bir şeyə görə də “belə etsəydin olmazdı?” demədi.
(Buxari, Savm 53, Mənaqib 23; Müslim, Fəzail 82: Tirmizi, Birr 69)
********
Sad bin Cəssamə radiyallahu anh belə dedi:
Rasulullah səllallahu əleyhi və səlləmə vəhşi uzunqulaq hədiyyə etmişdim. Lakin Rəsulullah onu qəbul etmədi, geri qaytardı. Üzümə baxanda #kədərləndiyimi gördü və:
“Ehramda olduğumuz üçün hədiyyəni almadıq”, - buyurdu.
(Bəxari, Cəzaus-sayd 6, Hibə 6, 17. Müslim, Həcc 50-54. Həmçinin bax. Əbu Davud, Mənasik 40; Tirmizi, Həcc 26; Nəsai, Mənasik 79; İbn Macə, Mənasik 92)
********
Nəvvas bin Səman radiyallahu anh belə dedi:
Rasulullah səllallahu əleyhi və səlləmdən #yaxşılığın və #pisliyin nə olduğunu soruşdum. Belə buyurdu:
“Yaxşılıq gözəl əxlaqdan ibarətdir. Günah isə daxili #narahatçılıq verən və insanların bilməsini istəmədiyin şeydir”.
(Müslim, Birr 14, 15. Həmçinin bax. Tirmizi, Zöhd 52)
Əbu Hüreyrə radiyallahu anh belə dedi:
Rəsulullah səllallahu əleyhi və səlləmdən soruşdular: - İnsanları ən çox nə (hansı əməl) cənnətə aparar? Rəsulullah səllallahu əleyhi və səlləm belə buyurdu:
- “Allah qorxusu (təqva) və gözəl əxlaq”.
- İnsanları ən çox cəhənnəmə aparan nədir? - deyə soruşduqda isə:
- “#Ağız və #cinsiyyət üzvü”, - buyurdu.
(Tirmizi, Birr 62. Həmçinin bax. İbn Macə, Zöhd 29)
***
Cabir bin Abdullah radiyallahu anhdan rəvayət edildiyinə görə Rasulullah səllallahu əleyhi və səlləm belə buyurdu:
“Yaxşı əxlaqlı olanlarınız aranızda ən çox sevdiyim və qiyamət günü mənə ən yaxın olacaq kəslərdir. Gözəl söhbət edən adam kimi görünmək, sözünü bəyəndirmək üçün ovurdunu şişirdə-şişirdə söhbət edənlər və özünü çoxbilmiş göstərmək üçün bir sıra kəlmələr işlədənlər isə heç sevmədiyim və qiyamət günü mənə ən uzaq məsafədə olacaq kəslərdir”.
Əshabi-kiram:
- Ya Rəsulallah, gözəl söhbət edən adam kimi görünmək üçün uzun-uzadı danışanları, sözünü bəyəndirmək üçün ovurdunu şişirdə-şi- şirdə söhbət edənləri bilirik. Bəs özünü çoxbilmiş göstərmək üçün bir sıra kəlmələr işlədənlər (mütəfeyhiq) kimlərdir? - deyə soruşduqda,
- “Təkəbbürlənən kəslərdir”, - cavabını verdi.
(Tirmizi, Birr 71)
"(Allah,) ona (yəni insana) fücüru da təqvanı da ilham etmişdir". (əş-Şəms, 8)
Fücür, insanı Allahdan uzaqlaşdıran hər şeydir.
Təqva da, qulu Allaha yaxınlaşdıran saleh əməl və hər növ gözəl davranışlardır.
Qul, bu iki xüsusiyyətdən hansına görə yaşayarsa, dəyər və qiyməti o istiqamətdə olur.
Necə ki, Ömər ibn Xattaba, gecələr qaim (ibadət halında) gündüzləri saim (oruclu) bir şəxsdən bəhs edib xeyli tərifləyəndə o, deyilənlərə məhəl qoymayıb dedi:
"-Siz mənə danışdığınız şəxsin;
A. Ticarəti,
B. Qonşuluğu,
C. Yol yoldaşlığı necədir, onu söyləyin"!
Ömər ibn Xattabın diqqət çəkdiyi bu üç məqam, insan nəfsinin darlandığı anda azğın bir canavar kimi qəzəbləndiyi üç aynadır. Necə ki sakit görünən bir pişik dar bir küncə sıxışdırıldığında içindəki bütün acıqlığını ortaya tökərsə; İnsan da; Ticarət, qonşuluq və yoldaşlıqda dar anlarda daxili halı nədirsə onu ortaya qoyar. Demək ki, insan ömrü məhz bu üç məqamla imtahan ilə keçməkdədir


Geri dön

The Shield

  • 11 yanvar 2018 23:47
  • Məqalə: 660
  • Şərh: 256
  • Bal:
Cumlemizden

Darling

  • 11 yanvar 2018 23:02
  • Məqalə: 1060
  • Şərh: 12503
  • Bal:
{awards}
Àllah razı olsun dəyərli xəbər ucun

aytc.sza

  • 11 yanvar 2018 21:46
  • Məqalə: 276
  • Şərh: 1944
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 15
Cəmi: 660
 
aytc.sza
Xəbərləri: 13
Cəmi: 276
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 4
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
poetry
Xəbərləri: 2
Cəmi: 15
 
ffx
Xəbərləri: 1
Cəmi: 1
 
ZuZuM__
Xəbərləri: 1
Cəmi: 432
 
Ayxan_007
Xəbərləri: 1
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 1
Cəmi: 843
 
 
{slinks}