Müəllim şagirdi edamla hədələdi

 
Müəllim şagirdi edamla hədələdi

ABŞ-ın Ohayo ştatının orta məktəblərindən birində ağdərili müəllim afroamerikalı şagirdlərdən birini danladığına görə irqçilikdə ittiham olunur.

İnsident ötən ilin dekabr ayında baş versə də, fakt bu yaxınlarda ortaya çıxıb. 13 yaşlı şagirdin ifadəsinə görə, müəllim "dərslərini yaxşı oxumayacağı təqdirdə, Linç məhkəməsi (Linç məhkəməsi – cinayət əməlində və ya hər hansı qəbul olunmuş ənənələri pozmaqda şübhəli bilinən şəxsin, istintaqsız-məhkəməsiz izdiham tərəfindən edam edilməsi - red.) ilə üzləşəcəyini söyləyib.

Məktəb rəhbərliyi bildirib ki, əslində, müəllim yeniyetmənin xətrinə dəymək istəməyib. Ancaq şagirdin bundan qəzəblənmiş anası müəllimin işdən kənarlaşdırılması tələbi ilə yerli qurumlara şikayət edib.

Xatırladaq ki, bundan əvvəl təhsil ocağında irqi zəminli qalmaqal yanvarın 11-də ABŞ-ın Viskonsin ştatının Miluoki şəhər məktəbində yaşanmışdı. Müəllim dördüncü sinif şagirdlərinə "quldarlığın üç əsas üstünlüyü" mövzusunda inşa yazmağı tapşırmışdı. Bir çox şagird bu tapşırığı yerinə yetirməkdən boyun qaçırmışdı.


Geri dön

aytc.sza

  • 13 yanvar 2018 20:22
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
MUELLIMIN NE HAQQI VAR AXI ILQCILIKLE WAGIRDI EDAM ELESIN? HANSI ZEMANEDE YAWYRG EHHHH :/

--------------------

Darling

  • 13 yanvar 2018 13:44
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Müəllimənin nə ixtiyarı var şagirdi edamla hədələyib oxuması üçün yaxşı dil tapıb deyə bilər, müəlliməsən müəllimlik elədə elə bil cinayət üzvüdür xəstə qasimdir angry

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

QERCOQINYA

  • 13 yanvar 2018 09:54
  • Məqalə: 4
  • Şərh: -10
  • Bal:
{awards}
Oxumaq maraqli oldu.Xebercun tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 115

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}