Şahin İlqar - "Ümidsiz Sevgi"

 
Şahin İlqar - "Ümidsiz Sevgi"



Biz vüsala bir ümid olmadığını bilə-bilə bu sevgini yaşadıq.
Bəlkə də taleyimizin gileyliyindən, bəlkə də təsadüfən...
Hər nədən olursa olsun, bu bir yalnış sevgi idi
və zamanın hökmü ilə ölməliydi!


Görüşməyimiz belə əfsanəyə çevrildi,
Xəyallardanmı doğan məhəbbətdi bizimki?
Bir-birinə qovuşmaz Leyli, Məcnun olmuşuq,
Amma xoş bir gələcək, səadətdi bizimki!

-*-*-*-

Biz özümüz bilərik, bu tale ki, bizimdir,
Biz özümüz verərik sevgimizə qərarı.
Niyə bir ömür boyu hicran ilə yaşayaq,
İlk baharla yaşayaq, unudaq son baharı...

-*-*-*-

Man yalan danışıram, fikir vermə sözümə,
Öldür ümidlərini, gələcəyə bağlama.
Yalan şirin olsada, həqiqətlər acıdır,
Sil gözünün yaşını, faydası yox, ağlama!

-*-*-*-

Nə bilirik həyatda bizi nələr gözləyir,
Göz bir addımı görür, sonrasını nə bilər?
Bir yuva dağıtmaqsa bu sevginin ümidi,
Onda bizim sevgimiz cinayətə çevrilər!

-*-*-*-

Unutma, yoldaşın var, ailən var həyatda,
Olmayıb bu məhəbbət,yadından çıxart məni.
Sil məni ürəyindən, xatırlama bir daha,
Yoxsa, bağışlamaram, bağışlamaram səni!


Şahin İlqar


Geri dön

Limon qoxusu

  • 26 fevral 2018 10:19
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
10. Eliana Smit

7 yaşında "Güzin Abla” oldu. O, hələ 7 yaşında olarkən radio proqramı vasitəsi ilə yetkin insanların dərdini dinləyib məsləhət verirdi. O, hətta sevgilisindən ayrılan bir qadın ”Onun üçün üzülməyə dəyməz, həyat bir kişinin arxasından ağlayacaq qədər uzun deyil.

_♕Röya♕_

  • 23 fevral 2018 14:53
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
{awards}
Sheir uchun sagolun

Elya Alieva

  • 1 fevral 2018 11:44
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
Şerler sevmirem yenede Teşekkürler

--------------------
.....

aytc.sza

  • 31 yanvar 2018 13:17
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Biz özümüz bilərik, bu tale ki, bizimdir,
Biz özümüz verərik sevgimizə qərarı.
Niyə bir ömür boyu hicran ilə yaşayaq,
İlk baharla yaşayaq, unudaq son baharı...

--------------------

Darling

  • 30 yanvar 2018 21:10
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Şerlərdən xoşum gəlir paylaşdığınız üçün sağ olun

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 3
        Qonaqlar: 43
        Cəmi: 60

         

        Top 10 Müəllif

         
        {slinks}