Həyati hədəfi təyin etməyə kömək edən 7 sual

 
Həyati hədəfi təyin etməyə kömək edən 7 sual

Həyati hədəfinizi seçməkdə aşağıdakı yeddi sual sizə yardımçı ola bilər:

1. Hansı işlə məşğul olmaq daha çox xoşunuza gəlir? Sizin hədəfiniz sevdiyiniz şeylə birbaşa əlaqəlidir. Ən aydın məqsədli insanlar o adamlardır ki, sevdikləri işlə məşğul olurlar. Məsələn Bil Geyts kompyuterləri, Opra Uinfri adamlara yardım etməyi sevir, Edison isə yeni bir şey icad etməyi sevirdi. Bəs sizin xoşunuza gələn nədir? Bəlkə siz oxumağı, yazı yazmağı sevirsiniz; bəlkə idmanla məşğul olmaq, oxumaq, rəsm çəkmək və ya yemək bişirməkdən xoşunuz gəlir? Bəlkə bizneslə məşğul olmaq, alqı-satqı etmək, ünsiyyət qurmaq və ya hər hansı bir şeyi təmir etməkdən xoşunuz gəlir? Ya da bəlkə insanları dinləməkdən zövq alırsınız? Hər halda, sizin hədəfiniz sevdiyiniz şeylə bağlı olmalıdır.

2. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Boş vaxtlarınızda məşğul olduğunuz məşğuliyyət sizə həyatdakı hədəfinizi tapmaqda yardımçı ola bilər. Rəsm çəkməyi sevirsinizsə, deməli, bu məşğuliyyət sizə istiqamət verə bilər. Bunu istənilən hobbi və maraq haqqında da söyləmək olar - istər yemək hazırlamaq olsun, istərsə də insanlarla danışıqlar aparmaq və s. Siz sadəcə bu əlamətləri gözardı etməməlisiniz. Bəs bu əlamətləri necə ayırd etmək olar? Məsələn, kiminsə təhsil almaqdan və ya yeni bir şey öyrənməkdən xoşu gəlir. Ola bilər ki, belə bir şəxsin həyati məqsədi müəllimlikdir. Buna görə də mütləq bu haqda düşünün: Boş vaxtınızda nə işlə məşğul olursunuz və ya nə işlə məşğul olmağı istəyərdiniz?

3. Daha çox nəyə diqqət göstərirsiniz? Satıcı asanlıqla malın satılıb-satılmayacağını ayrıd edə bilir. Saç ustası insanın saç düzümünə diqqət edir, dizayner zövqsüzlüyü seçə bilir, mexanik isə maşının səsindən onun durumunu müəyyən edə bilir. Bəs siz nəyə diqqət edirsiniz? Sizdə nə ikrah hissi doğurur? Sizin verdiyiniz cavabların hamısı həyati hədəfinizi seçməkdə sizə yardımçı olacaqdır.


4. Öyrənmək istədikdə nə haqqında məlumat almaqdan xoşunuz gəlir? Hansı kitab və jurnalları oxumaq xoşunuza gəlir? Bəlkə sizə biznes, kulinariya və ya balıq tutmaq haqqında oxumaq zövq verir? Hər halda, siz öz seçiminizi həyatınızda həll etməyinizin zəruri sayıldığı problemə eyham kimi qiymətləndirməlisiniz. Düşünün, əgər şəxsi kitabxananızı qurmaq istəsəydiniz, oraya hansı kitabları seçərdiniz? Bəlkə sizin xoşunuza gələn kitablar fərdi inkişafla bağlıdır?

5. Hansı şey sizdə incəsənətlə məşğul olmaq arzusu yaradır? Bəlkə sizin üçün alqı-satqı prosesi bir incəsənət təcəssümüdür? Ya da bəlkə siz jurnalda yeni orijinal yemək resepti görən kimi dərhal onu hazırlamaq istəyirsiniz? Bəlkə qarşılaşdığınız hansısa bir səhnə sizdə gördüklərinizi kağız üzərinə köçürmək hissi yaradır? Düşünün görün, sizi nə irəliyə doğru çəkir?

6. Ətrafınızdakı insanların sizdə bəyəndiyi keyfiyyət nədir? Ətrafınızda sizi dəyərləndirə biləcək insanlar vardırmı? Əgər sizin bişirdiyiniz yemək kiminsə xoşuna gəlmirsə, sizdən çətin ki, baş aşpaz çıxsın. Bəlkə camaatın sizin oxumağınızdan xoşu gəlir, ya da sizin rəsm qabiliyyətinizi, alqı-satqı bacarığınızı tərifləyirlər?Gəlin razılaşaq ki, hər birimizdə elə bir xüsusiyyət vardır ki, başqa insanların da xoşuna gəlir.

7. Əgər siz qəti surətdə bilsəydiniz ki, uğur qazanacaqsınız hansı peşə ilə məşğul olardınız? Kimsə şəxsi gözəllik salonunu açardı, kimsə öz gücünü musiqi layihəsində sınayardı, kimsə bir dükan açıb ticarətlə məşğul olardı. Sizin də verəcəyiniz cavab axtardığınız həyati hədəfiniz üçün açar rolunu oynayacaqdır.


Geri dön

Limon qoxusu

  • 26 fevral 2018 10:34
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Xəbər ücün təşəkkür

aytc.sza

  • 4 fevral 2018 18:11
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
werhlercun tewekkurler.)

--------------------

Elya Alieva

  • 1 fevral 2018 11:43
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
Xebere göre Teşekkürler.

--------------------
.....

Darling

  • 30 yanvar 2018 21:09
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
{awards}
Məsləhət üçün sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 88

 

Top 10 Müəllif

 
{slinks}