Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası

 
Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası
Qurani-Kərimin mənaca tərcüməsinin elektron versiyası



Ən-Nisa (Qadınlar) surəsi
151. onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

152. Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır.

153. Kitab əhli səndən onlar üçün səmadan bir kitab endirməyini istəyirlər! Əlbəttə onlar Musadan bundan da böyüyünü istəyib «Allahı aşkar şəkildə bizə göstər!» dedilər. Beləliklə zülmlərinə görə onları ildırım vurdu. Yenə onlara aşkar dəlillər gəldikdən sonra buzovu özlərinə tanrı etdilər. Onda Biz bundan da keçdik və Musaya aydın dəlil-sübut (və aşkar qüdrət) verdik.

154. Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul və ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq və onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» dedik Onlardan möhkəm bir əhd-peyman aldıq.

155. Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər.

156. Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq;

157. və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər,

158. əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.

159. Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.

160. Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün və həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü və əti, balıq ovu və heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik.

161. Eləcə də çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq.

162. Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.

163. Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən).

164. Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.

165. (Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir.

166. (Kitab əhlindən olan kafirlər sənə vəhy və kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu və bəşər cəmiyyətinə nazil olması – bunların hamısı Onun əzəli elmi ilədir) və (buna) mələklər də şəhadət verirlər. Allahın şahid olması kifayətdir.

167. Həqiqətən kafir olub (başqalarını) Allahın yolundan saxlamış kəslər, şübhəsiz, uzun-uzadı bir azğınlığa düşüblər.

168. Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir.

169. Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu iş (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır.

170. Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər və yer Allahın həqiqi mülküdür və Allah həmişə bilən və hikmət sahibidir.

171. Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir.

172. Məsih Allahın qulu olmaqdan əsla imtina etmir və (bundan Allahın dərgahına) yaxın olan bütün mələklər də imtina etmirlər. Kim Ona ibadət etməkdən imtina etsə və təkəbbürlük göstərsə, (Allah Qiyamət günü) onların hamısını (layiq olduqları kimi cəzalandırmaq üçün) Öz hüzuruna toplayacaqdır.

173. Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.

174. Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Qur’an) nazil etdik.

175. Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.

176. Səndən hökm verməyini istəyirlər, de: «Kəlalə (ata-anaları bir olan, yaxud yalnız atadan bir olan bacılar) barəsində sizə Allah hökm verir: Əgər övladı (atası, anası və babası) olmayan bir kişi ölsə və onun yalnız bir bacısı olmuş olsa, onun mirasının yarısı (şəriətin ilkin qaydasına əsasən) ona məxsusdur (qalan hissələr ikinci qaydaya əsasən irs olaraq ona düşür). Bu qardaş da, əgər bacının övladı yoxdursa onun (malının hamısının) varisi olur. Amma əgər bacılar iki nəfər olsalar, ölənin mirasının üçdə ikisi onlara məxsusdur (və qalan hissələr də şəriətin ikinci qaydasına əsasən irs kimi onlara düşür). Əgər onlar bir neçə bacı və qardaş olsalar (bütün miras onlara məxsusdur, lakin) kişiyə iki qadının payı qədər düşür. Allah (məsələləri) sizə (bu cür) bəyan edir ki, məbada azasınız. Allah hər şeyi biləndir.


Geri dön

music_angel

  • 4 sentyabr 2011 17:41
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 26 may 2011 23:54
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TSHK.ALLAH RAZI OLSUN

--------------------

huseyn12

  • 18 mart 2011 09:38
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Çox təşəkkür edirəm.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

::..ONSLAUGHT::..

  • 17 mart 2011 21:09
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

marlin

  • 17 mart 2011 19:41
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
twk xebere gore ama hamsini oxumadim

--------------------

mutefekkir

  • 17 mart 2011 17:48
  • Məqalə: 7
  • Şərh: 191
  • Bal:
{awards}
ulu tanri razi olsun! quranin tefsirine baxin.[color=#FF6666][/color] smile

_RONALDO_

  • 17 mart 2011 12:33
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
cox maraqli idi. tesekur

--------------------

Inciciceyi

  • 17 mart 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Hazal_Kaya

  • 17 mart 2011 01:41
  • Məqalə: 17
  • Şərh: 722
  • Bal:
{awards}
TWK ALLAH RAZI OLSUN

Sevinc_Keder

  • 17 mart 2011 01:24
  • Məqalə: 0
  • Şərh: 442
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BELE DEYERLI YAZIYA GORE

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

Lexikon

  • 17 mart 2011 01:20
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
cox sag ol

Ulya

  • 17 mart 2011 00:32
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
Allah razi olsun

Nur_Ay

  • 17 mart 2011 00:27
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
TSHK.ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 58

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}