Güclü qadınların 5 xüsusiyyəti

 
Güclü qadınların 5 xüsusiyyəti

1. Yaşadıqları çətin günlər yenidən ayağa qalxmaları üçün onları ruhlandırır

Hər kəsin özünü tapmasında, indiki mənliyinə qovuşmasında yaşadıqlarının payı böyükdür. Xüsusilə, yaşadığımız çətin günlər bizə əslində həyatımızı necə qurmağımız lazım olduğu ilə bağlı bir çox xəbərdarlıq edir. Bəzi qadınlar yaşadıqları ağrılar qarşısında dərhal təslim olurlar. Lakin güclü kadınlar, bu ağır günlərin onlar üçün aydınlığa açılan bir qapı olduğunu bilirlər. Yaşadıqları problemlər nə qədər çətin və ağırdırsa, o qədər böyük bir cəsarətlə ayağa qalxırlar. Bu çətin günlərin öz həyatlarını nəzarət altına almaq üçün bir dönüş nöqtəsi olduğunu bilirlər. Yeni həyatlarına açılan qapıya çatmaq üçün o çətin yolları keçmələri lazım olduğunun dərk edirlər.

2. Ətraflarındakı hər şeyin fərqindədirlər

Güclü qadınlar ətraflarında nə danışıldığının, nəyin eyham edildiyinin, baxışların hara baxdığının fərqində olurlar, amma adətən bunu müəyyən etmirlər. Yalan deyildiyini, üzünə gülündüyünü, çox sevildiyinin də fərqindədir. Hisləri qarşısındakı insanı oxuyurlar və ona görə davranırlar. Bu bəzən çatışmazlıq olur onlar üçün çünki, qarşısındakı insanın niyyətini başa düşürlər və xəyal qırıqlığına düçar olurlar. Lakin etibarlı insanları da tanıması uzun çəkməz. Beləliklə, həyatlarında daimi və sağlam insanlara yer açırlar.

3. Pis bir gün keçirsələr də özlərini buraxmazlar

Bəzi qadınlar zəifliklərini danışmasalar da, duruşları, ya da mənzərələri müəyyən edirlər. Güclü qadınlar isə nə olursa olsun, o gün hər zamankı kimi dik duruşu evlərindən çıxıb işlərinə gedərlər. Güzgüyə baxanda özlərindən cəsarət alırlar. Hər qadın güclü olmaq məcburiyyətində və ya belə görünmək məcburiyyətində deyil, amma bu qadınlar ideyalarının və hislərinin qarşısındakı adam tərəfindən oxunmasını istəmirlər. Çünki yaşadıqları üzündən tam etibara və özlərini belə qoruyacaqlarını düşünürlər.

4. Tez qaynaşsalar da tanış olduqca, nə qədər şəfqətli olduqlarını anlarsınız

Girdiyi hər mühitdə hamı ilə birləşib, hər şeyini izah etməyə başlayan qadınlardan deyillər. Sərt təbiətli görünürlər. Amma sevgisiz deyillər. Soyuq görünürlər, amma məqsədləri mühitdəki insanları qoxulamaqdan. Tanıdıqdan sonra divarlarını dağıdırlar və onların hər kəsə göstərmədiyi tərəfləri ilə qarşılaşacaqsınız. Bitməyən bir sevgiləri, şəfqətli qolları vardır. Sizə güvəndikləri halda sevgilərini göstərməkdən çəkinmirlər. Yetkin və güclü hər fərd kimi sevgilərini göstərməyin bir zəiflik olduğunu düşünmürlər. İstədikcə daha çox yiyələnirlər. Xoşbəxt və güclü bir qadın qədər sizə yaxşı hiss etdirəcək biri yoxdur!

5. Öz dəyərlərini özləri verirlər

Güclü qadınlar başqa insanlar üzərindən özlərini qiymətləndirmirlər. Qarşılarındakı kişinin onları nə qədər sevdiyi və ya yoldaşlarının onları nə qədər əhəmiyyət verdiyinə görə özlərini mühakimə etməzlər. Başqalarının fikirlərinə hörmət göstərirlər, amma inandıqlarını başqalarının fikirlərinə görə dəyişdirmirlər. Bunun öz mənliklərini təhqir olduğunu bilirlər. Öz inşa etdikləri bir doğma inamları var və özlərindən əmindirlər. Bu üzdən özlərini sevirlər və başqa bir kişinin özlərini sevəcəyi zamanı gözləyərək özlərini məhv etmirlər.


Geri dön

_♕Röya♕_

  • 16 fevral 2018 14:14
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
Ele ozum olardan biriyem) teshekkurler)

aytc.sza

  • 4 fevral 2018 18:07
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Darling,
werhcun tewekkur edirem.)

--------------------

Darling

  • 2 fevral 2018 14:04
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
{awards}
Güclü qadınlar üçün yaxşıdır xəbər üçün sağ ol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 105

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}