Keçmişi unudub güclü insan olmağın vaxtı gəldi!

 
Keçmişi unudub güclü insan olmağın vaxtı gəldi!

1. Fikirlərinizi Dəyişdirin

Əgər keçmişdə yaşadığınız pis təcrübələrə bağlı qalsanız, gələcək həyatınız da eyni şəkildə mənfi davam edəcəkdir. Həyatınız beyninizin başlıca olaraq yönəldiyi şəkildə axıb gedər. Bu o deməkdir ki, mənfi düşünsəniz; Bədbəxt bir həyata məhkum olarsınız. Artıq həyatınızda yaşadığınız xəyal qırıqlığını, çətinlikləri və ya etmədiyiniz anları unutmağın vaxtı gəldi. Pis fikirlərinizin yerini, müsbət fikirlər örtməlidir. Əgər hər gün həyati yaxşılıqları, gözəllikləri düşünərək qalxsanız, həyatınızın çox daha gözəl bir hal alacağını görəcəksiniz. Heç kim də sizə, keçmişinizi üzünə vurmaq imkanı olmayacaq; Çünki keçmişi çoxdan unutmuş olacaqsınız.

2. Bəzi Yoldaşlarınızı Həyatınızdan Çıxarın

Həyatımızda tutmağa davam etdiyimiz, amma həyatımızı yalnız ləng işləyən dostlarımız var. Bu dostlarınızı həyatınızdan çıxarmaq bir cinayət deyil. Əgər müsbət bir həyat sürmək istəyirsinizsə, mənfi düşünən yoldaşlarınızı yanınızda saxlayın. Özünüzü onlardan ayırıb, həqiqətən nə istəyirsinizsə onun ardınca getməlisiniz. Keçmişdə etdiyiniz səhvləri sizə xatırladan insanlardan uzaq durmalısınız. Tamamilə özünüzə diqqət yetirməlisiniz. Sizə çox tənha və qorxunc gələ bilər amma sonra istəklərinizin qarşısında heç bir maneə olmayacaq.

3. Qarşınıza məqsədlər qoyun

Keçmişdəki pis hadisələri unutmağın ən gözəl yollarından biri isə özünüzə gələcək üçün məqsədlər qoymağınız olacaqdır. Həyatın sonu olmadığını bilməyiniz və həyatınıza ən yaxşı şəkildə davam etməyiniz lazımdır. Özünüzü gözəl yerlərdə xəyal edin. Məsələn, xəyalınızda məktəbdə oxumaq, xəyallarınızdakı işi tapmaq və ya aşiq olmaq... Özünüzə uzun və ya qısa müddətli məqsədlər qoyun və bu hədəflərə çatmaq üçün müəyyən bir vaxt təyin edin.

4. Bağışlamağı öyrənin

Bəzən bağışlamamaq bizi ən çox çətinə salan hislərdən biri olur. Birinə kin tutmaqla özünüzü zəhərləyirsiniz, başqasının ölməsini gözlədiyiniz mənasına gəlir. Özümüzə bir yaxşılıq etdiyimizi düşünürük amma bizi içdən-içə öldürən bir vəziyyət budur. Keçmişi unutmağın yolu, sizə pislik edənləri əfv etməkdən keçir. Əgər əfv etsəniz, özünüzü qəfəsdən azad etmiş olacaqsınız. Nifrətin yerini sevgiyə buraxın!

5. İnsanlara təsir etməyə çalışmaqdan əl çəkin

Heç kimə etdiklərinizə görə bəyanat verməyə məcbur deyilsiniz. İnsanların razılığını və ya onların sevdikləri şeyləri etmək məcburiyyətində deyilsiniz. Hər kəsi məmnun edə bilməzsiniz, bu mümkün deyil. Hər kəsi məmnun etməyə çalışmaq, yalnız sizi xəyal qırıqlığına düçar edəcəkdir. Bəzən həyatımızı başqalarına görə yaşamaq bizə daha təsiredici gəlir. İstədiyiniz qədər yaxşı bir insan olun, sizdən xoşu gəlməyəcək bir çox insan olacaqdır həyatınızda. Bu vəziyyətlə üzləşməyi öyrənməlisiniz!


Geri dön

aytc.sza

  • 7 fevral 2018 15:43
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
reylercun tewekkur.)

--------------------

Elya Alieva

  • 5 fevral 2018 05:07
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
Bunlarin hamsi bos seydir eslinde
Allah kiminledirse heyatda Guclu odur

--------------------
.....

Poine♔

  • 4 fevral 2018 10:38
  • Məqalə: 112
  • Şərh: 1610
  • Bal:
{awards}
Diqqət edilməsi lazımdır, təşəkkürlər

--------------------

Darling

  • 3 fevral 2018 20:07
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Xəbər üçün sağ ol

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

aytc.sza

  • 3 fevral 2018 17:34
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
buyuruun.)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 33
        Cəmi: 36

         

        Top 10 Müəllif

         
        {slinks}