İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır?

 
İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır?


Sual: İslam dinini yaymaq üçün cihad etmək lazımdır, yoxsa yox?
Cavab: Həmişə cihad etmək lazımdır. Ancaq cihad müharibə demək deyil. Cihad bütün mənfi hallara qarşı mübarizə aparmaq deməkdir. Eyni zamanda Allahın dininin vüsət tapmasının qarşısında duran bütün maneələrə qarşı mübarizə aparmaqdır.

Deməli, biz ömür boyu cihad etməliyik. Biz cihadı özümüzə qarşı da etməliyik. Çünki imtahandan keçirik. İmtahan isə cihad və səbr imtahanıdır. Üzləşdiyimiz hadisələrdə Allahın əmrlərini yerinə yetirmək üçün mütəmadi olaraq mübarizə aparmalıyıq.

Adətən cihadı müharibə kimi başa düşür və ya şərh edirlər. Təbii ki, cihadın müharibə cəhəti də var, amma bu, bəlkə də, %1 təşkil edir. Yəni, müharibə cihadın kiçik bir hissəsidir. Lakin insanın bütün həyatı səhərdən axşamadək cihadla keçir. Çünki Allahın əmrlərinə qarşı hərəkət edəsiniz deyə, hər gün bütün şərait və şərtlər üzə çıxır. Hər gün imtahandan keçirilirsiniz, imtahan verirsiniz. Məhz bu mənfi hallara qarşı apardığınız mübarizə cihaddır.

Allah Təalanın dinini yaymaq da cihadın ən vacib cəhətlərindən biridir. Elə isə Allahın dinini məhz Onun əmr etdiyi formada yaymaq lazımdır. Burada böyük bir cihad var. Çünki insanlar bu öhdəliyi yerinə yetirdikləri və ya yerinə yetirdiklərini güman etikləri vaxt ürəkləri başqa şeylər istəyir! Allah isə onların doğru-düzgün və tərtəmiz hərəkət etməyini istəyir!

Bir sözlə, ancaq və ancaq Allahın əmr etdiyi qaydada hərəkət etdiyin vaxt cihad etmiş hesab olunursan.


Geri dön

Darling

  • 9 fevral 2018 18:24
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
Allah razı olsun......

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

aytc.sza

  • 9 fevral 2018 16:43
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

 
{slinks}