Gənc qızlarımızın evli kişilərə olan marağı ? - Buna dəyərmi?

 
Gənc qızlarımızın evli kişilərə olan marağı ? - Buna dəyərmi?

Gənc qızlarımzın evli kişilərə olan marağı ?
Buna dəyərmi?

35 yaşlı Sevda 6 il ailəli olub, bu 6 illik ailə münasibətlərindən 2 övlad da qazanıb. Amma 6 ildən sonra həyat yoldaşı ilə ortaq dil tapa bilməyən cütlük ayrılmalı olublar. Elə əsas məsələ də bundan sonra başlayıb. 35 yaşlı qadın indi 2 uşaqla qalıb çölün düzündə, çünki bu 6 il müddətində Sevda həyat yoldaşı ilə vətəndaş nigahında yaşayıb, onlar heç bir yerdə rəsmi dövlət qeydiyyatında olmayıblar. İndi ona görə də nadan Sevda 2 körpəsi ilə qalıb ortalıqda, əlində heç bir rəsmi sənəd yoxdur, özünün və uşaqlarının hüquqlarını bərpa etsin. Biçarə Sevda deyir ki, o, ərini sevəndə ilk vaxtlarda sadəcə olaraq iki sevgili kimi yaşayıblar, çünki ərinin ondan öncə başqa bir ailəsi varmış: "Amma bir uşağımız dünyaya gələndən sonra biz kəbin kəsdirmək qərarına gəldik. Təzə-təzə hər şey yaxşı idi, amma hər şeyin belə nəticələnəcəyi heç ağlıma gəlməzdi.”

Əslində Azərbaycanda bu problemlə üzləşən təkcə Sevda deyil. Bu Sevdaların sayı-hesabı yoxdur və artan templə də gedir. Gənc qızlar evli kişilərlə münasibətə girir, sonra bu münasibətləri çox hallarda vətəndaş nigahı ilə yekunlaşdırırlar. Bu şərtlərlə yaşayan çox az sayda qadın var ki, bəxti gətirmiş olur.


Yəni qadınlar ailəsi olan kişi ilə münasibətə girir və daha sonra onların münasibətləri yeni bir ailənin yaranmasına gətirib çıxarır. Təbii artıq evli olan kişi başladığı yeni münasibəti rəsmiləşdirə bilmədiyindən çarə ancaq vətəndaş nigahına qalır. Buna razılaşan qadınların isə demək olar öz hüquqlarını nə dini baxımdan, nə də hüquqi baxımdan bilmirlər. Və sonda yenə də ağır zərbə altında qadınlar qalmış olur.


Geri dön

_♕Röya♕_

  • 16 fevral 2018 15:47
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
Bes evli qadinlarin genc oglanlara maragi))

aytc.sza

  • 7 fevral 2018 15:33
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
eslinde awiq olanda ureye soz kecirtmey olmur evlidi ve ya subay, sevende qanunlarla seve bilmez hec bir insan.

--------------------

Darling

  • 6 fevral 2018 18:39
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
İndi çoxalıb elə şeylər

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 6 fevral 2018 16:43
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
Buyurun.....

--------------------
.....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 97

 

Top 10 Müəllif

 
{slinks}