Qaraciyər əslində belə bişirilməlidir

 
Qaraciyər əslində belə bişirilməlidir


Qaraciyər yeməyi sevənlər çox olsa da, bəzi şəxslər onu xoşlamır. Amma mütəxəssislər qaraciyər yeməyin orqanizmə faydalı olduğunu bildirirlər. Legend.az sizə qaraciyərin daha əvvəl bilmədiyiniz faydaları barədə məlumat verir.

Türkiyəli həkim, onkoloq Yavuz Dizdar bununla bağlı bildirir ki, ət yeyilən zaman protein alınır, amma qaraciyəri yedikdə orqanizm protein, vitamin daxil bir çox faydalı maddələrlə qidalanır: “Qaraciyər insan orqanizmi üçün əhəmiyyətli yer tutur. Çünki vitamin, mineral və proteinlər qaraciyərdə yığılır. Onu yedikdə bütün bu faydalı maddələrin hamısını birlikdə və balanslı şəkildə qəbul etmiş olursunuz. Tərkibində həmçinin şəkər və amin turşuları da var. Ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələrlə zəngindir. Çünki qaraciyər bədənin metobalizma mərkəzidir və içinə vitaminləri yığma xüsusiyyəti var. Bu baxımdan ətdən üstündür".

Həkim qaraciyərin hansı qaydada bişirilərsə, daha faydalı olmasından da danışıb: “Qaraciyər çox bişirilərsə, qida dəyərini itirər. Xəfif qızardıldığında içərisindəki qida dəyərlərini qoruyur, amma çox qızardıldığında tərkibindəki qidalandırıcı ünsürlərin bir qismi istilik səbəbindən xarab olur. Qaraciyərin bir az çəhrayı qalması vacibdir, ocaqda uzun müddət qalıb tündləşərsə, tərkibindəki faydalı maddələr yox olar. Nazik doğranıb qızardılmalıdır. Quzu ciyəri alıb, nazik şəkildə doğrayıb, unlayıb qısa müddətli qızartmaq həm dadlı, həm də faydalı olar”.


Geri dön

aytc.sza

  • 7 fevral 2018 15:29
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
men sevirem qaraciyeri.

--------------------

Poine♔

  • 6 fevral 2018 23:13
  • Məqalə: 112
  • Şərh: 1610
  • Bal:
{awards}
Sevmirem but thankss

--------------------

Darling

  • 6 fevral 2018 18:34
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Qara ciyər sevmirəm

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 115

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}