Şəkərsiz peçenye: uşaqlar üçün xeyirli şirniyyat

 
Şəkərsiz peçenye: uşaqlar üçün xeyirli şirniyyat


Uşaqların da sevəcəyi şəkərsiz bir şirniyyat bişirmək istəyirsinizmi? Axı çox şəkərli qidalar xüsusilə uşaqlara zərərlidir. Legend.az sizə şəkərsiz peçenye reseptini təqdim edir.

Ərzaqlar:
1 stəkan kərə yağı
1 kiçik fincan bəhməz
1 yumurta
1 stəkan yağsız süd
1 çay qaşığı vanil
1 stəkan un
1 çay qaşığı soda
50 qr şokolad


Hazırlanması:
Kərə yağını, bəhməzi, yumurtanı, südü və vanili bir qaba tökün, 2 dəqiqə boyunca mətbəx robotunda qarışdırın. Daha sonra unu və sodanı əlavə edin. Bütün ərzaqlar yaxşıca qarışana qədər çırpmağa davam edin. Sonra şokoladları töküb, qaşıqla bir az qarışdırın. Xəmiri yuvarlayıb, soba qabına yığın və xəfifcə ovcunuzun içi ilə basın. Sobanızı 350 dərəcədə qızdırın. Peçenyeləriniz qızarana qədər, təxminən 20-25 dəqiqə boyunca bişirin.

Nuş olsun!


Geri dön

aytc.sza

  • 7 fevral 2018 15:32
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
wekersiz inanmram bir dadi olar ama inanramki uwaglarcun xeyirlidi.

--------------------

Darling

  • 6 fevral 2018 18:38
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Məsləhət üçün sağ ol

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 6 fevral 2018 16:44
  • Məqalə: 153
  • Şərh: 7115
  • Bal:
{awards}
Tesekurler amma şekersiz ne dadi olsun

--------------------
.....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 106

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}