İnsanlıq tarixindən həqiqi iman örnəkləri

 
İnsanlıq tarixindən həqiqi iman örnəkləri


İmanın dəyərini anlamaq üçün insanlıq tarixindən həqiqi iman örnəklərini bilmək lazımdır. Qısaca bir neçə nümunə verək. Zalımlarından biri olan Fironun xanımı Asiyə. Böyük bir sarayda ikinci şəxs sayılırdı. Qaşlarını oynatması belə əmr etməsi üçün yetərli idi. Hz. Musanın əleyhissəlam dəvətini qəbul etdi, Allah, qəlbinə iman yerləşdirdi. Əri firon xanımının iman etdiyini anlayınca, onu işgəncəylə, öldürməklə təhdid etdi. O, dinindən dönmədi. Firon daha da hiddətləndi. Onu yerə yatırıb, əllərindən və ayaqlarından torpağa mismarlatdı. Asiyə qorxmadı. İllərlə kraliça olaraq yaşadığı sarayın həyətində işkəncə ilə öldürülərkən, etdiyi dua Qurani-Kərimin ayəsi oldu:

Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi. Təhrim, 66/11.

Məşhur təfsir alimi İbn Kəsir bu ayənin təfsirində, bu ayətlə bağlı sahabədən və tabiindən gələn rəvayətləri zikr edərkən deyir ki: “ Firon Asiyəyə işgəncə edir, O isə səbr edirdi. Asiyə cənnətdəki evini gördü. Görüncə güldü. Bunun üzərinə Firon dedi ki: “Bunun dəliliyini görürsünüzmü, Biz ona işgəncə edirik, o isə gülür.” Allah onun ruhunu cənnətə qoymaq üzərə aldı. Allah ondan razı olsun.”

asulullahın səllallahu aleyhi və səlləm sahabələrindən Amir ibn Fuheyra. Biri-Maunə faciəsi zaman şəhid edilmişdir. Onu öldürən müşrik sonralar deyir ki: “Mən onu öldürmək üçün arxadan yaxınlaşıb nizəmi kürəyinə sapladım. O isə bu haldaykən: – “Vallahi qazandım!” deyirdi. Öz-özümə: “Nəyi qazandın ki?! Mən onu öldürmüş deyiləmmi?!” – dedim. Şahid olduğum bu hadisə müsəlman olmağıma səbəb oldu”. Sahabənin son nəfəsdəki iman həyəcanı, Allah üçün canını verməyin sevinci, onu öldürəni düşündürdü və iman etməyinə səbəb oldu.

Rasulullahın səllallahu aleyhi və səlləm sahabələrindən Sad ibn Rəbi. Uhud döyüşündə şəhid edilmişdir. Ölmədən öncə yanındakı sahabəyə bu sözləri dedi: “ Vallahi gözləriniz qımıldadığı müddətcə, Peyğəmbəri – sallAllahu aleyhi vəsəlləm- düşmənlərindən qorumayıb başına bir müsibət gəlməsinə səbəb olsanız, Allah qatında heç bir üzürnüz olmaz. Allahın Rəsuluna de ki, Mən cənnətin qoxusunu hiss edirəm”.

Fironun sehrbazları. Fironun köməkçiləri idilər. Firon onları, Musaya əleyhissəlam qarşı istifadə etdi. Böyük bir meydanda Allahın Peyğəmbəri ilə qarşılaşdılar. İstədikləri kimi olmadı, Peyğəmbərin möcüzəsi qarşısında məğlub oldular. Sehrbazlar həqiqəti gördülər və: “Biz Musanın Rəbbinə iman etdik” dedilər. Firon “Sizi bir ağaca asıb doğrayaram” deyə təhdid etdi, fikir vermədilər. Firon dediyini elədi, lakin onlar imandan dönmədilər. Səhər sehrbaz idilər. Günorta isə şəhid olaraq Allaha qovuşdular. Çünkü haqqı görən kimi iman etdilər. Allah onların bu hallarını Quranda Əraf surəsində bizə belə xəbər verir:

Onlar (hamı birlikdə) səcdəyə qapanıbdedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –Musanın və Harunun Rəbbinə!”Firon (onlara) dedi: Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!. Əraf, 7/120-126.


Geri dön

aytc.sza

  • 12 fevral 2018 14:07
  • Məqalə: 221
  • Şərh: 1744
  • Bal:
ALLAH RAZI OLSUN.

--------------------

Darling

  • 12 fevral 2018 13:55
  • Məqalə: 998
  • Şərh: 12300
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 86

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 498
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 221
 
Darling
Xəbərləri: 25
Cəmi: 1001
 
Poine♔
Xəbərləri: 20
Cəmi: 109
 
..::Kitty::..
Xəbərləri: 13
Cəmi: 43
 
Limon qoxusu
Xəbərləri: 9
Cəmi: 243
 
poetry
Xəbərləri: 8
Cəmi: 12
 
♔Hе важно∞
Xəbərləri: 7
Cəmi: 372
 
Elya Alieva
Xəbərləri: 6
Cəmi: 149
 
_Qismet_
Xəbərləri: 5
Cəmi: 829
 
 
{slinks}