Şahin İlqar - "Leylam"

 
Şahin İlqar - "Leylam"


Mən səni çox sevdim, kimsələr bilməz,
Sən belə bilməzsən çəkdiyim dərdi.
Sənsiz könlüm ağlar, gözlərim gülməz,

Sevincim bir şirin sözün qədərdi.

Bircə sən "can" desən, canın olaram,
Səninçün nələrdən keçərəm, bilsən.
Gəl desən, ömürlük sənin olaram,

Get desən, həyatdan köçərəm, bilsən.

Məni öldürməyə gücün yetərmi,
Vicdanın dözərmi bu cinayətə?
Qəlbin daş olarmı, sözü bitərmi,

Cavabsız qalarmı bu məhəbbətə?

Mən səni atmaram, heç aldatmaram,
Səni dəyişmərəm Günəşə, Aya.
Əlimi yad ələ heç uzatmaram,

Sən layiq deyilsən unudulmağa.

Onsuz da heç kəsə yox ehtiyacım,
Bircə yaşamaqçün gərəyim sənsən.
Təkcə məhəbbətim, sevda əlacım,

Qəlbin cənnətimdir, mələyim sənsən.

İnan ki, mən səni çox sevdim, Leylam,
Nə desəm, nə etsəm könlünü alsam?
Qara gözlərindən almışam ilham,

"Hə" desən, ömürlük Məcnunun olsam.

Getmə! İstəkliyəm sənin olmağa,
Çiçəklər içindən gül seçirəm mən.
Sənlə yaşamağa və qocalmağa,

Səninlə ölməyə and içirəm mən!

Şahin İlqar


Geri dön

Limon qoxusu

  • 18 fevral 2018 16:18
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Şeirə görə təşəkkür

Darling

  • 8 fevral 2018 18:22
  • Məqalə: 694
  • Şərh: 12521
  • Bal:
{awards}
Mənalı seirdir paylaşım üçün sağ olun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

aytc.sza

  • 7 fevral 2018 20:47
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
{awards}
Mən səni atmaram, heç aldatmaram,
Səni dəyişmərəm Günəşə, Aya.
Əlimi yad ələ heç uzatmaram,
Sən layiq deyilsən unudulmağa.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 96

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 570
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}