Yeni İl Qeyd Etməməyə 5 Səbəb

 
Yeni İl Qeyd Etməməyə 5 Səbəb


Yeni İli Qeyd Etməməyə 5 Səbəb

Bütün dünya və xüsusilə xristian aləmi tərəfindən İsa Peyğəmbərin (Allahın salamı onun üzərinə olsun) doğum günü olaraq qeyd olunan Milad (Yeni il) gecəsi çox təəssüf ki, biz müsəlmanlar tərəfindən də azğınlıq dərəcəsinə çatan əyləncə və haramların yaşandığı bir gecə olaraq qeyd edilir. Yeni il olaraq qiymətləndirilən Noel gecəsini niyə qeyd etməməliyik və o gecə bir müsəlman olaraq alternativ nələr edə bilərik deyə sual verirsinizsə məqaləmizə diqqətlə oxuyun..


1. Qeyri-müsəlmanlara bənzəməmək üçün:

Peyğəmbərimizin hər sünnəsində – möminlərin ailə, cəmiyyət, dünya və axirət salamatlığı üçün sayıla bilməyəcək qədər çox faydalar mövcuddur. Yeni il hazırlıqları və yeni il – biz müsəlmanları müsəlman olmayanlara bənzədən təhlükəli bir “bayramdır”.

Və Peyğəmbərimizin (ona və ailəsinə Allahın salamı olsun) buna razılığı yoxdur:

“Kim bir qövmə bənzəyərsə, o da onlardandır.” (Buxari, Muslim)
2. Peyğəmbərimizə (ona Salam olsun) layiq bir ümmət ola bilmək üçün:

Peyğəmbərimizin (ona Salam olsun) sünnələri – həyat tərzindən, geyimə, paltara, əyləncə anlayışına qədər qeyri-müsəlmanlara müxalif olma xüsusiyyəti daşıyır. Onlara bənzəməmək və hər mövzuda onlardan ayrılmaq, onun gözəl həyatını həyatımıza tətbiq edə bilməkdən keçər. Axirətdə şəfaətinə nail ola bilmək və Peyğəmbərimizlə birlikdə ola bilmək üçün; dünyada onu sevməli, onun sevdiyini sevməli və razı olmadıqlarından qaçınılmalıdır.

Çünki, Peyğəmbərimiz belə demişdir:

“İnsan sevdiyi ilə bərabərdir.” (Buxari, Muslim)
3. Əyləncəni də əqidəmizə uyğun etməliyik:

Peyğəmbərin səhabələri, islami mövzulardakı ciddi şəxsiyyətlərinin yanında öz aralarında əylənər və zarafatlaşardılar. Əyləncə anlayışları, haram olmayan, harama yaxınlaşdırmayan, yalan ehtiva etməyən və qarşısındakını incitməyəcək tərzdə idi. Bir yerə gəldiklərində bir-birlərinə qarpız çəyirdəyi ataraq zarafatlaşar, gülüşər, əyləncəli vaxt keçirərdilər. Müsəlman əlbəttə əylənməli və sevdikləriylə xoş vaxt keçirməlidir, ancaq; heç bir əyləncə anlayışı haramı, içkini, zinanı, çılpaqlığı məşru edə bilməz.

Allah subhənəhu və təalə Quranda deyir:

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”
(Maidə surəsi, 51-ci ayə)
4. Bu gecə də və qalan 364 gecə də biz bir müsəlmanıq!

Xristian inancında İsa əleyhissalamın (haşa) Allahın oğlu olduğuna və Məryəm anamızın isə Uca Yaradıcımızın (haşa) xanımı olduğuna inanılar. Doğulmayan, doğmayan və övlad etməkdən münəzzəh olan Rəbbimizin sifətlərinə əsla yaraşmayacaq bu azğın görüşü, ildə bir gecə belə olsa dəstəkləyə bilmərik. Rəbbimizi bütün qüsur və nöqsan sifətlərdən münəzzəh edən İslam inancına tamamilə zidd olan bu görüşə və bu görüşə xidmət edən “bayram” və əyləncələrə müxalifət etmək imanımızın gərəyidir.

“(Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!”
(Bəqərə surəsi, 116)
“O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)”
(İxlas surəsi, 3)
5. İbadətin əcri (savabı) çətinliyindədir

Milad gecəsi dünya daxilində bir çox insan nəfsinə xidmət edəcək və bəlkə də bir çox müsəlman harama bulaşacaq.. Yalnız Rəbbinin və Peyğəmbərinin razı olmadığını nəzərə alaraq, hər hansı bir məkanda haramlar əhatəsində yeni il qeyd etməyə və ya evində ədəbsiz bir yeni il üçün xüsusi proqramı izləmək yerinə, yan otağa keçərək Quran-i Kərim oxumağı üstün tutan gənc, əlbəttə hicrət etmiş kimi sayılar və bu fədakarlığının mükafatı Rəbbi yanındadır.


“Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların – Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!”
(Yunus surəsi, 7-8)


Geri dön

_♕Röya♕_

  • 20 fevral 2018 20:38
  • Məqalə: 734
  • Şərh: 26437
  • Bal:
Menim sevdiyim Novruz bayramidi. Teshekkurler

Darling

  • 12 fevral 2018 17:46
  • Məqalə: 1001
  • Şərh: 12308
  • Bal:
{awards}
Hər il qeyd edirlər

--------------------
http://legend.az/user/imza/

aytc.sza

  • 12 fevral 2018 14:42
  • Məqalə: 221
  • Şərh: 1744
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 89

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 498
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 221
 
Darling
Xəbərləri: 25
Cəmi: 1001
 
Poine♔
Xəbərləri: 20
Cəmi: 109
 
..::Kitty::..
Xəbərləri: 13
Cəmi: 43
 
Limon qoxusu
Xəbərləri: 9
Cəmi: 243
 
poetry
Xəbərləri: 8
Cəmi: 12
 
♔Hе важно∞
Xəbərləri: 7
Cəmi: 372
 
Elya Alieva
Xəbərləri: 6
Cəmi: 149
 
_Qismet_
Xəbərləri: 5
Cəmi: 829
 
 
{slinks}