SƏBRİN ÜÇ NÖVÜ VAR

 
SƏBRİN ÜÇ NÖVÜ VAR

1. Allah Təalaya ibadətdə səbr

İbadət insana çətin və ağır gələn bir şeydir. İnsanda bir az zəiflik və yorğunluq olduğu zaman o ibadətin bədən üçün ağır olduğunu fikirləşir. Bəzən onda maddi və ya başqa baxımdan da çətinlik ola bilir. İbadətləri yerinə yetirmək nəfsə və bədənə nə qədər çətin gəlsə də hər bir insan səbr etməkdə israr etməli və özünü səbr etməyə alışdırmalıdır.

2. Allahın haramlarına qarşı səbr etmək

İnsan özünü Allahın haram etdiyi şeylərdən çəkindirməlidir. Çünki pisliyi əmr edən nəfs (nəfsi-əmmarə) sahibini piş işlər görməyə, çirkin sözlər söyləməyə və pis hərəkətlər etməyə çağırır. İnsan səbr etməli, ona alışmalı və Allahın haram buyurduqlardan uzaq durmalıdır. Allahın haram buyurduqlarını edən kəs Allaha üsyan etdiyini, cəza və qəm-qüssə ilə üz-üzə gələcəyini bilməlidir.
O qazanclı və xoşbəxt kəslərdən olmaq üçün pis işlər görməyi əmr edən nəfsilə mübarizə aparmağa cəhd göstərməlidir.

Uca Allah belə buyurur:
“Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar.” (Ali-İmran, 3/185)
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur: “..Səbr bir işıqdır..” (Müslim Təharət 1, 223, Tirmizi, Dəvət 86)


Çünki qəm, kədər və sıxıntılar yalnız səbrlə aradan qalxır.

3. Allahın təqdir etdiklərinə səbr etmək

Təqdirin iki növü var:
a) Allahın yaxşı şeylər təqdir etməsi: bu şükr etməyi zəruri edən qədərdir. Şükr isə səbri zəruri edən ibadətlərdəndir. Allahın iznilə ona görə savab verilir.
b) Allahın (qulu üçün) pis şeylər (yəni, bəla, sıxıntı və s.) təqdir etməsi: bu, insanın xoşuna gəlmir. İnsan var-dövləti, bədəni və ailəsilə imtahan olunur. İmtahanın üç növü var. Bunlar səbr, müqavimət və dözümlülüyü tələb edir. İnsan özünü haram edilən səbirsizlik, sıxıntı, dil, əl və qəlblə Allahın təqdirinə razı olmamaq kimi hallardan çəkindirib səbr etməyə yönəltməlidir.

İnsan Allahın onun üçün təqdir etdiyinə səbr edərsə, Allahdan ona savab qazandığı ilə bağlı müjdə verilər. Çünki uca Allah belə buyurur:
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər.” (Bəqərə, 2/155-157)

Əbu Hureyra radiyallahu anhu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: “Uca Allah belə buyurur: “Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar.”” (Buxari 81, Kitəbur-Riqaq 6 (5944, 6424)).
Bu dünyada sevdiyi şeydən məhrum olma bəlasına düçar olan, Allah qatında buna görə böyük mukafatın onu gözlədiyinə inanaraq səbr edən və işini (halını) Allaha həvalə edən kəsə Allah mütləq əcr verəcəkdir. Səbr edənlərə əcrləri haqq-hesabsız olaraq veriləcək və bundan sonra Allahın iznilə cənnətə girəcəklər.
Ənəs radiyallahu anhunun rəvayət etdiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: “Uca Allah (belə buyurur): “Qulumu iki sevdiyindən (gözlərindən) məhrum etdiyimdə o səbr edərsə, iki sevdiyinin (gözlərinin) əvəzinə ona Cənnəti verərəm.”” (Buxari, 5653)
Həqiqi mömin nəfsini səbrli olmağa sövq etməli, özünü (səbirsizlikdən) çəkindirməli, Allahın savabına ümid edərək səbr etməyə alışmalıdır. Bəndə heç vaxt, heç bir şəraitdə səbrə möhtac olmadığını iddia etməməlidir. Çünki hər bir insanın həm yaxşı, həm də pis günü vardır.


Geri dön

aytc.sza

  • 14 fevral 2018 19:03
  • Məqalə: 221
  • Şərh: 1744
  • Bal:
sebr gozeldi Allah her kese versin.

--------------------

Darling

  • 12 fevral 2018 20:36
  • Məqalə: 998
  • Şərh: 12300
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 92

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 498
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 221
 
Darling
Xəbərləri: 25
Cəmi: 1001
 
Poine♔
Xəbərləri: 20
Cəmi: 109
 
..::Kitty::..
Xəbərləri: 13
Cəmi: 43
 
Limon qoxusu
Xəbərləri: 9
Cəmi: 243
 
poetry
Xəbərləri: 8
Cəmi: 12
 
♔Hе важно∞
Xəbərləri: 7
Cəmi: 372
 
Elya Alieva
Xəbərləri: 6
Cəmi: 149
 
_Qismet_
Xəbərləri: 5
Cəmi: 829
 
 
{slinks}