Şahin İlqar - "Gecələrin Qadını"

 
Şahin İlqar - "Gecələrin Qadını"


Tutuldum gözlərinə,
Yaşam nəfəsi kimi,
İnandım sözlərinə,
Qəlbimin səsi kimi.

İnadıma inadsan,
Kədərimə kədərsən.
İtirməkdən qorxuram,
Bir gün çıxıb gedərsən.

Ağlamaq fayda etməz,
Gedənin arxasından.
Tale bizi qorusun,
Sevdamızın yasından.

Varlığının önündə,
Qürurumu əyirəm.
Əllərini mənə ver,
Toxunmaq istəyirəm.

Saçlarını oxşayıb,
Dizlərində yatsaydım.
İsti nəfəsin ilə,
Qəlbimi ovutsaydım.

Bir dəfə yadına sal,
Susmuş qəlbimi dindir.
Həsrətinlə yaşamaq,
İtirməkdən çətindir.

Qaçıram bu dünyadan,
Gündüzü, gecəsindən.
Səni sevməklə endim,
İnsanlıq zirvəsindən.

Öz kölgəmdən qaçıram,
Məni görməsin deyə.
Qaçıram səssizliyə,
Gedirəm sənsizliyə.

Nə olar qoyma gedim,
Bağır, çağır geriyə.
Bir də düşün, bəlkə də,
Daş ürəyin əriyə.

Zaman bizdən alacaq,
Ömrümüzün illərin.
Həyat çox amansızdır,
Boş qalacaq əllərin.

Ürəyimə yazmışdım,
Mən sevirdim adını.
Gündüzlərin yuxusu,
Gecələrin qadını...


Şahin İlqar


Geri dön

_♕Röya♕_

  • 23 fevral 2018 14:44
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
Teshekkurler

Limon qoxusu

  • 18 fevral 2018 16:16
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Şeirə görə təşəkkür

aytc.sza

  • 14 fevral 2018 19:08
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Tutuldum gözlərinə,
Yaşam nəfəsi kimi,
İnandım sözlərinə,
Qəlbimin səsi kimi.

--------------------

Darling

  • 12 fevral 2018 17:40
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
İnadıma inadsan,
Kədərimə kədərsən.
İtirməkdən qorxuram,
Bir gün çıxıb gedərsən.

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 88

 

Top 10 Müəllif

 
{slinks}