Zümrüd daşı

 
Zümrüd daşı

Dəyərli daşlara marağı olan bir gənc, zərgər olmaq istəyirmiş. "Bu işə girəcəmsə, yaxşı bir zərgər olmalıyam" deyir və ölkədəki ən yaxşı zinət ustasını axtarmağa başlayır. Axtardığı ustanı axırda tapır.

"De, dinləyirəm səni" deyir usta.

Gənc daşlara marağı olduğunu və yaxşı bir usta olmağa qərar verdiyini həyəcanla dilə gətirir. Yaşlı usta səsini çıxarmadan gənc oğlana qulaq asır, danışıb qutardıqda ona bir daş verir.

"Bu bir zümrüd daşıdır" deyir və daşı gənc adamın ovcuna qoyduqdan sonra əlləri ilə onun ovcunu möhkəm bağlayır.

"Ovcunu eynilə bu cür qapalı tutacaqsan və bir il müddətində heç açmayacaqsan" deyir gəncə. "Bir il sonra gəl, onda görüşək. İndi yaxşı yol." Özünü bir anda böyük bir çaşqınlıq içində görən gənc olduğu yerdə bir müddət tərpənmədən dayanır. Ustanın mənasız hesab etdiyi bu davranışı və soyuq münasibətini xatırladıqca ustaya daha da əsəbləşməyə başlayır.

Günlər bir-birini əvəz etməyə başlayır. Gənc daim deyinir, amma əlini heç açmırmış.

"Ustam məndən bu cür səfeh bir şeyi eləməyimi necə istəyər?!" deyə deyinirmiş öz-özünə. "Həm də ölkənin ən yaxşı ustasıdır, guya! Bu səfehliyə bir il boyunca necə dözəcəm, belə bir əziyyətlə bir il necə yaşayacam?! Madam, ustalıq damarı tutacaqdı, bunu məni ilk gündən qovaraq edəydi də!"


Gənc daim bu sözləri öz özünə təkrar etməklə kifayətlənmir, hər qarşısına çıxana ustasından şikayətlənir, onun bu davranışı heç də xoş qarşılamadığını deyirmiş. Fəqət bütün bu şikayətlərə baxmayaraq ovcunu heç açmırmış. Ovcu bağlı yatır, bütün işlərini digər əli ilə eləyirmiş və bu vəziyyətə gedərək öyrəşməyə, digər əlini çox rahat istifadə eləməyə başlayırmış. Yatarkən də ovcu açılıb, daş yerə düşməsin deyə daim yarı yuxulu imiş.

Ustası ovcunu açır və daşı götürür. "İndi başqa bir zümrüd daşını yenə bir il ovcunda tutmağını istəyirəm" deyir. Gənc çox əsəbləşir. "Bir il yenə bu daşı daşımaq mənə nə öyrədər ki? Onsuz heç nə öyrənmədim"deyə düşünür. Usta daşı gəncin ovcuna qoyur və əlini bağlayır. Gənc daşı ovcunda hiss etdiyi an bağırır:

"Bu zümrüd daşı deyil!"

Usta gülümsəyir...

"Ovcumuzdakı Kəpənək"

Ahmet Şerif İzgören


Geri dön

aytc.sza

  • 14 fevral 2018 20:00
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
Darling,
werhe gore tewekkur can.)

--------------------

Darling

  • 9 fevral 2018 18:19
  • Məqalə: 694
  • Şərh: 12561
  • Bal:
{awards}
Mənalı hekayədir paylaşım üçün sağ ol

aytc.sza

  • 9 fevral 2018 18:13
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
buyurunn.)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 103

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}