7 Maddədə Niyyətin Önəmi

 
7 Maddədə Niyyətin Önəmi


7 Maddədə Niyyətin Önəmi

Gözümüzdә böyük görülәn işlәr Allah subhənəhu və təalənin qatında dәyәrsiz vәya gözümüzdә kiçik gördüyümüz әmәllər Onun qatında böyük dәyәri ola bilər. Buna ölçü və nizam verәn möminin niyyәtidir.. Niyyətimizin Allah qatında qəbul olunması üçün isə aşağıdakı maddələrə diqqət yetirməyimiz lazımdır:


1. Niyyәtә riya qarışmamalıdır

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət edilən “Möminin niyyәti әmәlindәn üstündür” hәdisinә İmam Suyuti (Allahın ona rəhmət etsin) şәrh verәrkәn deyirki, niyyәt qәlbә bağlı olduğundan möminin niyyәtinә riya qarışmaz. Bundan dolayı onun niyyәti әmәlindәn üstündür.

2. Әmәlin dәyәri niyyәtin xalisliyi qәdәrdir

Nә çəkilәn mәşәqqәt, nә də xәrclәnәn pul etdiyimiz әmәlә dәyәr qatmaz. Әmәlimizә dәyәr verәn şey niyyәtlәrimizdir. Buna görә Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:

Әmәllәr niyyәtә görәdir. Hәr kәs etdiyi әmәlin qarşılığını (savabı) niyyәtinә görә alır.

(Buxari, İman 41; Muslim, İmarət 155)

3. Pis niyyətdən daşınmaq

Nәinki xeyirli bir işә niyyәt etmәk, hәtta pis әmәl işlәmәyә niyyәt edib, daha sonra niyyətdən daşınaraq o əməli işləməmək belә savabdır. Aşağıda zikr olunan qudihədis hәqiqәtәn düşünә bilәn bir ümmәt üçün möhtәşәm müjdәdir.

Allah subhənəhu və təalə belә buyurar:

Kim yaxşı bir əməl işləmək istəyər, lakin işləməzsə, Allah Təalə ona həmin əməli işləmiş kimi savab yazar. Kim pis bir əməl işləmək istəyər, lakin bu istəyindən daşınarsa, Allah Təalə bu əməlini kamil bir yaxşılıq olaraq qeyd edər.

(Buxari, Riqaq 31; Muslim, İman 207)

Çünki bu insan, Allahın qorxduğu üçün və Onun razılığını qazanmaq üçün istəyindən daşınmışdır. Allah da onu bir savabla mükafatlandırır..

4. Geri qalmağına üzülmә, üzrünün sәmimiyyәtinә bax

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) çətin döyüşlərdən biri olan Təbuk səfərində demişdir ki:

Mәdinәdә (bizdәn geridә) qalan elә insanlar var ki, biz hansısa dağ cığırına, bir vadiyə girdiyimiz vaxt onlar da bizimlə birlikdə imiş kimi savab qazanarlar. Çünki onlar üzrlü səbəblərə görə bizimlə deyillər

(Buxari, Cihad 35)

5. Niyyәt möminә aiddir

Kafirin nә niyyәti, nә dә әmәli mötәbәrdir. Niyyәt müsәlmanla әlaqәlidir. Niyyәt edәn etdiyi niyyәtin tәrsini etmәmәlidir. Mәsәlәn, mәscidә niyyәt edib bazara getmәmәlidir.

6. Niyyәt haramı dәyişdirmәz

Niyyәtin tәmizliyi haramı dәyişdirmәz. Faiz, oğruluq yaxşı niyyәtlә halal olmaz.
Allah pis ilә pisi tәmizlәmәz. Amma yaxşı ilә pisi tәmizlәyər. Pislik pisliyi aradan qaldırmaz..

7. Niyyәtimiz daim tәzәlәmәliyik

Bir mömin qardaşımızla hәr gün görüşә bilәrik. Bu görüş adәt halı ala bilәr vә bir şeyin adәt halı alması onun ibadәt keyfiyyәtini itirәr. Sırf bundan dolayı bir mömin niyyәtini daim tәzәlәmәlidir. Günlük 5 vaxt namazda niyyәtin şәrt olmasının da bir hikmәti budur. Bir sözlә ibadәtlәrdәn mübahlara qәdәr hәr işdә bir niyyәt vә ixlas mücadәlәsi vermәk mәcburiyyәtindәyik.


Geri dön

_♕Röya♕_

  • 23 fevral 2018 14:59
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
Allah razi olsun

aytc.sza

  • 14 fevral 2018 18:56
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Darling

  • 13 fevral 2018 18:32
  • Məqalə: 694
  • Şərh: 12564
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 143

 

Top 10 Müəllif

 
{slinks}