30 Günlük Oruc Bədənə Necə Təsir Edir?

 
30 Günlük Oruc Bədənə Necə Təsir Edir?


Ramazanda müsəlmanlar, qəməri təqviminin 1 ayı ərzində günün çıxmasından günün batmasına qədər oruc tuturlar. 30 gün ərzində oruc tutan insanın bədənində baş verənlər bunlardır:

Detoksifikasiya (toksinlərdən azad olma), 1-ci mərhələ (1-2-ci günlər)

Orucun birinci günündə qandakı şəkərin səviyyəsi aşağı düşür. Ürək yavaşlayır və təzyiq azalır. Əzələlərdən Qlikogen çıxaraq zəyifləməyə səbəb olur. Təmizlənmənin ilk dalğası adətən ən çətin olandır. Baş ağrıları, baş gicəllənməsi, ürək bulanması, nəfəsalmanın çətinləşməsi və dilin üzərində sərtləşmə təmizlənmənin birinci mərhələsinin əlamətləridir. Bu dövrdə aclıq hissinin ən çətin halı ola bilər.

Detoksifikasiya (toksinlərdən azad olma), 2-ci mərhələ (3-7-ci günlər)

Dəyişilmiş yağlı turşulardan ibarət olan piylər parçalanaraq qliserid molekullardan qliserolu azad etməyə başlayır və qlyukozaya çevirilir. Dəri yağlana bilər, çünki qaxsımış yağlar bədəndən çıxarılır. Dərisində problem olmayan insanlarda sızanaqlar və qabarıqlar yarana bilər. Bədən oruca qəbul edir və həzm sistemi çoxdan gözlədiyi istirahəti alaraq, enerjisini təmizləməyə və bərpaya yönəldir. Orqanlar təmizlənməyə başlayır. Nəfəsalma hələ də çətindir və dilin üzərində sərtləşmə var. Bağırsaqlardan qalın bağırsaq bərpa olunmağa və nəcislərdən boşalmağa başlayır.

Detoksifikasiya (toksinlərdən azad olma), 3-cü mərhələ (8-15-ci günlər)

Siz yeni enerjini, beyin təmizliyini və özünüzü daha yaxşı hiss edəcəksiniz. Mənfi cəhət odur ki, köhnə yaralar yenidən qıcıqlana və ağrıya bilər. Bu bədənin oruc zamanı bərpa qabiliyyətinin artması ilə bağlıdır. On il əvvəl əlinizi sındırmışdınızsa, sınıq ətrafında çapıq toxuması olur. Sınıq baş verdiyi zaman bədənin sağaltma imkanları bir başa həyat tərzindən asılı idi. Sağlam olmayan qidalardan istifadə etdiyiniz təqdirdə bədəninizin təbii bərpaolunması da güzəştlənmişdir. Oruc zamanı bədənin bərpaolunma prosesi optimal səmərəlilik dərəcəsində olur.

Bədən ölü və yaxud zədələnmiş toxumaları çıxardıqca, limfositlər köhnə və zədələnmişlərə daxil olur və zədələnmiş hüceyrələri əritmək üçün maddələr ifraz edir. Bu maddələr ətraf sahələrdəki sinirləri qıcıqlandırır və illər öncə itmiş köhnə yara ağrılarının yenidən meydana gəlməsinə səbəb olur. Ağrı yaxşı əlamətdir, çünki bədən bərpaolunma prosesini yekunlaşdırır. Toksinlərin qıcıqlanma səbəbiylə əzələlər sıxıla və ağrıya bilər. Toksinlər ayaqda yığıldığına görə ən şiddətli təsir ayaqlara düşə bilər. Ağızda aşırı dərəcədə bakteriyalar olduğu üçün boğaz ağrıları da adi hal olur. Gündəlik duzlu su ilə qarqara edilməsi bunun qarşısını ala bilər.

Detoksifikasiya (toksinlərdən azad olma), 4-cü mərhələ (16-30-cu günlər)

Bədən tam olaraq oruc prosesinə uyğunlaşır. Beyində artıq daha çox enerji və aydınlıq mövcuddur. Dil çəhrayi olur və nəfəs təravətlənir. Üzvlərin bərpaolunma işi yekunlaşır. Detoksifikasiya mexanizmləri səbəbkar maddələri aradan qaldırdıqdan sonra bədən zədələnmiş toxumaların yeniləri ilə əvəz olunması üçün tam gücü ilə işləməyə başlayır. 20-ci gündən sonra beyin təsirlənmiş olur. Bu dövrdə daha yüksək aydınlıq və emosional balans hiss edilir. Yaddaş və konsentrasiya yaxşılaşır.


Geri dön

_♕Röya♕_

  • 23 fevral 2018 14:58
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
Xeber uchun sagolun

aytc.sza

  • 16 fevral 2018 20:13
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

..::Kitty::..

  • 15 fevral 2018 11:13
  • Məqalə: 46
  • Şərh: 131
  • Bal:
{awards}
Allah razı olsun

Darling

  • 14 fevral 2018 22:24
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 1
        Qonaqlar: 33
        Cəmi: 54

         

        Top 10 Müəllif

         
        {slinks}