Ən bahalı çərəz – İNANILMAZ FAYDALARI

 
Ən bahalı çərəz – İNANILMAZ FAYDALARI


Makadamiya fındığını müxtəlif dövrlərdə müxtəlif cür adlandırıblar: mullibimbi, bumera, kindal-kindal, Kvinslend, Avstraliya fındığı...

İlk dəfə 1930-cu ildə Avstraliyanın Viktoriya ştatında botanik Ferdinand fon Müller əslən şotlandiyalı olan həmkarı və dostu Con Mak-Adamın şərəfinə onu Makadamiya fındığı adlandırıb. Həmin il Avstraliyada makademiyasevərlər assosiasiyası yaradıldığına görə məhz bu adın üzərində dayanılıb.

1970-ci ildən başlayaraq Makadamiya fındığı Avstraliyanın Kvinslend ştatında iri sahələrdə yetişdirilib. Makadamiyanın 9 növündən 5-i yalnız Avstraliyada, 2 növü isə Braziliya, Kaliforniya, Cənubi Amerika və Havay adalarında yetişir. Hazırda onu tropik iqlimə malik bir çox ölkələrdə yetişdirirlər, lakin bitkinin başlıca'diişməni okean küləkləridir. Yeganə tozlandıncısı arılardır, onun çiçəklərindən əldə olunan bal çox ətirli və dadlı olur. Əkiləndən 7-10 il sonra 100 kiloqrama qədər məhsul verir. Makadamiya fındığı dünyanın ən bahalı çərəzləri sırasına daxildir. Onun məhsulunu ağacdan toplamaq və təmizləmək o qədər də asan başa gəlmir.

Yaşılımtıl qəhvəyi rəngdə olan qalın qabığın içərisində yerləşən fındığı sərt qabığından çıxarmaq üçün 2 min pa təzyiq lazımdır. Onun tərkibi vitamin və efir yağları ilə zəngindir. 100 qram fındığın qida dəyəri 700 kkal-dir. Makadamiya fındığında doymamış yağ turşularının tərkibində insan dərisində mövcud olan palmilin turşusu var. Kimyəvi tərkibinə görə Makadamiya yağı su samurunun piyini xatırladır. Ona görə də onun yağı quru və qabıqlanan dəri üçün ideal vasitədir, dərini nəmləndirir, yumşaldır, cavanlaşdırır və gözəlləşdirir, yara və yanıqların sağalmasını sürətləndirir.


Geri dön

aytc.sza

  • 14 fevral 2018 18:51
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
ilk defe idi gordum.

--------------------

Darling

  • 13 fevral 2018 18:30
  • Məqalə: 694
  • Şərh: 12565
  • Bal:
{awards}
Ilk dəfə eşidirəm xəbər üçün sağ ol

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 110

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}