Şahin İlqar - "Sevgi"

 
Şahin İlqar - "Sevgi"


O gecə aradan pərdə çəkildi,
Hisslər bir-birinə qarışdı, niyə?
Nə üçün ağlımız kənarda durdu,
Sadəcə ürəklər danışdı, niyə?

Yamanca oynadıq sevgiylə, bizi
Axır öz toruna saldı deyəsən.
İndi hisslərimiz ön plandadır,
Məhəbbət geridə qaldı deyəsən.

O gözlər əvvəlki kimi baxmadı,
Dodaqlar əvvəlki kimi danışmır.
Nədənsə əlin də soyuqdur sənin,
Daha əvvəlki tək yanmır, alışmır.

Artiq görüşə də gəlmir ayaqlar,
Daha sənə qarşı hisslərim toxdur.
Sən əvvəl yanımda rahat durmazdın,
O gərginlik yoxdur, coşqunluq yoxdur.

Məhəbbət, həyatı görən gözlərin,
Aldığın, verdiyin nəfəsdir, gülüm.
Leyli də, Məcnun da əfsanə imiş,
Ötəri yaranan həvəsdir,gülüm.

Ağlatdı, gözümün yaşı qurumaz,
Acı xatirəymiş, kədərmiş sevgi,
Mən elə bilirdim sonsuzdur bu yol,
Sən demə vüsala qədərmiş sevgi.

Ağıl dərk edir ki, sonsuz məhəbbət,
Allaha bəslənən məhəbbət imiş.
Əzəli, axırı Onun qudrəti,
Ona gedən yol da, səadət imiş.



Şahin İlqar


Geri dön

Limon qoxusu

  • 18 fevral 2018 16:15
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
Şeirə görə təşəkkür

aytc.sza

  • 14 fevral 2018 17:56
  • Məqalə: 279
  • Şərh: 1958
  • Bal:
{awards}
Ağlatdı, gözümün yaşı qurumaz,
Acı xatirəymiş, kədərmiş sevgi,
Mən elə bilirdim sonsuzdur bu yol,
Sən demə vüsala qədərmiş sevgi.

--------------------

Darling

  • 14 fevral 2018 14:48
  • Məqalə: 694
  • Şərh: 12521
  • Bal:
{awards}
menali seir ucun sag olun

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 60

 

Top 10 Müəllif

Darling
Xəbərləri: 4
Cəmi: 694
 
The Shield
Xəbərləri: 3
Cəmi: 576
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 3
 
 
{slinks}