Haqlı olmaq, yoxsa xoşbəxt olmaq?

 
Haqlı olmaq, yoxsa xoşbəxt olmaq?

Hamı haqlı olmaq istəyir. "Mən demişdim" deyə bilmək ya da ən azından belə düşünmək, qürur oxşayıcıdır. Başqalarının səhvlərini üzlərinə vurmaq anlıq bir sevinc gətirir. Bəs haqlı olmaq insanı xoşbəxt edirmi?

Bəli, xüsusi ya da profesional həyatında haqlı olmaq təbii istəkdir, lakin davamlı haqlı olmaq ehtiyacı şişirdilmiş bir eqonun göstəricisi ola bilər, deyir psixoloqlar. Xüsusilə də insanların qırılqan və özünə qarşı güvənsiz hiss etdiyi vəziyyətlərdə xaricə vuran haqlı olma istəyi, adətən başqalarını əzərək öz özgüvənini qüvvətləndirmə, üstünlük qazanma cəhdidir. Fərd bunu edərkən fiziki olmasa da, psixoloji olaraq təvazökar davranışlar da göstərə bilir.


"Yaxşı" deyə bilməyin yüngüllüyü

Haqlılıq arxasında qaçanların daha xoşbəxt olduğu, tam bir şəhər əfsanəsidir. Davamlı özünü sübut etmək və son sözü söyləmək istəyi olduqca yorucu ola bilir. Fərd daxili rahatlığı tapa bilməkdə çətinlik çəkir, ətrafındakı insanlar arasındakı münasibətlərinə zərər verir. Beləliklə, sahib olduğu keçici üstünlük duyğusu ilə zirvədə yalnız qalmasını təmin edir.

Fikirlər, inanclar və seçimlər baxımından digər insanlara azadlıq tanıdığınızı, çox açıq fikirli olduğunuzu və dəyərli fikirlərinizi dünya ilə paylaşmaq istədiyinizi düşünür ola bilərsiniz. Görəsən həqiqətən belədirmi, yoxsa özünüzü aldadırsınız? Fikir lideri və yazıçı Dr.İrene Conlan, bu dörd suala cavab verərək, haqlılıq mövzusunda nə vəziyyətdə olduğunuzu dəyərləndirməyinizi tövsiyə edir:

Başqaları ilə eyni fikirdə olmadığınızda sakit dayana bilirsiniz, yoxsa əks olan düşüncələrinizi söyləmək və düzəltmək ehtiyacı hiss edirsiniz?

"Səninlə razı deyiləm, amma yaxşı" deyib kənara çəkilirsiniz, yoxsa hər səhvi və qüsuru düzəldənə kimi davam edirsiniz?

Bir iş ya siz söylədiyiniz formada olar, ya da heç olmazmı?

İstənilən iş edildiyi halda, sırf sizin ən uyğun və qısa olduğuna qərar verdiyiniz şey edilmədiyi üçün digərini alçaldırmırsınız?

Həmişə haqlı olmaq və son sözü söyləmək münasibətlərinizə və daha vacibi daxili hüzurunuza zərər verirsə, bəzi şeyləri də axışına buraxmaq, dünyanın sizin və mühakimə etdiyiniz şeylər ətrafında dönmədiyini qəbul etmək üçün özünüzü məcbur edə bilərsiniz.


Geri dön

aytc.sza

  • 16 fevral 2018 20:13
  • Məqalə: 221
  • Şərh: 1744
  • Bal:
Darling,
..::Kitty::..,
werhlercun minnetdaram.)

--------------------

..::Kitty::..

  • 15 fevral 2018 11:19
  • Məqalə: 43
  • Şərh: 126
  • Bal:
{awards}
hər ikisi olanda yaxşı olur

Darling

  • 14 fevral 2018 22:25
  • Məqalə: 998
  • Şərh: 12300
  • Bal:
{awards}
Məncə hər ikisi olmaq

--------------------
http://legend.az/user/imza/

aytc.sza

  • 14 fevral 2018 17:53
  • Məqalə: 221
  • Şərh: 1744
  • Bal:
{awards}
buyurunn.)

--------------------
İnformasiya
Qonaq qismində daxil olan istifadəçılərin bu məqaləyə şərh yazmaq hüququ yoxdur.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 32
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 498
 
aytc.sza
Xəbərləri: 53
Cəmi: 221
 
Darling
Xəbərləri: 25
Cəmi: 1001
 
Poine♔
Xəbərləri: 20
Cəmi: 109
 
..::Kitty::..
Xəbərləri: 13
Cəmi: 43
 
Limon qoxusu
Xəbərləri: 9
Cəmi: 243
 
poetry
Xəbərləri: 8
Cəmi: 12
 
♔Hе важно∞
Xəbərləri: 7
Cəmi: 372
 
Elya Alieva
Xəbərləri: 6
Cəmi: 149
 
_Qismet_
Xəbərləri: 5
Cəmi: 829
 
 
{slinks}