Ölü Dəniz haqqında bilmədikləriniz.

 
Ölü Dəniz haqqında bilmədikləriniz.


Ərəbistan yarımadasında yerləşən Lut gölü qurunun ən alçaqda yerləşən nöqtəsidir. Ərazi olaraq Fələstin, İordaniya və İsrailin sərhədlərində yerləşir. Eyni zamanda dünyanın ən duzlu göllərindən olan Lut gölünun sularında arxası üstə batmadan dayanmaq mümkündür.

Daha çox bu gün “Dead sea”, yəni “Ölü dəniz” kimi tanınır. Lut adının gölə verilməsi, Lut (aleyhissəlam) qövmünün bu gölün altına batması inancıdır. Quranda bildirildiyinə görə, bu qövm o günə qədər dünyada tayı-bərabəri olmayan bir azğınlıqla, homoseksuallıqla məşğul olurdu. Hz. Lut (aleyhissəlam) həmin qövmə bu azğınlıqdan əl çəkməyi məsləhət görüb, onlara Allahın ilahi təbliğini gətirəndə, onu yalançı olmaqda ittiham etdilər.

Qurani Kərimin Araf və Hicr surələrində bu haqda məlumat verilir.

Sizdən əvvəlki aləmlərdən heç kimsənin etmədiyi həyasız-çirkinliyimi edirsiniz? “Həqiqətən siz qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsız. Doğrusu siz, ölçünü aşan (azğın) bir qövmsünüz.… Və onların üzərinə bir (əzab) yağışı yağdırdıq. Günahkarların düşdükləri sona bir bax.

(Araf Surəsi, 80-84)

Alimlərin tapıntılarına görə, bu sahə çoxlu sayda kükürdlə örtülmüşdür. Buna görə də bütün bölgədə heyvan və ya bitki olaraq heç bir həyat nişanəsinə rast gəlinmir və bu yer bir xarabalıq rəmzinə çevrilib. Bölgədə olan vulkanik çöküntülər, zəlzələ izləri, sıradan çıxmış torpaqlar kimi bir sıra dəlillər incələnmiş və şəhərin bu gölün altında qaldığına qənaət gətirilmişdir.

Anında (evlərini) üstünü altına çevirdik və üzərlərinə palçıqdan bişirilmiş daş yağdırdıq. Əlbəttə bunda ‘dərin bir qavrayışa sahib olanlar’ üçün həqiqətən dəlillər vardır. O (şəhər də) həqiqətən bir yol üstündədir. Həqiqətən bunda iman edənlər üçün dəlillər vardır.

(Hicr Surəsi, 74-77)

Lut qövmünün məruz qaldığı fəlakətin texniki tərəfləri geoloqların tədqiqatları nəticəsində üzə çıxıb. Həmin araşdırmalara əsasən, Lut qövmünü yer üzündən silən zəlzələ uzun bir Yer qabığı çatlaması (fay xətti) nəticəsində baş vermişdir.

Alman arxeoloqu Verner Keller (Werner Keller) bu yer haqqında bunları bildirir:

“Bu yerdə bir gün özünü göstərən çox böyük partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla yanaşı, dəhşətli zəlzələ baş vermiş və Siddim vadisi ilə birlikdə Lut qövmünün şəhərləri yerin dərinliklərinə qərq edilmişdir…”

Bu zəlzələ zamanı yer qabığının çatlayıb çökməsi, həmin qabığın altında yatan vulkanlara asanlıqla yol açmışdır. Şəriənin yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir. Burada əhəng qatlarının üzərində geniş lava və bazalt təbəqələri yer alır.

Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq.

(Ənkəbut surəsi, 34-35)


Geri dön

love emo

  • 25 fevral 2018 02:05
  • Məqalə: 30
  • Şərh: 2570
  • Bal:
Bu zəlzələ zamanı yer qabığının çatlayıb çökməsi, həmin qabığın altında yatan vulkanlara asanlıqla yol açmışdır. Şəriənin yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir. Burada əhəng qatlarının üzərində geniş lava və bazalt təbəqələri yer alır.

Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq.


ətim ürpəşdi

--------------------
Heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar...

aytc.sza

  • 24 fevral 2018 17:29
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Darling

  • 20 fevral 2018 18:55
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

Limon qoxusu

  • 20 fevral 2018 12:38
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 3
        Qonaqlar: 34
        Cəmi: 56

         

        Top 10 Müəllif

         
        {slinks}