Şahin İlqar - "Ayrılıqla Sevgi Başlar"

 
Şahin İlqar - "Ayrılıqla Sevgi Başlar"


Yanımdasan, darıxmıram səninçün,
Unutmuşdum saçlarının ətrini.
Səni sevə bilməsəm də, əzizim,
Özümdən də çox istədim xətrini.

İstədimsə tuta bildim əlindən,
Düyünlərim yollarında açıldı.
Hər gün sənin "can" eşitdim dilindən,
Sabahlarım qollarında açıldı...

Səsin hər gün qulağımda dolandı,
Ulduz qədər mənə uzaq deyilsən.
Sən də mənim həsrətimi çəkmədin,
Yuxudasan, hələ oyaq deyilsən.

Həqiqəti acı bilib demirəm,
Gülüm, səni incitməsin sözlərim.
Çox istədim, bacarmadım, neyləyim,
Sənin üçün ağlamadı gözlərim.

Son ümidim ayrılmaqdır səninlə,
Aldanarsan, ürəyini ovutma.
Bundan sonra sevəcəyəm səni mən,
Ayrılıqla sevgi başlar, unutma!


Şahin İlqar


Geri dön

love emo

  • 25 fevral 2018 02:09
  • Məqalə: 30
  • Şərh: 2569
  • Bal:
yenə duyğulandım saolun...

yenə duyğulandım saolun...

--------------------
Heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar...

aytc.sza

  • 24 fevral 2018 17:38
  • Məqalə: 281
  • Şərh: 1959
  • Bal:
{awards}
Son ümidim ayrılmaqdır səninlə,
Aldanarsan, ürəyini ovutma.
Bundan sonra sevəcəyəm səni mən,
Ayrılıqla sevgi başlar, unutma!

--------------------

_♕Röya♕_

  • 19 fevral 2018 13:49
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
{awards}
Sheir uchun teshekkur.

Darling

  • 19 fevral 2018 13:37
  • Məqalə: 694
  • Şərh: 12532
  • Bal:
{awards}
Son ümidim ayrılmaqdır səninlə,
Aldanarsan, ürəyini ovutma.
Bundan sonra sevəcəyəm səni mən,
Ayrılıqla sevgi başlar, unutma!

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 97

 

Top 10 Müəllif

AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 491
 
✵Дорогой✵
Xəbərləri: 1
Cəmi: 733
 
Yagmur_Gözlum
Xəbərləri: 1
Cəmi: 11
 
A.n.o.n.i.m.k.a
Xəbərləri: 1
Cəmi: 2
 
Poine♔
Xəbərləri: 1
Cəmi: 112
 
 
{slinks}