Qismətim

 
Qismətim


Yaşar sözlərimdə dərin intizar
Həqiqət gözündə hədər qismətim
Hər anı həsrətin hər gün ahu zar
Yazıldı düşməndən betər qismətim


Qismətim


Zamanı günahkar görə görə mən
Küllərdə parladım sönə sönə mən
Ayrılıq yaşadım dönə dönə mən
Gözümdə gileyli kədər qismətim


Qismətim


Hər yola bir cığır eylədi könül
Hər gündə alışır yenidən sönür
Hər qəmli boylanan gözümdə görür
Dinməyən gizlicə qəhər qismətim


Qismətim


Yaşadım ruhumda qırıq qanadlar
Məhv etdi taleyi səbəb inadlar
Hər arzu qəmimdir hər gün möhnətim
Bir şirin duyğuya zəhər qismətim


Qismətim


Nə gizli qəm bilən əhlidən halım
Vardır hər qüssədən qəmdən əzabım
Bilmirəm yetərmi heç buna tabım
Hələ yaşayacaq nələr qismətim


Qismətim


Geri dön

love emo

  • 25 fevral 2018 02:21
  • Məqalə: 30
  • Şərh: 2569
  • Bal:
Yaşadım ruhumda qırıq qanadlar
Məhv etdi taleyi səbəb inadlar
Hər arzu qəmimdir hər gün möhnətim
Bir şirin duyğuya zəhər qismətim

--------------------
Heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar...

Limon qoxusu

  • 18 fevral 2018 16:12
  • Məqalə: 267
  • Şərh: 1616
  • Bal:
{awards}
Nə gizli qəm bilən əhlidən halım
Vardır hər qüssədən qəmdən əzabım
Bilmirəm yetərmi heç buna tabım
Hələ yaşayacaq nələr qismətim

aytc.sza

  • 18 fevral 2018 15:20
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
Nə gizli qəm bilən əhlidən halım
Vardır hər qüssədən qəmdən əzabım
Bilmirəm yetərmi heç buna tabım
Hələ yaşayacaq nələr qismətim

--------------------

_♕Röya♕_

  • 18 fevral 2018 13:47
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
{awards}
Maraqli sheirdir. Sagolun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 125

 

Top 10 Müəllif

✵Дорогой✵
Xəbərləri: 6
Cəmi: 739
 
 
{slinks}