Xardal sousunda toyuq qızartması

 
Xardal sousunda toyuq qızartması


Tərkibi:

1,5 kq toyuq (yaxud toyuq budu)
10 diş qabıqlı sarımsaq

sous-marinad:

1 x.q. toxumlu xardal
1.5 ç.q. paprika
1 ç.q. sarıkök
2 x.q. mayonez
2 x.q. qatıq
1 x.q. bal
1 x.q. limon şirəsi
duz
qara istiot

Hazırlanması:

Sous üçün olan ərzağı bir kasada qarışdırın.
Toyuğu dörd yerə bölün, duzlayın. Əti hazırladığınız marinadda 1-2 saat saxlayın.
Çuqun (adi də olar) tavaya əti düzün. Kənarlarından 1/4 st. su tökün, üzərinə qabıqlı sarımsaqları düzün.
Üzərini folqa ilə bağlayıb 250 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Sonra folqanı çıxarın, toyuq qıpqırmızı qızaranadək sobada bişirməyə davam edin.
Üzərinə göyərti səpin.

Nuş olsun!


Geri dön

love emo

  • 25 fevral 2018 02:16
  • Məqalə: 30
  • Şərh: 2569
  • Bal:
bəhhh bunun bidə kababı olcağdı:D

--------------------
Heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar...

aytc.sza

  • 24 fevral 2018 17:41
  • Məqalə: 281
  • Şərh: 1959
  • Bal:
{awards}
mmm cox dadlidi wekildee))

--------------------

_♕Röya♕_

  • 19 fevral 2018 13:56
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
{awards}
Gozel gorunur) sagolun resept uchun

Darling

  • 19 fevral 2018 13:04
  • Məqalə: 694
  • Şərh: 12528
  • Bal:
{awards}
nəfis görsənir

--------------------
Həyat nə tamaşa,nə də bayramdır.Həyat çətin bir imtahandır.

MiSS HaPPy)

  • 19 fevral 2018 12:12
  • Məqalə: 243
  • Şərh: 1296
  • Bal:
{awards}
Bəh bəh ) işdə ac vaxtımda bu şəkili gördüm..)) dadlı görünür, reseptçün çox sağ ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 106

 

Top 10 Müəllif

Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 11
 
aytc.sza
Xəbərləri: 2
Cəmi: 281
 
The Shield
Xəbərləri: 1
Cəmi: 552
 
 
{slinks}