Sobada toyuqlu-göbələkli plov

 
Sobada toyuqlu-göbələkli plov


Tərkibi:

4 toyuq filesi
800 q göbələk
400 q süzülmüş düyü
250-300 q "Qauda" pendiri
100 q mayonez
100 ml 220%-li qaymaq, yaxud xama
1 iri baş soğan
50 q kərə yağı
bitki yağı

forma = 35x24 sm

Hazırlanması:

Düyünü yuyub duzlu suda bişirin, süzün. Azacıq kərə yağı vurub qarışdırın (yapışmasın deyə).
Toyuq ətini 1x1 sm ölçüdə doğrayın, bitki yağında qızılı rəng alanadək qovurun. Duz, istiot vurun, qaymaq əlavə edib tavanın qapağını örtərək 2 dəqiqə bişirin. Ocaqdan götürün.
Göbələyi yuyub qurudun, doğrayın.
Soğanı xırda doğrayıb göbələklə birlikdə bitki yağında qovurun. Suyu çəkiləndə duz-istiot vurun, qaymağın qalanını əlavə edin. 2 dəqiqə qapağı örtülü halda bişirin, ocaqdan götürün.
Formanı kərə yağı ilə yağlayıb düyünü döşəyin, hamarlayın.
Toyuğu düzün, üzərinə mayonez çəkin.
Göbələyi düzün.
Pendiri sürtgəcin iri gözündən keçirib üzərinə səpin.
200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, üzəri qızaranadək bişirin.

Nuş olsun!


Geri dön

love emo

  • 25 fevral 2018 02:07
  • Məqalə: 30
  • Şərh: 2570
  • Bal:
plov yaxşı dadmaze onla məncə..)

--------------------
Heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar...

aytc.sza

  • 24 fevral 2018 17:35
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
mm dadli olar wekildeki kimi yegin.)

--------------------

Darling

  • 19 fevral 2018 19:09
  • Məqalə: 694
  • Şərh: 12585
  • Bal:
{awards}
Göbələkdən nifret edərim ama toyuqludusa əla olacaq

--------------------
Ümidini itirmə, Bu həyatda bir şeyin sonu, hər zaman başqa bir şeyin başlamasına səbəb olmuşdur.

_♕Röya♕_

  • 19 fevral 2018 18:33
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
{awards}
Orda gobelek varsa demeli dadlidi. Teshekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Populyar



        ToP 5 Şərhçi

        Online

        İstifadəçilər: 0



        Qonaqlar: 9
        Cəmi: 13

         

        Top 10 Müəllif

         
        {slinks}