Yuxa Kababı

 
Yuxa Kababı



Yuxa kababı üçün lazım olanlar:

400 qr yağlı qıyma

1 ədəd yuxa

1 çay qaşığı bibər tomatı

5 diş sarımsaq

1 ədəd soğan

2 kasa qatıq (servis üçün)

1 çay qaşığı istiot

1 çay qaşığı duz

Sousu üçün:

3 xörək qaşığı kərə yağı

1 yemək qaşığı pomidor tomatı

2 xörək qaşığı duru yağ


Hazırlanması:


Qıyməni geniş bir qaba qoyub, üzərinə rəndələnmiş soğan və sarımsaq əlavə edin. Tomat, duz və istiot da töküb yaxşıca qarışdırın. Yuxanı stola sərib iki yerə bölün.

Qarışdırdığınız qıymanı yuxanın geniş kənarına qoyun. Sonra yuxanı rulet şəklində bükün. Eyni prosesi digər yuxaya da tətbiq edin. Yuxaları əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada üzəri qızarına qədər bişirin. Qıymalı yuxalar bişərkən bir yandan sousunu hazırlamaq üçün kərə yağını tavada əridin. Əriyən kərə yağına duru yağı və tomatı əlavə edin. (Sous qatı olarsa, az miqdarda su əlavə edə bilərsiniz). Qızaran yuxaları sobadan çıxarıb servis boşqabına qoyun. Üzərinə bişən tomatlı sousu gəzdirin. Yanına qatıq qoyaraq isti-isti servis edin.


Nuş olsun!


Geri dön

love emo

  • 25 fevral 2018 01:49
  • Məqalə: 30
  • Şərh: 2569
  • Bal:
əla reseptdi:) təşəkkürlər

--------------------
Heç kim sənin dalğalarla necə savaşdığına baxmaz. Gəmini limana gətirib gətirmədiyinə baxar...

aytc.sza

  • 24 fevral 2018 15:48
  • Məqalə: 294
  • Şərh: 1968
  • Bal:
{awards}
vau lap isdedim eyy)

--------------------

..::Kitty::..

  • 23 fevral 2018 15:49
  • Məqalə: 46
  • Şərh: 131
  • Bal:
{awards}
şəkildə super dadlı görsənir, təşəkkürlər reseptə görə

♔Hе важно∞

  • 23 fevral 2018 15:06
  • Məqalə: 384
  • Şərh: 1733
  • Bal:
{awards}
dadlidir tesekkur

--------------------

_♕Röya♕_

  • 23 fevral 2018 14:39
  • Məqalə: 734
  • Şərh: 26544
  • Bal:
{awards}
Beh beh super)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 90

 

Top 10 Müəllif

aytc.sza
Xəbərləri: 12
Cəmi: 294
 
The Shield
Xəbərləri: 4
Cəmi: 558
 
ARCUN
Xəbərləri: 2
Cəmi: 55
 
 
{slinks}